Məhkəmə qərarları › İş №3(056)-73/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-73/2024

15.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-73/2024 15.01.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs, Sabirabad rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 və barəsində iş üzrə inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Sabirabad rayonunun Türkədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sabirabad rayonunun Türkədi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə Sabirabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Sabirabad Rayon Məhkəməsinə Sabirabad rayon İcra və Probasiya şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol daxil olmuşdur. Daxil olmuş protokoldan görünür ki, Abışov X3 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(056)-189/2023 saylı qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Sabirabad rayon icra və Probasiya Şöbəsinin icra məmuru X2 izahat verərək qeyd etmişdir ki, borclu Şəxs barəsində olan xx.xx.2023-cü il tarixli qərar xx.xx.2023-ci il tarixdə Sabirabad rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və icra tədbirlərinin həyata keçirilməsi üçün bütün qanuni tədbirlər görülmüşdür. Lakin borclu Fərhad Abışvo qərar üzrə cərimə borcunu ödəməkdən qərəzli olaraq boyun qaçırır. Belə ki, 3000 manat cərimə borcunu ödəmək istəmir. Borclu maddi imkanı olmadığını bildirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, o, Sabirabad rayon Məhkəməsinin müvafiq qərarına əsasən Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsi ilə təqsirli bilinib 3000 manat məbləğində cərimə edilmişdir. Lakin hazırda maddi imkanı zəif olduğu üçün üzərində olan 3000 manat cərimə borcunu ödəyə bilmir. Belə ki o, əkinçiliklə məşğul olmaqla ailəsinin tələbatlarını çətinliklə qarşılayır. Ailəli olmaqla himayəsində 3 azyaşlı uşağı vardır. Uşağından biri İ qrup əlildir. Xəstəliyinin səbəbi və əlacı bilinmir. Uşağının dərman pulunu qarşılamaqda da çətinlik çəkir. Başqa gəlir yeri yoxdur. Ailəsinə yeganə qazanc gətirən şəxsdir. Məhkəmə qərarının icrasından boyun qaçırmır. Odur ki, cərimə borcunu gələcəkdə imkanı olarsa hissə-hissə ödəyə bilər. Göstərdiklərinə əsasən o, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Protokola əlavə edilmiş: Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(056)-189/2023 saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Tələbin könüllü icrası barədə icra məmuru tərəfindən xx.xx.2023-ci il tarixli qərarla icraata başlanılmış və borcluya könüllü icra üçün 10 günlük müddət verilmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, icra məmuru tərəfindən dəfələrlə borclu Şəxs icra vərəqəsinin icrası üçün xəbərdarlıq edilmiş və ona İXM-nin 529cu maddəsində nəzərdə tutulan məsuliyyət xatırladılmışdır. Məhkəmə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-nin 529.2-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ailə və əmlak vəziyyətini İXM-nin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində İXM-nin 33-cü maddəsində göstərilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati barəsində inzibati icraat aparılan şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiq edərkən, İXM-in 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və ailə vəziyyətini nəzərə almaqla, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində ictimai işlər növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İctimai işlər növündə tənbeh tədbiri tətbiq edilərkən məhkəmə şəxs barəsində tətbiq edilmiş cərimə təmbehinin İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 240 (iki yüz qırx) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar