Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-747/2024 25.04.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad Rayon Məhkəməsinın hakimi Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, barəsində inzibati icraat başlanmış şəxs Şəxs iştirakı ilə xx.xx.1979-cu il tarixdə Sabirabad rayonuda Ulacalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Sabirabad rayonu Ulacalı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN2067167№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Sabirabad rayon X3 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis baş leytenantı Şahid tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN2067167№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə Zeynalov X2 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməlləri törətməsində təqsirli bilinir ona görə ki, Sabirabad rayonu Ulacalı kəndində Qafil Niftaliyevə məxsus kafedə Qabil İbrahimli adlı şəxlə yaranmış mübahisə ilə bağlı izahatının alınması üçün Şəxs xx.xx.2024-cü il tarixdə Sabirabad RPŞ-yə dəvət olunarkən Şöbənin inzibati binasında Qabil İbrahimlinin ünvanına uca səslə nalayiq ifadələr işlədən zaman, polis işçiləri onu sakitləşdirib, nizam intizama dəvət etsələr də, o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və ictimai qaydanı pozan qanunsuz əməllərini davam etdirmişdir. Onun bu əməlləri İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 510 və 535.1-ci maddələrində nəzərdə tutlmuş inzibati xəta kimi qiymətləndirilərək, barəsində xx.xx.2024-cü il tarixli MN2067167№-li inzibati xəta haqqında Protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona istinad olunan İXM-nın 510 və 535.1-ci maddələrində nəzərdə tutlmuş inzibati xəta əməllərində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, Sabirabad rayonu Ulacalı kəndində Qafil Niftaliyevə məxsus kafedə Qabil İbrahimli adlı şəxsin alkoqol sərxoşluğu vəziyyətində onunla etdiyi mübahisə ilə bağlı izahatının alınması üçün xx.xx.2024-cü il tarixdə Sabirabad RPŞ-yə dəvət olunarkən o, buna etiraz etməmiş və hər hansı şəxs barəsində uca səslə nalayiq ifadələr işlətməmişdir, həmçinin ictimai qaydanı mühafizə vəzifəsini icra edən polis işçisinin qanuni tələblərinə tabesizlik etməmişdir. Hesab edir ki, onun əməllərində inzibati xəta tərkibi olmadığı üçün barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Sabirabad rayonu Ulacalı kəndində Qafil Niftaliyevə məxsus kafedə Qabil İbrahimli adlı şəxsin alkoqol sərxoşluğu vəziyyətində Şəxs ilə etdiyi mübahisə ilə bağlı izahatının alınması üçün xx.xx.2024-cü il tarixdə Zeynalov X1 RPŞ-yə dəvət olunarkən o, buna etiraz etməmiş və hər hansı şəxs barəsində uca səslə nalayiq ifadələr işlətməşidir, həmçinin ictimai qaydanı mühafizə vəzifəsini icra edən polis işçisinin qanuni tələblərinə tabesizlik etməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dinləyib və inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdıraraq hesab edirəm ki, Sabirabad rayonu Ulacalı kəndində Qafil Niftaliyevə məxsus kafedə Qabil İbrahimli adlı şəxsin alkoqol sərxoşluğu vəziyyətində Şəxs ilə etdiyi mübahisə ilə bağlı izahatının alınması üçün xx.xx.2024-cü il tarixdə Zeynalov X1 RPŞ-yə dəvət olunarkən onun, hər hansı şəxs barəsində uca səslə nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozan və ictimai qaydanı mühafizə vəzifəsini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması halı müəyyən edilməmişdir. Belə ki, İXM-nın 510-cu maddəsi ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, İXM-nın 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsulliyyət nəzərdə tutur. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati icraat aparılan xx.xx.2024-cü il tarixdə Şəxs RPŞ-nin inzibati binasında Q.V.İbrahimlinin ünvanına nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozan və ictimai qaydanı mühafizə vəzifəsini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması halı sübut olunmamış, yəni onun İXM-nın 510 və 535.1-ci madd. nəzərdə tutlmuş müvafiq olaraq ictimai qaydanı pozan və ictimai qaydanı mühafizə vəzifəsini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması hərəkətinin nədə ifadə olunması və bu faktın mövcudluğu öz təsdiqini tapmamışdır. İnzibati xətanın tərkibi hüquqla müəyyən edilmiş inzibati xətanın obyektivdən, obyektiv cəhətindən, subyektindən və subyektiv cəhətindən ibarət elementlər məcmusudur. İnzibati xətanın obyektiv cəhəti tördilən (törədilmiş) inzibati xətanın xarici görünüşü və ya inzibati hüquq normaları ilə nəzərdə tutulan və inzibati xətanın xarici görünüşünü xarakterizə edən elementlər sistemidir. Bu elementlərin hər hansı birinin olmaması inzibati xətanın mövcudluğunu istisna edir. Şəxs istinad olunan İXM-nın 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta subyektiv cəhətdən düzünə qəsdlə, obyektiv cəhətdən fəal hərəkətlərdə ifadə olunmalıdır. Lakin hazırkı iş üzrə barəsində iş üzrə icraat aparılan şəxsin izahatından görünür ki, barəsində iş üzrə inzibati icraat aparılan şəxsin mübahisə edərək, uca səslə nalayiq ifadələr işlətməklə, ictimai qaydanı pozması və ictimai qaydanı mühafizə vəzifəsini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması faktı müəyyən edilməmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş subutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə, barəsində inzibati icraat aparılan şəxsin izahatını işin faktiki hallarına uyğun gəldiyinə görə mötəbər hesab edir. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Yuxarıda istinad olunan inzibati xətalar məcəlləsinin normalarının tələbləri baxımdan hesab edirəm ki, hazırkı inzibati xəta haqqında protokolda göstərilən «yüksək səslə ünvansız nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozma və ictimai qaydanı mühafizə vəzifəsini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabeçilik etməmə» halı üzrə inzibati xəta tərkibi mövcud deyildir. İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İXM-nin 53.0.2-ci maddəsinə əsasən şəxsin əməllərində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Hesab edirəm ki, Şəxs əməllərində 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün, həmin maddələrlə onun təqsirləndirilməsinə dair Sabirabad RPŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli MN2067167№-li inzibati xəta haqqında Protokol üzrə o, inzibati məsuliyyətdən azad olunmalı və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 53, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN2067167№-li inzibati xəta haqqında Protokola əsasən Şəxs əməllərində İXM-nın 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün, həmin maddələrlə o, inzibati məsuliyyətdən azad olunsun və qeyd olunan protokol üzrə onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-747/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-747/2024
25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver