Məhkəmə qərarları › İş №3(056)-736/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-736/2024

24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-736/2024 24.04.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Sabirabad RPŞ-nin X1 sahə rəisi, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Sabirabad rayonunun Osmanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, X5 sürücü işləyən, Sabirabad rayonunun Osmanlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə Müəyyənetdi: Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, xx.xx.2024-cü il tarixdə Hüseyinov X3 RPŞ-nin sahə rəisi və polis nəfəri tərəfindən Sabirabad rayonu Osmanlı dairəsində saxlanılmış və üzərindən 0,12 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında prorokolu tərtib etmiş şəxs, Sabirabad RPŞ-nin X1 sahə rəisi, polis baş leytenantı X4 izahat verərək bildirdi ki, o, inzibati xəta haqqında protokolu cinayət işinin başlanmasının rədd edilməsi haqqında Sabirabad RPŞnin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Ramil Bədəlovun xx.xx.2024-cü il tarixli qərarı əsasında tərtib etmişdir. Həmin qərarla Şəxs əməlində cinayət tərkibinin olmaması qərara alınmış, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi RPŞ-nin İTB-nə tapşırılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 13 mart 2024-cü il tarixdə saat 17:35 radələrində yaşadığı Sabirabad rayonunun Osmanlı kəndində yaşadığı evin yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər polis formasında ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu RPŞ-yə dəvət etmişlər. RPŞ-də video çəkilişlə üzərində baxış keçirilmiş və üzərində olan siqaret qutusunun içərisindəki marixuananı o, təqdim etmişdir. O, həmin narkotik vasitəni həmin gündən 3 gün əvvəl tapmış, özünün istifadə etməsi üçün üzərində saxlamışdır. Hazırda əməlindən peşmandır. Himayəsində 2 azyaşlı övladı vardır. Özü X5 sürücü kimi fəaliyyət göstərir. Ailəsinə yeganə qazanc gətirən şəxs odur. İlk dəfədir ki, inzibati xəta törədir. İnzibati qaydada həbs olunacağı təqdirdə işdən azad ediləcək, ailəsi pərişan vəziyyətə düşəcək və maddi tələbatlarını qarşılamaqda köməklik edəcək kimsə olmayacaqdır. Ona görə də o, məhkəmədən barəsində həbslə bağlı olmayan tənbeh tədbiri tətbiq edilməsini xahiş edir və söz verir ki, bir daha narkotik vasitəyə yəaxın getməyəcəkdir. Sabirabad RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Ramil Bədəlov tərəfindən qəbul edilmiş «cinayət işi başlanılmasının rədd edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlindən peşman olmasını, ailə vəziyyətini və ailəsinə yeganə qazanc gətirən şəxs olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq belə qənaətə gəlir ki, İnzibati Xətalar Məcəlləsinin pozuntusuna yol verilmiş maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati xəta törətməsi, himayəsində 2 azyaşlı övladının olması, rəsmi iş yerinə malik olması və ailəsinə yeganə qazanc gətirən şəxs olması səbəbi ilə tətbiq edilməsi məqsədəmüvafiq deyildir. Bu əsasla onun barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Sabirabad RPŞ-də saxlanılan Şəxs məxsus 0,12 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə və Sabirabad Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi vaxtdan 10 gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar