Məhkəmə qərarları › İş №3(056)-788/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-788/2025

14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-788/2025 14.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Sabirabad RPŞ-nin İTB-nin sahəsi rəisi polis kapitanı X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx xxx 2002-ci ildə Sabirabda rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Sabirabad şəhəri, E.Qasımov küçəsi ev 69 da qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis Şöbəsində daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, Şəxs xx.xx.2025-ci il tarixdə tanışı X6 ilə mübahisə edərək onu döymüş və nəticədə onun sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs təxminən 6 ildir tanıyır, munasibəti həmişə yaxşı olmuş, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 2024-cü ildən Zərərçəkmiş şəxs ilə qeyri rəsmi yaşayır. xx.xx.2025-ci il tarixdə təxminən saat 04 radələrində Bakı şəhərindən gəlmiş, Ramilənin evinə getmişdir. Həmin gün saat 12 radələrində Ramilədən Honor X5 markalı mobil telefonu götürüb Ramilə onun getməməyi üçün onunla qalmağına görə giriş qapısını bağlayıb açarı gizlətdiyi üçün balkondan düşüb çıxıb getmişdir. Həmin telefonu xx.xx.2025-ci il tarixdə Bakı şəhərində 20 Yanvar metrosunun yaxımlığında Baxtiyar adı ilə tanıdığı şəxsə 70 manata satmışdır. O, Ramilə ilə mubahisə etməmiş, onu vuraraq xəsarət yetirməmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 izahat verərək bildirdi ki, Sabirabad rayonu Qalağayın kəndində yaşayır, heç bir yerdə işləmir, evdar qadın olduğunu qeyd etmişdir. xx.xx.2025-ci il tarixdə DİN-nin 102 xidmətinə və Sabirabad RPŞ-nə Şəxs barəsində özü muraciət etmişdir. Belə ki, Şəxs təxminən 4 ay olar tanıyır. Onu sevdiyi üçün o, onu qəbul edə bilməmiş, onun üçun tez-tez münaqişələri olmuş və bu barədə dəfələrlə RPŞ-nə muraciətlər etmiş, həmin vaxtlardan münasibətləri yaxşı olmamışdır. xx.xx.2025-ci il tarixdə evində yatarkən hava isti olduğu üçün balkona olan çıxış qapısını açıq qoymuş, təxminən saat 08 radələrində o, yatan vaxt Şəxs balkondan qapı açıq olduğu üçün yataq otağına daxil olmuş, mətbəxdə olan stolun üstünə qoyduğu Honor markalı mobil telefonunu götürüb onun yataq otağına gələrək sevdiyini və ailə qurmağını istədiyini bildirmişdir. O, ona qorxduğu üçün razı olduğunu demiş, Rəhmanla mətbəxə getmiş, orada o, onun əlində olan ona məxsus mobil telefonunu ona qaytarmasını istəmiş, Rəhman onunla mubahisə edərkən onun boğaz nahiyyəsindən tutaraq onu boğmaq istəmiş, o, qışqıran zaman Rəhmanın əlində olan telefonuna zəng gəlmiş, Rəhman baxarkən qonşusu Səidə olduğunu ona deyərək telefonu söndürmüş, təkrar yenə Səidə zəng vuranda o, polisə zəng vurması barədə qışqırmış, Rəhman qorxub telefonunu götürüb dərhal balkondan düşərək ordan uzaqlaşmışdır. Rəhman onunla mubahisə edən vaxt boğaz nahiyyəsindən əli ilə tutub boğmaq istədikdə xəsarət yetirmişdir. Hazırda ona ağır cəza verilməsini xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad RPŞ-nin İTB-nin sahə rəisi X3 izahat verərək bildirdi ki, o, inzibati xəta haqqında protokolu Sabirabad RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Ramil Bədəlov tərəfindən qəbul edilmiş 29 mart 2025-ci il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» Qərarı əsasında tərtib etmişdir. Həmin qərarla Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi RPŞ-nin İTB-nə tapşırılmış, işin icrası ona həvalə edilmiş və o, müvafiq protokolu tərtib etmişdir. Sabirabad RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis polis kapitanı Ramil Bədəlov tərəfindən qəbul edilmiş 29 mart 2025-ci il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» Qərarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nın 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında iş üzrə tədbir görülməsi üçün qərarın surətinin Sabirabad RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. 29 mart 2025-ci il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» Qərarda əksini tapmış məhkəmə-tibbi ekspertizasının 18:03.2025-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə va tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-boynun ön və hər iki yan səthində çoxsaylı sıyrışlar küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir əmələ gəlmə müddətləri xx.xx.2025-ci il tarixə uyğun gəlir, və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə izahatları dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2025-ci il tarixdə X4 döyüb sağlamlığına zərər vurmayan xəsarət yetirərək Azərbaycan Respublikasının İXM-nın 157-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanı törətməkdə təqsirli olması 29 mart 2025-ci il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» Qərarı, bunu tamamlayan ekspert rəyi, inzibati xəta haqqında protokol, şahid ifadəsi və inzibati işin digər materialları ilə tam sübuta yetirilir. Qeyd edilən maddə ilə müəyyən olunmuş əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-nın 157-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nın 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasn inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı il ərzində təkrar törətməsini məhkəmə həmin Məcəllənin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, elektron məhkəmə sistemindən görünür ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyinə və barəsində şikayət olmadığına görə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə bağlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikasının İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını, həmçinin inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halı nəzərə alaraq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbeh (cərimə) tətbiq etməyi yetərli saymır. Ona görə də məhkəmə onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə inzibati həbs tənbeh tədbirinin həddini müəyyən edərkən Azərbaycan Respublikasının İXM-nin 31.4-cü maddəsinin tələblərini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 31.4-cü maddəsinə görə Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 24 (iyirmi dörd) gün müddətinə inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsetmə müddətinin əvvəli 14 aprel 2025-ci il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Sabirabad rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar