Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-737/2025 07.05.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X5 nümayəndəsi X4 iştirakı ilə, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri X8 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X5 barəsində qəbul etdiyi xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X5 xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X16 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. X16 şikayətlə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X5 xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir X16 şikayətini onunla əsaslandırmışdır ki, Mil-Muğan Regional Təhsil İdarəsinin Metodiki kabinetin sabiq metodisti X13 ilə xx.xx.2024-cü il tarixədək müddətli əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikasının 28 noyabr 2024-cü il tarixli 499 nömrəli Qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilmişdir. Qeyd olunanlar nəzərə alınaraq Mil-Muğan Regional Təhsil İdarəsinin 26 dekabr 2024-cü il tarixli 3-29-41/3-1-737K/2024 nömrəli əmrinə əsasen Ş.H.Rəhimovun əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən 29 dekabr 2024-cü il tarixdən xitam verilmişdir. X14 Xidmətinin Mil-Muğan regional şöbəsi sözügedən əmri qanunsuz hesab etməklə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 8.4-cü maddəsinin tələblərinin pozulması qənaətinə gəlmiş və nəticədə barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş, törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən olunmuşdur. Yuxarıda göstərilənlər nəzərə alınaraq Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindan 26 dekabr 2024-cü ii tarixli 3-29-41/3-1-737K/2024 nõmrəli əmrə xx.xx.2025-ci ii tarixli 3-29-41/3-1-60K/2025 nömrəli əmrlə dəyişiklik edilərək X6 əmək müqaviləsinə xitam verilmə tarixi 06 yanvar 2025-ci il tarixi ilə əvəz olunmuş və bu barədə 11 fevral 2025-ci il tarixli 3-29-41/2-192/2025 nömrəli məktubla X14 Xidmətinin X7 məlumat verilməklə, Azərbaycan Respublikasının İnzibati icraat haqqnda Qanununun 5-ci və 6-cı maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində Ş.H.Rəhimovun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı tarixin xx.xx.2025-ci il tarixə dəyişdirilməsinə köməklik göstərməsi X14 Xidmətinin X3 xahiş olunmuşdur. Bununla da qeyri iş günləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş tələblər vətəndaşın xeyrinə həll edilmiş və inzibati xəta tam olaraq aradan qaldırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsinə əsasən inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqnda işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə malumat verməlidir. Həmin malumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Lakin X14 Xidmətinin Mil-Muğan regional şöbəsi tərəfindan yalnız 02 aprel 2025-ci il tarixli 3-17-5/2-27896/2025 nömrəli məktubla məlumat verilməklə Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən Ş.Rəhimovun əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verilməsi, əmr ləğv edilərək işçinin əvvəlki işinə bərpa edilməsinin təmin edilməməsi, hüquqpozma halının tərəflərindən tam aradan qaldırılmaması bildirilmişdir. Həmin müraciətin daxil olduğu tarix (xx.xx.2025-ci il) nəzərə alınaraq məsələnin məhkəmə qaydasında mübahisələndirilməsi qənaətinə gəlinmişdir. X14 Xidmətinin X5 yanaşması tam olaraq əsassızdır. Nəzərə çatdırır ki, X14 Xidmətinin X5 rəisi X9 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 xalasının nəvəsidir. İnzibati Xətalar Məcəlləsinin 107.0.1-ci maddəsinə əsasən hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən işin baxılması, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, onların qanuni nümayəndələrinin, müdafiəçinin və ya nümayəndənin qohumudursa istisna edilir. Həmin Məcəllənin 108-ci maddəsinə əsasən Bu Məcəllənin 107-ci maddəsində nəzərdə tutulan hallardan biri olduqda hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs özü-özünə etiraz etməlidir. Özü-özünə etiraz etmə barədə ərizə müvafiq məhkəmənin sədrinə, kollegial orqanın sədrinə, yuxarı vəzifəli şəxsə verilir. İnzibati Xətalar Məcəlləsinin 67-ci maddəsinin Qeyd hissəsinə əsasən bu Məcəllədə ”qohum” dedikdə, babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ər-arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ögey qardaş və bacının, uşağın, övladlığa götürülənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumları nəzərdə tutulur. Yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. Göründüyü kimi vəzifəli şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin yuxarıda göstərilən müddəalarına məhəl qoyulmadan Ş.S.Əzizov tərəfindən inzibati cərimə tətbiq edilmişdir. Bundan başqa İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 16 yanvar 2025-ci il tarixli MN0020698 nömrəli qərara nəzər salınsa, həmin qərarın qəbul edilməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.-1-1-ci maddəsinin rəhbər tutulduğu görünür ki, belə bir maddə həmin məcəllədə mövcud deyil. Bu da İnzibati Xətalar Məcəlləsinin mövcud müddəalarının tələblərinə ziddir. Həmçinin Əmək Məcəlləsinin 8-ci maddəsinin 4-cü bəndinə əsasən əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab dilir. Göründüyü kimi, vətəndaşın əmək müqaviləsinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə xitam verilməklə əmək hüququ tam şekildə təmin edilmişdir. X1 məhkəməyə elektron ərizə ilə müraciət edərək, şikayətə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə şikayətə X8 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X5 nümayəndəsi X10 bildirdi ki, şikayət tamamilə əsassızdır. Belə ki, şikayətçi tərəfindən Əmək Məcəlləsinin 8.4-cü maddəsinin tələbləri pozulmaqla müqaviləyə xitam verilmə qaydasına riayət edilmədən vətəndaşın əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixində bitdiyi halda xx.xx.2024-cü il tarixindən xitam verilmiş, bu barədə əmr elektron sistemə işlənilmişdir. Həmin xəta aşkar edildikdən sonra R.Musayeva xətanın aradan qaldırılması üçün atmalı olduğu addımlar izah edilmiş və onun barəsində şərti cərimə tənbehinin tətbiq edilməsi haqqında qərar qəbul edilmiş, hüquq pozmalar aradan qaldırıldıqdan sonra cərimənin icra edilməyəcəyi izah edilmişdir. Hüquqpozmanın aradan qaldırılma qaydası ondan ibarət olmalı idi ki, vətəndaş X13 işinə bərpa edilməli, daha sonra xx.xx.2025-ci ildə Təhsil İdarəsinin istəyinə uyğun olaraq işdən azad edilməli idi. Lakin hüquqpozma göstərilən qaydada aradan qaldırılmamış, Şükür Rəhimovun əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli əmrə şikayətçinin elektron imzası ilə dəyişiklik edilmiş, Şükür Rəhimovun əmək müqaviləsinə xitam verilməsi barədə əmri sistemdən çıxarıb, həmin əmrə dəyişikliyi sistemə yerləşdirməyə cəhd etmişlər. Lakin bu cür dəyişikliyi sistemə daxil etmək mümkün olmamışdır. Çünki sistemə bu cür müdaxilə məhdudlaşdırılmışdır. Sistemdə düzəliş həyata keçirilməsinin yeganə qaydası vətəndaşın işinə bərpası barədə əmrin verilməsi yolu ilə mümkün idi. Görünür ki, onlara bu izah edilsə də, onlar bunu arzu etməmişlər. Şərti cərimə tətbiq etmə haqqında qərar qəbul edilməsinin də məqsədi şəxsin işinə bərpa edilməsi, bundan sonra, yəni vaxtı çatdıqdan sonra işdən azad edilmə məsələsinin mülahizəyə uyğun həll edilməsi idi. Bütün bu hallar izah edilsə də, Təhsil İdarəsindən bildirmişlər ki, onlar büdcə təşkilatıdırlar, yanvar ayından onlarda belə bir ştat mövcud deyildir, ona görə də vətəndaşı işinə bərpa edə bilməyəcəklər. Bu sözlərdən sonra da yuxarıda qeyd edilən vətəndaşın əmək müqaviləsinə xitam verilməsi haqqında əmrə dəyişiklik edilməsi barədə əmri imzalamışlar. Bu cür dəyişikllik də hüquqpozma halının aradan qaldırılması kimi qiymətləndirilə bilməz. Şikayətdə göstərilən işdən azad edilən vətəndaşla mənafeyini təmsil etdiyi qurumun rəhbəri olan və inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Şahinin işdən azad edilmiş vətəndaş Şükür ilə qohumluq məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, qeyd edilən şəxslər qohum olsalar belə, müvafiq hüquqpozmalarla bağlı araşdırmaları müffəttişləri həyata keçirir, bu araşdırmaların nəticəsində rəis yalnız qərar qəbul edir. Yəni o, hər hansı araşdırma həyata keçirmir. Ona görə şikayətdə qeyd edilən əsas da müvafiq qərarın ləğv edilmə əsası və səbəbi ola bilməz. Odur ki, o, şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə izahatı dinləyib, şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, X8 şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X5 xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından görünür ki, Mil-Muğan Tİ-nin işçisi olmuş X6 əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilərkən bitmə tarixdən bir gün qabaq edilmişdir ki, nəticədə Əmək Məcəlləsinin 8.4-cü maddəsinin tələbləri pozulmuşdur. Buna görə də X2 Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən 1500 (bir min beş yüz) manat cərimə edilmiş və törəödilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən olunmuş, bu müddətdə hüquqpzoma aradan qaldırılarsa, inzibati cərimənin ödənilməməsi, əks təqdirdə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimənin ödənilməli olduğu göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3- 29-41/3-1-60K/2025 nömrəli əmrə dəyişiklik edilməsi barədə əmrindən görünür ki, Mil-Muğan Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-29-41/3-1-737K/2024 nömrəli əmrinin 1.17ci bəndinin ləğv edilməsi, əmrin 2-ci bəndinin 3-cü bəndlə əvəz edilməsi, əmrin 2-ci bəndinin “Metodiki kabinetin İmişli rayonu üzrə metodisti X6 əmək müqaviləsinə müddətin qurtarması ilə əlaqədar xx.xx.2025-ci il tarixdən xitam verilməsi” kimi yenbi redaksiyada verilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev tərəfindən X14 Xidmətinin X5 rəisi Şahin Əzizova ünvanlanmış xx.xx.2025-ci il tarixli müraciətdən görünür ki, X6 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli, 3-29-41/3-1-737K/2024 nömrəli əmrlə xitam verilmiş, müraciətinizə əsasən həmin əmrə xx.xx.2025-ci il tarixli, 3-29-41/3-1-60K/2025 nömrəli əmrlə dəyişiklik edilərək X6 əmək müqaviləsinə xitam verilmə tarixi xx.xx.2025-ci il tarixi ilə əvəz olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində Ş.H.Rəhimovun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı tarixin dəyişdirilməsi texniki olaraq səlahiyyət xaricindədir. Odur ki, Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanunun 5-ci və 6-cı maddələrini rəhbər tutaraq zərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində Ş.H.Rəhimovun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı tarixiin xx.xx.2025-ci il tarixinə dəyişdirilməsinə köməklik göstərilməsi xaihş edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X5 direktoru ŞahinƏzizov tərəfindən Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayevə ünvanlanmış xx.xx.2025-ci il tarixli müraciətinə cavabdan görünür ki, ötən müddət ərzində tərəfinizdən törədilmiş hüquqpozmanın aradan qaldırılması ilə bağlı X14 Xidmətinin X7 təqdim edilmiş məktub və sənədlərdən məlum olmuşdur ki, Ş.Rəhimovun əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verilmiş xx.xx.2024-cü il tarixli, 3-29-41/3-1-737K/2024 nömrəli əmrə xx.xx.2025-ci il tarixli, 3-29-41/3-1-60K/2025 nömrəli əmrlə dəyişiklik edilmiş, Ş.Rəhimovun əmək müqaviləsinə xitam verilmə tarixi xx.xx.2025-ci il tarixi ilə əvəz edilmişdir. Lakin təqdim edilmiş sənədlərdən göründüyü kimi, Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən Ş.Rəhimovun əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verilmiş əm ləğv edilərək işçinin əvvəlki işinə bərpa edilməsi təmin edilməmiş, hüquqpozma halı tərəfinizdən aradan qaldırılmamışdır. Tərəfinizdən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 116.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində törədilmiş hüquqpozma tam aradan qaldırılmadığı üçün inzibati cərimə ödənilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49.5-ci maddəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən, elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Beləliklə məhkəmə işin hallarını və sadalanan qanunvericilik normalarının tələblərini nəzərə alraq hesab edir ki, inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi üçün əsas yoxdur. Belə ki, işdən də göründüyü kimi, inzibati cərimə şərti tətbiq edilərkən işçinin hüquqlarının qorunmasının təmin olunması, müvafiq hüquq pozmanın aradan qaldırılması üçün barəsində tənbeh tədbiri tətbiq edilmiş şəxsə 30 gün müddət təyin edilmiş, işəgötürən işçinin əmək müqaviləsinə xitam verilməsi barədə qanunsuz qəbul etdiyi qərarı ləğv edərək işçini işinə bərpa etmək əvəzinə həmin əmrə yalnız dəyişiklik etmiş, bununla da hüquq pozmanı aradan qaldırmasını zənn etmişdir. Bundan əlavə, o da qeyd edilməlidir ki, şikayətçi şikayətində qərarın qanunsuz olmasına əsaslansa da, göründüyü kimi o, həmin qərarla razılaşmışdır ki, ona təyin edilmiş hüquqpozmanın aradan qaldırılma müddətində əmrə dəyişiklik edilməsi barədə qərar qəbul etmiş, həmin qərarın mərkəzləşdirilmiş sistemə yerləşdirilməsinə köməklik edilməsi üçün inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqana müraciət etmişdir. Şikayətçinin şikayətində inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxslə işdən azad edilmiş vətəndaş arasında qohumluq münasibətinin mövcudluğuna görə inzibati tənbeh vermə haqqında səlahiyyətinin olmaması ilə bağlı əsasına gəldikdə isə, məhkəmə inzibati tənbehvermə haqqında orqanın nümayəndəsinin bu dəlilə münasibətdə göstərdiyi əsaslarla razılaşır və qeyd edir ki, bu dəlil də inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi əsası kimi çıxış edə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsaslı hesab edilə və qəbul edilmiş qərarın ləğvinə səbəb ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 126.2-ci maddəsinə əsasən, yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 394.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxsişin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X5 xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-737/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-737/2025
07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver