Məhkəmə qərarları › İş №3(056)-787/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-787/2025

29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-787/2025 29.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, X7 İXM-nın 327.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair DİN-in BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi E.Abdullazadə tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ26832208№li inzibati tənbeh vermə haqqında Elektron X1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: DİN-in BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi E.Abdullazadə tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ26832208№-li inzibati tənbeh vermə haqqında Elektron X2 İXM-nın 327.2-ci maddəsi (əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozma) ilə təqsirli bilinərək barəsində 100 (bir yüz) manat cərimə və 3 bal növündə inzibati tənbeh tətbiq edilmişdir. X10, barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ26832208№-li Elektron Qərarla razılaşmayıb, həmin qərardan şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş şikayətçi (bərəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş) X10, şikayətini belə əsaslandırmışdır ki, xx.xx.2025-cü il tarixində Şirvan şəhəri, 1 May küçəsində quraşdırılmış videonəzarət kamerası vasitəsilə idarə etdiyim "**-GO- ***" dövlət qeydiyyat nişanlı, Mersedes benz E200 CDİ markalı minik avtomobilinə yol hərəkatının qayda pozuntusunu (İXM, 3272) aks etdirən elektron qərar (EQ********) tərtib edilərək cərimə yazılmışdır "ASAN ödəniş sisteminə daxil edilmiş cərimə barədə məlumatlarda inzibati xəta hadisəsinin elektron qərarı və video görüntüsü daxil edilməmişdir. Daxil edilmiş foto görüntülərə nəzər yetirdikdə inzibati xətanın müəyyən edildiyi vaxt və ya video görüntü qeyd edilməmiş, görüntülerin və qərarın əssasız qanunazid olduğu aydın görünür. Həmçinin qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyul 2010- cu il tarixli, 131 nömrəli "Əhalinin sıx toplaşdığı yerlərdə və obyektlərdə videonəzarət sistemlərinin yaradılması barədə" Qərarının 1-ci bəndində, Əhalinin təhlükəsizliyinin dövlətın, fiziki və huquqi şəxslərin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunması, hüquq qaydasına riayət edilməsi vəziyyətinin fasiləsiz ve canlı izlenilməsi, qanunazidd hərəkətlərə, fövqəladə hallara çevik reaksiya venimasi məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin videonəzarət sistemlərinin quraşdırılmasının konkret təyinatı göstərilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122-ci (İnzibati xəta hadisəsi foto va ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası) maddəsinə əsasəsən İXM-nin 327 1-327 5, 328, 329 1. 329.2, 330, 339 1-1. 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469 3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzı informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sistemina ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, 'Elektron imza va elektron saned haqqında" Qanunu ilə müəyyən edilmiş qaydada elektron saned şəklində inzibati tenbeh verme haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ile tesdiqlenir. Təsdiq edilmiş hemin qarar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir Nazirlər Kabinetinin müvafiq qərarından və İXM-nin 122-c maddəsindən göründuyü kimi inzibati xəta hadisəsinin foto ve viden qeydiyyatı yalnız xüsusi texniki vasitələrin köməkliyi ilə aparılır. Lakin Şirvan Şəhər Polis Şöbəsinin DYPB-nın əməkdaşları videonəzarət sistemi kameralarının imkanlarından sui-istifadə edərək, qanunazidd olaraq videonəzarət sisteminin yaddaşından ekran görüntülərini mobil telefon (WHOTSAP) tətbiqi vasitəsilə aldə edərək, foto görüntüləri əməkdaşlara təhkim edilmiş bort-kompüter vasitəsilə BDYPİ-nin X3 daxil edirler. Onuda qeyd edim ki SMS radar tətbiqi vasitəsində GPS bölməsində xətanın torənmə yen 1 May küçəsi deyil qəti olaraq Zülfü Hacıyev küçəsindən bort komputer vasitəsiylə vurulduqu bilinir. Qeyd edilənləri, tərtib edilmiş elektron qərarın xüsusi texniki vasitələrin köməkliyi ilə aparılmadığını və inzibati məsuliyyətə cəlb edən səlahiyyətli orqanın inzibati tənbeh tədbiri üçün əldə etdiyi sübutların qanunvericiliyin tələblərinin pozularaq əldə edildiyini nəzərə alaraq, tərtib edilmiş "EQ26832208" nömrəli elektron qərarın və yazılmış cərimənin ləğv edilməsini xahiş etmişdir. Şikayətçi R.R.Yusifov və Qərarından şikayət verilən DİN-in BDYPİ məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsələr də, məhkəmədə iştirak etməmiş (nümayəndəsinin iştirakını təmin etməmiş) və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. İXM-nın 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İXM-nın 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); İnzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346.3cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Həmin Məcəllənin 122-ci maddəsinə sasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır (maddə 122.5), Barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. İnzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir (122.8). Məhkəmə qeyd edir ki, X9 istinad edilən ** GO *** dövlət qeydiyyat nişanlı “Mersedes benz E200 CDİ” markalı minik avtomobillə xx.xx.2025-ci il tarixdə İXM-nın 327.2-ci maddəsi (əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozma) ilə inzibati xətanı törətməsi müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmuş, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə aşkar edilməmiş, İXM-nın 122ci maddəsində nəzərdə tutulmuş qaydalara zidd olaraq təhlükəsiz şəhər kamerlarına video nəzarət üçün quraşdırılmış manitorlardan istifadə edilərək, məsafəni yaxınlaşdırmaqla çəkilmiş foto şəkillər əsasında tərtib edilmiş və qanunsuz olaraq cərimə yazılmışdır. Halbuki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki, barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Belə ki, İXM-nın 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nın 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. “İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi”nə dair İXM-nın 12-ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Əks halda İXM-nın 124.3, 124.4-cü maddələrinin, həmçinin İXM-nin 12-ci Fəslinin, İXM-nin 8-ci maddəsi mənası əhəmiyyətsiz olar. Şəxs protokolla razılaşmadıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki, şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi mötəbər sübutlarla öz təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İXM-nin 53.1.11-ci maddəsinə əsasən, bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. inzibati xəta haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək qeyd edir ki, şikayət təmin edilməli, X7 İXM-nın 327.2-ci maddəsi (əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozma) ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair DİN-in BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi E.Abdullazadə tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ26832208№-li inzibati tənbeh vermə haqqında Elektron Qərar və həmin qərar əsasında inzibati tənbeh qaydasında tətbiq edilmiş 100 manat cərimə və müvafiq bal ləğv edilməli, həmin qərar əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə və İnzibati Xətalar Məcəlləsinin 53, 122, 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 şikayəti təmin edilsin. Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi E.Abdullazadə tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ26832208№-li inzibati tənbeh vermə haqqında Elektron Qərar və həmin qərar əsasında inzibati tənbeh qaydasında tətbiq edilmiş 100 (bir yüz) manat cərimə və 3 bal ləğv edilsin və həmin qərar əsasında X10 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə qərardan şikayət verilə bilər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar