Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-735/2024 01.05.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad Rayon Məhkəməsinin hakimi Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakı ilə, xx.xx.1962-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə dair Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli İXP6033272№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq. MÜƏYYƏN ETDİM: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli İXP6033272№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə sürücü Şəxs idarə etdiyi «QAZ 3302-14» yük markalı ** BN *** nömrə nişanlı avtomobillə Sabirabad rayon Suqovuşan kəndi istiqamətinə hərəkət edərkən, yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməli və yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı olduğu halda, bu qaydalara riayət etməyərək qarışıdan əks istiqamətlə hərəkət edən, sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2106” minik markalı ** GM *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmaqla yol nəqliyyat hadisəsi törətmiş, nəticədə sürücü Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül zərər dəymişdir. Bu əməlinə görə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 327.8-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilməsinə dair xx.xx.2024-cü il tarixli İXP6033272№-li inzibati xəta haqqında Protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə toplanmış materialla birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş Şəxs İXM-nın 327.8-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta törətməsini etiraf edib və əməlindən peşimançılıq hissi keçirərək ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Şəxs İXM-nın 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafedici izahatı ilə yanaşı, barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP6033272 nömrəli protokolla və inzibati işin digər materialları ilə tam sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-nın 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İXM-nın 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nın 32.1.1-ci maddəsinə əsaslanaraq Şəxs əməlindən peşmançılıq hissi keçirməsini onun inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirilir. Şəxs əməlində İXM-nın 33-cü maddəsində göstərilən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini və təqsirinin dərəcəsini, həmçinin inzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, ona İXM-nın 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh verilməsi daha məqsədəuyğun olardı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli İXP6033272№-li inzibati xəta haqqında Protokola əsasən Qubadov X1 Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sabirabad rayon İcra Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-735/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-735/2024
01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver