Məhkəmə qərarları › İş №3(056)-78/2023

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-78/2023

27.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-78/2023 27.01.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İnzibati xəta haqqında prorokolu tərtib etmiş şəxs, Sabirabad RPŞ-nin X1 sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1959-cu ildə Sabirabad rayonu, Surra kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Sabirabad şəhəri, Nizami küçəsi ev 10-da qeydiyyatda olmaqla həmin şəhərin V.Əhmədov küçəsi ev 25-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə Müəyyənetdi: Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, xx.xx.2023-cü il tarixdə Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad şəhəri, V.Əhmədov küçəsi ev 25-də Şəxs yaşadığı evə baxış keçirilən zaman 3,40 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında prorokolu tərtib etmiş şəxs, Sabirabad RPŞ-nin X1 sahə rəisi, polis kapitanı X3 izahat verərək bildirdi ki, o, inzibati xəta haqqında protokolu cinayət işinin başlanmasının rədd edilməsi haqqında Sabirabad RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı Mərifət Ağazadənin qəbul etdiyi xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı əsasında tərtib etmişdir. Həmin qərarla Şəxs əməlində cinayət tərkibinin olmaması qərara alınmış, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi RPŞ-nin İTB-nə tapşırılmışdır. O, həmin qərar əsasında inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahagt verərək bildirdi ki, təxminən bir həftə əvvəl Sabirabad şəhəri 20 Yanvar küçəsində yerləşən çayxananın arxa tərəfinə keçib ayaqyoluna gedərkən 1 ədəd sellofon torbada el arasında “nəşə” kimi adlanan narkotik vasitə qurudulmuş marixuana aşkar etmişdir. Özü narkotik vasitə qəbul etdiyi üçün sellofon torbada aşkar etdiyi kütləni cibinə qoyub evə gətirmiş, sonra 4 ədəd bükümlərə bölüb istifadə etmək məqsədi ilə özünə məxsus balaca metal qabın içərisində saxlamışdır. 10 yanvar 2023-cü il tarixdə saat 11 radələrində evdə saxladığı 4 ədəd bükümlərdən 2 ədədini götürüb cibinə qoymuşdur. Fikirləşmişdir ki, lazım olsa istifadə edər. Sonra evdən çıxıb həyətə düşərkən polis əməkdaşları həyətə daxil olmuş və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə məlumat aldıqlarını, buna görə də həyətinə və yaşadığı evinə baxış keçirəcəklərini bildirmişlər. Polis əməkdaşları ondan yaşadığı evə və həyətinə baxış keçirilməsinə etirazımın olubolmamasını soruşmuş, o, hər hansı etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazıb polis işçilərinə təqdim etmişdir. Baxış zamanı evin mətbəxində qaz sobasının altında 1 ədəd metal qabda içərisində saxladığı 2 ədəd bükümlərdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Hazırda əməlindən peşmandır. İlk dəfədir ki, inzibati xəta törədir. Ailəsinə yeganə qazanc gətirən şəxs odur. İnzibati qaydada həbs olunacağı təqdirdə ailəsi pərişan vəziyyətə düşəcək və maddi tələbatlarını qarşılamaqda köməklik edəcək kimsə olmayacaqdır. Ona görə də o, məhkəmədən yaş həddinin də nəzərə alınaraq barəsində həbslə bağlı olmayan tənbeh tədbiri tətbiq edilməsini xahiş edir və söz verir ki, bir daha narkotik vasitə qəbul etməyəcəkdir. Sabirabad RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Mərifət Ağazadə tərəfindən qəbul edilmiş «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN1642012 nömrəli protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlindən peşman olmasını, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını və mövcud yaş durumunu məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq belə qənaətə gəlir ki, İnzibati Xətalar Məcəlləsinin pozuntusuna yol verilmiş maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati xəta törətməsi, ailəsinə yeganə qazanc gətirən şəxs olması və yaşının çox olması (63 yaş) səbəbi ilə tətbiq edilməsi məqsədəmüvafiq deyildir. Bu əsasla onun barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, cərimə tənbehinin həddi isə şəxsin məsuliyyətini daha dərindən dərk edə bilməsi üçün onun bir qədər maddi sıxıntıya məruz qalması məqsədilə maksimum həddə müəyyən edilməlidir. Bundan əlavə o da qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müddətində şübhəli şəxs qismində tutulmaqla 1 gün Sabirabad RPŞ-də saxlanılmışdır Məhkəmə hesab edir ki, insan hüquq və azadlıqlarının müdafiəsi baxımından bu xüsusat da nəzərə alınmalı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təyin ediləcək cərimə məbləğindən 30 (otuz) manat çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə təqsirli bilinib barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs 10 yanvar 2023-cü il tarixdən 11 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində Sabirabad RPŞ-də saxlanıl bir gün nəzərə alınmaqla Şəxs qəti olaraq 370 (üç yüz yetmiş) manat məbləğində cərimə edilsin. Sabirabad RPŞ-də saxlanılan, Şəxs aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 3.32 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə və Sabirabad Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi vaxtdan 10 gün müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar