Məhkəmə qərarları › İş №3(056)-760/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-760/2024

29.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-760/2024 29.04.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakim Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi Zərərçəkmiş şəxs və barəsində inzibati icraat başlanmış şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Xacmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, Xacmaz rayonu Armudpadar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN 2067189№-li Protokola və protokol ətrafında toplanmış materiala Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Sabirabad rayon X5 Təhlükəsizlik Bölməsinin sahə rəisi polis mayoru X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN 2067189№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə Sabirabad rayon sakini X2 300 manat məbləğdə pulunu tikiti üçün layihə hazırlayacağı adı ilə mənimsəmişdir və bunlada ona maddi zərər vurumuşdur. Bu əmələ görə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 227-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta törətməsinə dair xx.xx.2024-cü il tarixli MN 2067189№-li inzibati xəta haqqında Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 227-ci maddəsi ilə ona istinad olunan inzibati xəta törətməsində özünü təqsirli bilib və əməlindən peşimançılıq hissi keçirərək, X3 (zərərçəkmiş şəxs) vurulmuş ziyanı ödədiyini və zərərçəkmiş şəxslə barışdığını ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 izahatında Şəxs ona vurlmuş ziyan ödədiyini və onunla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sabirabad RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı Asiman Bəkirovun 17 fevral 2024-cü il tarixli «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» Qərarından görünür ki, Şəxs əməlində İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında iş üzrə tədbir görülməsi üçün qərarın surətinin Sabirabad RPŞ-nin İTB-yə verilməsi, həmçinin qərarın surətinin X1 və digər maraqlı tərəflərə göndərilməklə, qərardan şikayət etmək hüququnun olmasının izah edilməsi, qərarın surətinin prosessual rəhbərliyi həyata keçirən rayon prokurorluğuna göndərilməsi, toplanmış materialların saxlanılması üçün Sabirabad RPŞ-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta törətməsində təqsirli olması Şəxs etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübuta yetirilir. Qeyd edilən maddə ilə müəyyən olunmuş əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Onun əməli düzgün olaraq İXM-nin 227-ci maddəsi ilə tövsif edilmişdir. İXM-nın 227-ci maddəsinə görə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-in 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. İnzibati materiala əlavə edilmiş barəsində inzibati icraat aparılan şəxsin izahatı və zərərçəkmiş şəxsin ərizəsindən görünür ki, dəymiş zərərin avəzi ödənilmiş, onlar barışmış və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edirlər. İşin araşdırılmış hallarına və qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsaslanaraq belə nəticəyə gəlirəm ki, Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN 2067189№-li inzibati xəta haqqında Protokol əsasında Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin (vurlmuş ziyan ödənildiyi və zərərçəkmiş şəxslə barışdığı üçün). Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar