Məhkəmə qərarları › İş №3(056)-771/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-771/2024

30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-771/2024 30.04.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad Rayon Məhkəməsinın hakimi Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Tovuz rayonu Qədirli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN2067199№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Sabirabad rayon X2 Təhlükəsizlik Bölməsinin sahə rəisi polis leytenantı X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN2067199№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 01:22 radələrində Sabirabad rayonu Cavad kəndində VAZ 2107 markalı 90CZ779 dövlət qeydiyyat nişanlı avtomobili itələyərək işə salmağa çalışan zaman, o, polis əməkdaşlarının onun alkoqol sərxoşluğu vəziyyətinin müayinə edilməsi təklifinə etiraz edərək, ucadan nalayiq ifadələr işlətmişdir. Bu əmələ görə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 510-cu maddəsində nəzərdə tutlmuş inzibati xəta törətməsinə dair xx.xx.2024-cü il tarixli MN2067199№-li inzibati xəta haqqında Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ona istinad olunan İXM-nın 510-cu maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlində özünü təqsirli bilməyərək, izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 01:22 radələrində Sabirabad rayonu Cavad kəndində özünə məxsus VAZ 2107 markalı 90CZ779 dövlət qeydiyyat nişanlı avtomobildə Kafenin qarşısında internetə qoşulub telefonun ekranı ilə futbola baxmış, müəyyən vaxt keçəndən sonra avtomobilində nasazlıq yaranmış və oradan keçən iki nəfər şəxsdən ona kömək etməyini, avtomobili itələyərək işə salıb, kafenin həyətində parklamasını xahiş etmiş və bu zaman bir nəfər polis əməkdaşının ona yaxınlaşıb sənədlərini yoxlamış və spirtli icki qəbul edib-etmədiyini soruşmuş, o isə yeni içməyə başladığını, sərxoş vəziyyətində avtomobil idarə etmədiyini, avtomobili kafenin həyətində parklamaq istəyini bildirmişdir. Bu zaman o, polis əməkdaşlarının onun alkoqol sərxoşluğu vəziyyətinin müayinə edilməsi təklifi ilə bağlı o, Sabirabad RPŞ-yə dəvət ounmuş, o, polis əməkdaşları ilə RPŞ-yə getmiş və orada müayinə olunmuşdur. O, Sabirabad RPŞ-də olarkən polis əməkdaşları ilə mübahisə etməmiş, həmçinin hər hansı təhqiredici ifadələr işlətməmişdir. Hesab edir ki, onun əməlində inzibati xəta tərkibi olmadığı üçün barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2024-cü il tarixdə saat 01:22 radələrində alkoqol sərxoşluğu vəziyyətinin müayinə edilməsi ilə bağlı o, Sabirabad RPŞ-də olarkən, orada polis əməkdaşları ilə mübahisə etməmiş, həmçinin hər hansı təhqiredici ifadələr işlətməmişdir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərinin xırda xuliqanlıq kimi qiymətləndirilən əməlləri ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmamışdır. Belə ki, İXM-nın 510-cu maddəsi ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsulliyyət nəzərdə tutur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dinləyib və inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdıraraq hesab edirəm ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə saat 01:22 radələrində alkoqol sərxoşluğu vəziyyətinin müayinə edilməsi ilə bağlı Sabirabad RPŞ-də olarkən, orada polis əməkdaşları ilə mübahisə etməsi, həmçinin hər hansı təhqiredici ifadələr işlətməsi və bununla da ictimai qaydanı pozma faktı sübuta yetirilməmiş, yəni onun İXM-nın 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlıq hərəkətinin nədə ifadə olunması müəyyən olunmamışdır. İnzibati xətanın tərkibi hüquqla müəyyən edilmiş inzibati xətanın obyektivdən, obyektiv cəhətindən, subyektindən və subyektiv cəhətindən ibarət elementlər məcmusudur. İnzibati xətanın obyektiv cəhəti tördilən (törədilmiş) inzibati xətanın xarici görünüşü və ya inzibati hüquq normaları ilə nəzərdə tutulan və inzibati xətanın xarici görünüşünü xarakterizə edən elementlər sistemidir. Bu elementlərin hər hansı birinin olmaması inzibati xətanın mövcudluğunu istisna edir. Şəxs istinad olunan İXM-nın 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta subyektiv cəhətdən düzünə qəsdlə, obyektiv cəhətdən fəal hərəkətlərlə ictimai qaydanı pozan və cəmiyyətə açıqca hörmətsizliklə ifadə olunmalıdır. Lakin hazırkı iş üzrə işin araşdırılmış halları ilə Şəxs hərəkətlərində həmin maddənin tərkibini yaradan faktlar müəyyən edilməmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş subutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə, barəsində inzibati icraat aparılan şəxsin və şahid izahatını, həmçinin istinad olunan məhkəmə qətnamələrini işin faktiki hallarına uyğun gəldiyinə görə mötəbər hesab edir. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Yuxarıda istinad olunan inzibati xətalar məcəlləsinin normalarının tələbləri baxımdan hesab edirəm ki, hazırkı inzibati xəta haqqında protokolda göstərilən «ictimai qaydanı pozma» halı üzrə inzibati xəta tərkibi mövcud deyildir. İXM-nın 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İXM-nin 53.0.2-ci maddəsinə əsasən şəxsin əməllərində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Hesab edirəm ki, Şəxs əməllərində İXM-nın 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadıqda, o, həmin maddə ilə inzibati məsuliyyətdən azad olunmalı və qeyd olunan maddə ilə onun təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 1177, 48-51, 114, 128-130cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN2067199№-li inzibati xəta haqqında Protokola əsasən Şəxs əməllərində İXM-nın 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün o, inzibati məsuliyyətdən azad olunsun və həmin maddə ilə onun təqsirləndirilməsinə dair aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar