Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-779/2024 13.05.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, 30 yanvar 2003-cü ildə Sabirabad rayonunda anadan olmuş, orta təhsilli, fərdi qaydada tkasi sürücüsü işləyən, Sabirabad rayonu Qəzli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və protokol ətrafında toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, 11 noyabr 2023-cü ildə Şəxs “Mercedes Benz” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “X3” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, nəticədə onun idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2106” markalı, **-BB- *** dövlət qeydiyyat nişanlı avtomobili toqquşmuş, nəticədə Şəxs avtomobildə olan X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət almışdır. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirdi ki, o, yolun sağ ehtiyyat hissəsində olan qaz borusuna toqquşmadan qaçmaq üçün avtomobilini boşluğa, yəni sol istiqamətə çəkimiş, Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil onun avtomobili ilə toqquşmuşdur. Göründüyü kimi Təbriz idarə etdiyi avtomobillə onun avtomobilini vurub. Hazırda o, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmənin sualına cavab olaraq Şəxs barəsində olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarın ona elan olunduğunu bildirdi. Sabirabad RPŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı Fikrət Bağırov tərəfindən qəbul edilmiş 30 yanvar 2024-cü il tarixli «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən görünür ki, yol-nəqliyyat hadisəsi baş verməsi ilə əlaqədar aparılan araşdırma nəticəsində Şəxs və Zərərçəkmiş şəxs əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, sürücü Şəxs barəsində AR İXM-nin 327.8-ci, Zərərçəkmiş şəxs barəsində isə 332.2 və 334.1-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Sabirabad RPŞnin DYPB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli İXP 60339844№-li Protokolu və əlavə edilmiş sənədləri nəzərdən keçirib və izahatları dinləyib hesab edir ki, tədqiq edilmiş sübutlarla Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri məhkəmə iclasında tədqiq olunmuş sübutlarla tam sübuta yetirilir və onun törətdiyi əməl düzgün tövsif olunmuşdur. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, “X3” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. İşdən də göründüyü kimi, Şəxs hadisədə özünü təqsirli bilmədiyini göstərsə də, həmçinin qaz borusu ilə toqquşmadan yayınmaq üçün avtomobilini sol istiqamətə döndərməsini bildirmişdir ki, bu hərəkəti ilə də o, yol hərəkəti üçün təhlükəli şərait yaratmış, qeyd olunan yol-nəqliyyat hadisəsi baş vermişdir. Azərbaycan Respublikasının İXM-nin 327.8-ci müddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati xəta törətməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsində göstərilən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran hallarının olmamasını, yuxarıda sadalanmış məsuliyyətini yüngülləşdirən halı və taksi sürücüsü işləməsini nəzərə alaraq, onun barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab etmir. Beləliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-779/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-779/2024
13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver