Məhkəmə qərarları › İş №3(056)-780/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №3(056)-780/2025

14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 3(056)-780/2025 14.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakim Nurəddin Abuzər oğlu Bağırov, X2, barəsində qəbul olunmuş “inzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli EQ 25798472 saylı elektron qərardan şikayətin verilməsi müddətinin bərpa olunması barədə ərizəsini nəzərdən keçirib MÜƏYYƏN ETDİM: DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 25798472№-li inzibati tənbeh vermə haqqında Elektron Qərarına əsasən X1 Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinmişdir. X4 xx.xx.2025-ci il tarixli EQ 25798472 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət verərək, həmçinin qərardan şikayət verilməsi müddətinin bərpa olunması barədə vəsatət vermişdir. Belə ki, İXM-nın 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göründüyü kimi qanunvericilik İXM-nın 130.2-ci maddəsində səlahiyyətli orqanın və ya məhkəmələrin inzibati tənbeh tətbiq etmə qərarlarından şikayət vermə müddətinin bərpası məsələsinin həllini qərarı qəbul etmiş hər bir subyektin özünə aid etmişdir. Bununla DİN BDYPİ-nin inzibati tənbeh təyin etmə haqqında qərarından şikayət vermə müddətinin bərpası məsələsi də həmin səlahiyyətli orqanın özu tərəfindən həll edilməli idi. Belə ki, İXM-nın 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göründüyü kimi qanunvericilik İXM-nın 130.2-ci maddəsində səlahiyyətli orqanın və ya məhkəmələrin inzibati tənbeh təyin etmə haqqında qərarlarından şikayət vermə müddətinin bərpası məsələsinin həllini qərarı qəbul etmiş hər bir subyektin özünə aid edərək həvalə etmişdir. Bununla DİN BDYPİ-nin inzibati tənbeh təyin etmə haqqında qərarından şikayət vermə müddətinin bərpası məsələsi də həmin səlahiyyətli orqanın özu tərəfindən həll edilməli idi. Məhkəmə vəsatəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, xx.xx.2025-ci il tarixli EQ 25798472 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermə müddətinin bərpası məsələsi həmin qərarı qəbul etmiş DİN BDYPİ-nin özu tərəfindən həll edilməli olduğundan, müddətinin bərpa olunması barədə X2 vəsatəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİM: X2, barəsində qəbul olunmuş “inzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli EQ 25798472 saylı Elektron Qərardan şikayətin verilməsi müddətinin bərpa olunması barədə ərizəsi geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar