Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-79/2023 30.01.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin rəisi X3 iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Sabirabad rayonu, Türkədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Sabirabad şəhəri, 20 yanvar küçəsi 12/11-də qeydiyyatda olan və Bakı şəhəri Şüvəlan qəsəbəsində Talışlar məhəlləsi deyilən yerdə nömrəsiz evdə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında 28 yanvar 2023-cü il tarixli protokola və ona əlavə olunmuş sənədlərə əsasən, Sabirabad Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli 2(056)-1807/2021 saylı icra sənədinin tələbinə əsasən X4 ilə Zərərçəkmiş şəxsASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli GTKR17364001 Al 15 nömrəli Kredit Müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə yaranmış 4288,61 AZN əsas borc, 826,77 AZN faiz borcu, cəmi 5115,38 (beş min bir yüz on beş manat otuz səkkiz qəpik) AZN və xx.xx.2021-ci il tarixli, RGTK3332157A226 saylı Kredit Müqaviləsi üzrə isə 2765,01 AZN əsas borc, 344,09 AZN faiz borcu, cəmi 3109,10 (üç min bir yüz doqquz manat on qəpik) AZN, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi 102.24 (bir yüz iki manat iyirmi dörd qəpik) AZN cavabdeh X1 tutulub «Kapital Bank”ASC-yə ödənilməsi qərara alınmışdır. Lakin borclu Şəxs icra sənədini üzrlü səbəb olmadan icra etməmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sabirabad rayon İcra şöbəsinin rəisi X6 izahat verərək bildirmişdir ki, Sabirabad Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli 2(056)-1807/2021 saylı icra sənədinin tələbinə əsasən X4 ilə Zərərçəkmiş şəxsASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli GTKR17364001 Al 15 nömrəli Kredit Müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə yaranmış 4288,61 AZN əsas borc, 826,77 AZN faiz borcu, cəmi 5115,38 (beş min bir yüz on beş manat otuz səkkiz qəpik) AZN və xx.xx.2021-ci il tarixli, RGTK3332157A226 saylı Kredit Müqaviləsi üzrə isə 2765,01 AZN əsas borc, 344,09 AZN faiz borcu, cəmi 3109,10 (üç min bir yüz doqquz manat on qəpik) AZN, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi 102.24 (bir yüz iki manat iyirmi dörd qəpik) AZN cavabdeh X1 tutulub «Kapital Bank”ASC-yə ödənilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixdə icra sənədi üzrə icra məmuru X5 tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü qaydada icra etmək üçün borcluya icraata başlamaq haqqında qərar və bildiriş göndərilmişdir. İcra sənədi üzrə icra tədbirlərinin həyata keçirilməsinə dair borclu Şəxs edilmiş təkliflərə baxmayaraq, icra şöbəsinin çağırışına məhəl qoymamış, icra şöbəsinə gəlməmiş, barəsində qəbul edilmiş borclunun axtarılması qərarı əsasında icra şöbəsinə gətirilməsi təmin edilmişdir. İzahatı alınarkən müəyyən edilmişdir ki, borclu uzun müddətdir ki, ölkə xaricində olmuşdur. Onun ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı qərar qəbul edildiyi üçün, həmçinin axtarışa verildiyi üçün icra şöbəsinə gətirilmişdir. İzahatı alınarkən borclu Şəxs hazırda qeydiyyatda olduğu ünvanda deyil, uzun müddətdir ki, Bakı şəhərində yaşadığından məhkəmə bildirişlərindən xəbər siz olmuş və yaranan borcun tam ödənilməsi üçün ona vaxt verilməsini xahiş etmişdir. Lakin tələbkar təşkilat şikayətçi olduğu üçün o, inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, o, icra sənədləri barədə məlumatlı olmamışdır. Belə ki, o, Bakı şəhəri, Şüvəlan qəsəbəsində Talışlar məhəlləsi deyilən yerdə nömrəsiz evdə ailəsi ilə birgə uzun müddətdir ki, yaşayır. O, icra sənədləri barədə axtarış qərarı ilə İcra şöbəsinə gətirildikdən sonra məlumatlı olmuşdur. Əslində kredit müqavilələri onun adına olmuş olsa da o, həmin məbləğləri götürüb iş yoldaşına vermiş və əmin olmuşdur ki, pulu götürüb verdiyi şəxs özü aylıq ödənişləri edir. Buna görə də borcun taleyi ilə maraqlanmamışdır. Söz verir ki, yaranmış borcu iş yoldaşına qısa müddətdə tam ödətdirməyə çalışacaqdır. Özü hazırda hamilədir və bundan əlavə himayəsində iki azyaşlı övladı vardır. İcra sənədləri barədə bu vaxta kimi məlumatlı olmadığına görə hesab edir ki, heç bir inzibati xəta törətmədiyi üçün barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Ona görə də o, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. İnzibati protokola əlavə olunmuş: Sabirabad Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli 2(056)-1807/2021 saylı icra vərəqəsinin surətindən görünür ki, X4 ilə Zərərçəkmiş şəxsASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli GTKR17364001 Al 15 nömrəli Kredit Müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə yaranmış 4288,61 AZN əsas borc, 826,77 AZN faiz borcu, cəmi 5115,38 (beş min bir yüz on beş manat otuz səkkiz qəpik) AZN və xx.xx.2021-ci il tarixli, RGTK3332157A226 saylı Kredit Müqaviləsi üzrə isə 2765,01 AZN əsas borc, 344,09 AZN faiz borcu, cəmi 3109,10 (üç min bir yüz doqquz manat on qəpik) AZN, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi 102.24 (bir yüz iki manat iyirmi dörd qəpik) AZN cavabdeh X1 tutulub «Kapital Bank”ASC-yə ödənilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərara əsasən, göstərilən icra sənədi üzrə icraata başlanılmış və borcluya könüllü icra üçün 10 günlük müddət verilmişdir. Şəxs icra məmuruna vermiş olduğu xx.xx.2023-cü il tarixli izahatından görünür ki, hazırda qeydiyyatda olduğu ünvanda deyil, uzun müddətdir ki, Bakı şəhərində yaşadığından məhkəmə bildirişlərindən xəbərsiz olmuş və yaranan borcun tam ödənilməsi üçün ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri, həmçinin icra işini araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından və inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin dispozisiyasına görə «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi» bu maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında iş üzrə materialdan və materiala əlavə edilmiş sənədlərdən isə belə halın mövcud olması görünmür. Əksinə, müəyyən olunan hal ondan ibarətdir ki, borclu Həsənli X2 rayon İcra və Probasiya şöbəsində icra məmuruna vermiş olduğu izahatda icra sənədinin verildiyi zamandan bu günə kimi xəbər tutmadığını və icra sənədinin icrası üçün möhlət istəməsini bildirmiş, icra məmuru isə borcluya borcun ödənilməsi üçün möhlət vermək əvəzinə, onun axtarışla gətirilməsini əsas götürərək əməlini icra sənədinin üzrsüz icra edilməməsi kimi qiymətləndirib onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Daha sonra icra işindən o hal da aydın olur ki, icraata başlamaq haqqında qərar qəbul edilib tələbin könüllü surətdə 10 gün ərzində icra edilməsi barədə bildiriş borcluya ünvanlanmış olsa da, həmin sənədlərin borcluya təqdim edilməsi barədə hər hansı sübut mövcud deyildir. Borclu yalnız onun barəsində qəbul edilmiş axtarış qərarının nəticəsi olaraq icra və probasiya şöbəsinə gətirilmişdir. Bu halın özü də borclunun icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etməməsi kimi qiymətləndirilməsinin əks göstəricisi kimi nəzərə alınmalıdır. Bundan başqa o da qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən hal üzrə inzibati xəta hadisəsi mövcud deyildir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda göstərilən işin hallarını nəzərə alaraq və sadalanan qanunvericilik müddəalarına əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından və inzibati xəta hadisəsi olmadığından hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8, 12, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-79/2023
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-79/2023
30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver