Məhkəmə qərarları › İş №3(056)-773/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №3(056)-773/2025

16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 3(056)-773/2025 16.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakim Nurəddin Abuzər oğlu Bağırov, İnzibati tənbeh vermə haqqında EQ 26405458№li X2 tərəfindən verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: X1, barəsində qəbul olunmuş İnzibati tənbeh vermə haqqında EQ 26405458№li Qərardan məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati Xətalar Məcəlləsinin 132.1 və 132.1.2-ci maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmaması məsələsi həll edilir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında işlər üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2 və 128.2.3-cü maddələrinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Yuxarıda istinad olunan qanunvericilik normalarından göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi ilə şikayət verilməli olan sənədlər siyahısı, şikayət vermə müddətləri və qərardan şikayət verilməsi prosedurunun riayət olunması tələb olunan digər qaydaları müəyyən edilmişdir. Belə ki, məhkəməyə təqdim olunmuş şikayətin məzmununda qeyd olunur ki, X5 barəsində xx.xx.2025-ci il tarixdə qəbul olunmuş İnzibati tənbeh vermə haqqında EQ 26405458№li qərarla razılaşmayıb, həmin qərarın ləğv edilməsini xahiş etsə də, lakin istinad etdiyi həmin xx.xx.2025ci il tarixli EQ 26405458№li qərarın surətini şikayətə əlavə edərək məhkəməyə təqdim etməmiş və bununla da həmin qərarın mövcudluğunu, qərarın İnzibati Xətalar Məcəlləsi ilə şikayət verilməli olan sənədlər siyahısına aid olmasını və ya qərardan şikayət vermə müddətinin ötürülüb-ötürülməməsini, həmçinin qərardan şikayət verilməsi prosedurunun digər qaydalarının tətbiq edilməsini müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İnzibati tənbeh vermə haqqında EQ 26405458№li X2 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar