Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-72/2025 28.01.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1968-ci ildə Sabirabad rayonunun Qaratoğay kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, İİ qrup əlil, Sabirabad rayonunun Qaratoğay kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, Şəxs bir ədəd “TOZB” markalı, qoşa lüləli, 16 çaplı, N-8010 nömrəli ov tüfəngini (mülki silahını) müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan daşımaq və saxlamaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, qeyd edilən ov tüfəngi mərhum atasından qalmış və daim evdə olmuş, o, həmin silahdan istifadə etməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən o, evdə həmin silahın olmasını bildirmiş və silah götürülərək sənədləşmə aparılmışdır. O, həmin silahı saxlamağın qanunsuz olmasını bilməmişdir. Hazırda əməlindən peşmandır. İlk dəfədir ki, inzibati xəta törədir. Özü İİ qrup əlildir və himayəsində bir azyaşlı övladı vardır. Ailəsinə yeganə qazanc gətirən şəxsdir. Maddi vəziyyəti ağırdır. Odur ki, o, barəsində qərar qəbul edilərkən göstərdiyi xüsusatların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə izahatı dinləyib, iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan ov tüfəngini (mülki silahını) daşımış və saxlamışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsirli olması hazırki izahatı, inzibati xəta haqqında protokol, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar, həmin qərarda əksini tapmış Şəxs etirafedici izahatı və inzibati işin digər materialları ilə tam sübuta yetirilir. Odur ki, o, həmin maddənin sanksiyası həddində inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlindən peşman olmasını, əlillik dərəcəsini, ailə və maddi vəziyyətini Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs əməlində həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinin tələbinə uyğun olaraq onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə cərimə tətbiq edilməklə, bir ədəd “TOZB” markalı, qoşa lüləli, 16 çaplı, N-8010 nömrəli ov tüfəngi müsadirə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib Sabirabad rayon Polis şöbəsinin Növbətçi hissəsində saxlanılan bir ədəd “TOZB” markalı, qoşa lüləli, 16 çaplı, N-8010 nömrəli ov tüfəngi dövlət nəfinə müsadirə edilməklə, yəni Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinə təhvil verilməklə 80 (səksən) manat miqdarında cərimə edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-72/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-72/2025
28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver