Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-785/2024 03.05.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad Rayon Məhkəməsinın hakimi Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, protokolu tərtib etmiş şəxs, Sabirabad rayon X3 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis baş leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Beyləqan rayonu, Miləbad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Beyləqan rayonu, Miləbad qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri, Sabuncu rayonu, Ramanı qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN2067224№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Sabirabad rayon X3 Təhlükəsizlik Bölməsinin sahə rəisi polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN2067224№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il idarə etdiyi “Toyota Avalon” markalı ** KM *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sabirabad şəhəri Muğan prospektində hərəkət edərkən Yol hərəkəti qaydasını pozduğu səbəbi ilə onu saxlamış Sabirabad rayon Polis Şöbəsinin DYPB-nin YPX-nın əməkdaşları ona Yol hərəkəti qaydasını pozduğunu izah edən zaman o, telefonu ilə onların video çəkilişini aparmış və ondan videoçəkilişin saxlanması tələb olunsa da, o, YPX-nın əməkdaşları ilə mübahisə edib, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu əməlinə görə onun barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 535.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanın törətməsinə dair xx.xx.2024-cü il tarixli MN2067224№-li inzibati xəta haqqında Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ona istinad olunan İXM-nın 535.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlində özünü təqsirli bilməyərək, izahatında bildirmişdir ki, xx.xx.2024-cü il idarə etdiyi “Toyota Avalon” markalı ** KM *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sabirabad şəhəri Muğan prospektində hərəkət edərkən Sabirabad rayon Polis Şöbəsinin DYPB-nin YPX-nın əməkdaşları onu saxlamış və onun dəmir yolunu keçərkən dayan işarəsinin tələblərinə riayət etməməsi əsası ilə onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. O, bu hala etirazını bildirib, dayan işarəsi olan yol nişanını görünməyən yerdə olduğunu bildirib, həmin yol nişanın yerdə olduğu halda öz telefonu ilə video çəkilişini aparmışdır. DYPB-nin YPX-nın əməkdaşları ona videoçəkilişin saxlanmasını tələb etdikdə, o, artıq videoçəkilişini aparmışdır. O, xx.xx.2024-cü il tarixdə Sabirabad RPŞ-nın DYPB-nin əməkdaşları ilə mübahisə etməmiş, hüququnun pozulduğunu izah etməyə çalışmış və polis əməkdaşaları onu Sabirabad rayon Polis Şöbəsinə dəvət etdikdə, o, buna etiraz etməmiş və onlarla birlikdə RPŞ-yə getmişdir. Hesab edir ki, onun əməlində inzibati xəta tərkibi olmadığı üçün barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2024-cü il tarixdə Sabirabad şəhəri Muğan prospektində Sabirabad RPŞ-nın DYPB-nin əməkdaşları ilə mübahisə etməmiş və polis əməkdaşaları onu Sabirabad rayon Polis Şöbəsinə dəvət etdikdə, o, buna etiraz etməmiş və onlarla birlikdə RPŞ-yə getmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dinləyib və inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdıraraq hesab edirəm ki, hazırki iş üzrə barəsində inzibati icraat aparılan Şəxs əməlində ictimai qaydanı mühafizə vəzifəsini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması halı müəyyən edilməmişdir. Belə ki, İXM-nın 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşrımasının nəticəsi olaraq barəsində iş üzrə inzibati icraat aparılan şəxs Şəxs əməlində ictimai qaydanı mühafizə vəzifəsini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması faktı sübuta yetirilməmiş, yəni onun İXM-nın 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanı mühafizə edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmaması hərəkətinin nədə ifadə olunması və bu faktın mövcudluğu öz təsdiqini tapmamışdır. İnzibati xətanın tərkibi hüquqla müəyyən edilmiş inzibati xətanın obyektivdən, obyektiv cəhətindən, subyektindən və subyektiv cəhətindən ibarət elementlər məcmusudur. İnzibati xətanın obyektiv cəhəti tördilən (törədilmiş) inzibati xətanın xarici görünüşü və ya inzibati hüquq normaları ilə nəzərdə tutulan və inzibati xətanın xarici görünüşünü xarakterizə edən elementlər sistemidir. Bu elementlərin hər hansı birinin olmaması inzibati xətanın mövcudluğunu istisna edir. Şəxs istinad olunan İXM-nin 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta subyektiv cəhətdən düzünə qəsdlə, obyektiv cəhətdən fəal hərəkətlərdə ifadə olunmalıdır. Lakin hazırkı iş üzrə barəsində iş üzrə icraat aparılan şəxsin izahatından görünür ki, barəsində iş üzrə inzibati icraat aparılan şəxsin polis işçilərinin hər hansı bir qanuni tələbinə qəsdən tabe olmaması faktı müəyyən edilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, polis əməkdaşları barəsində iş üzrə icraat aparılan şəxs Şəxs Sabirabad rayon Polis Şöbəsinə dəvət edildikdə, o, buna etiraz etməmiş, polis əməkdaşlarına tabeçilik nümayiş etdirərək, onlarla birlikdə RPŞ-yə getmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş subutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə, barəsində inzibati icraat aparılan şəxsin izahatını işin faktiki hallarına uyğun gəldiyinə görə mötəbər hesab edir. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Yuxarıda istinad olunan inzibati xətalar məcəlləsinin normalarının tələbləri baxımdan hesab edirəm ki, hazırkı inzibati xəta haqqında protokolda göstərilən «onu intizama dəvət edən polis əməkdaşının qanuni tələblərinə tabeçilik etməmə» halı üzrə inzibati xəta tərkibi mövcud deyildir. İXM-nın 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İXM-nın 53.0.2-ci maddəsinə əsasən şəxsin əməllərində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Buna görə də hesab edirəm ki, Şəxs əməllərində İXM-nın 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı halda, həmin maddə ilə o, inzibati məsuliyyətdən azad olunmalı və qeyd olunan maddə ilə onun təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN2067224№-li inzibati xəta haqqında Protokola əsasən Şəxs əməllərində İXM-nın 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün o, inzibati məsuliyyətdən azad olunsun və qeyd olunan maddə ilə onun təqsirləndirilməsinə dair aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-785/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-785/2024
03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver