Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-792/2025 15.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X10 Bağırovun sədriliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9, icra sənədi üzrə tələbkar X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Sabirabad rayonu Qalağayın kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN 2322021№-li inzibati xəta haqqında Protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə dair Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN 2322021№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiallara görə Əhmədov X6 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(056)-75/2022 saylı icra vərəqəsini üzürsüz səbəbdən icra etməyərək, bununla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi səbəbindən Sabirabad rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN 1746292№-li inzibati xəta haqqında Protokol əsasında barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə İXM-nın 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı (icra vərəqələrini üzürsüz səbəbdən icra etməyərək) təkrar törətmişdir. Məhkəmə iclasında iştirak etmiş Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X13 izahatında qeyd etmişdir ki, Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(056)-75/2022 saylı icra vərəqəsinə əsasən tərəflərin birgə nikahından xx.xx.2015ci il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Şəxs hər ay hər uşaq üçün 100 manat olmaqla ümumilikdə üç uşaq üçün 300 manat sabit pul məbləğində alimentin alınaraq X3 verilməsi tələb olunur. Həmin icra vərəqəsinin icrasının təmin edilməsinə dair borclu Şəxs edilmiş təkliflərə baxmayaraq icra şöbəsinin çağırışına məhəl qoymamış, müvafiq sorğuları cavablandırmamış, faktiki olduğu yer barədə məlumat verməmiş və bununla da icra vərəqəsini üzrə borcunu ödəməkdən yayınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bu səbəbdən Sabirabad rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN 1746292№-li inzibati xəta haqqında Protokol əsasında barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində Şəxs eyni icra sənədinə münasibətdə İXM-nın 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı (icra vərəqələrini üzürsüz səbəbdən icra etməyərək) təkrar törətmişdir. Hazırda onun ümumilikdə 5100 manat ödənilməmiş aliment borcu yığılmışdır. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, icra sənədinin icrasından yayınmır, lakin o, maddi imkanları məhdud olduğu üçün Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(056)-75/2022 saylı icra vərəqəsini üzrə ondan tələb olunan borcu ödəyə bilmir. Məhkəmə iclasında iştirak etmiş icra sənədi üzrə tələbkar X7 şikayətçi olduqunu qeyd edib, icra sənədi üzrə borclu Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, tərəflərin birgə xx.xx.2015-ci il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Şəxs hər ay hər uşaq üçün 100 manat olmaqla ümumilikdə üç uşaq üçün 300 manat sabit pul məbləğində alimentin alınaraq X3 ödənilməsinə dair Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(056)-75/2022 saylı icra vərəqəsinin icrasının təmin edilməsi barədə icra sənədləri üzrə borclu Şəxs edilmiş təkliflərə baxmayaraq, o, bu təkliflərə məhəl qoymamış və bununla da icra vərəqəsi üzrə aliment borcunu üzrsüz səbəbdən ödəməkdən qərəzli olaraq yayınmışdır, eyni zamanda o, icra şöbəsinin çağırışına gəlməmiş, müvafiq sorğuları cavablandırmamış, faktiki olduğu yer barədə məlumat verməmiş və bununla da icra məmurunun qanuni tələblərini yerinə yetirilməmişdir. Buna baxmayaraq Sabirabad rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN 1746292№-li inzibati xəta haqqında Protokol əsasında barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli 3(056)-903/2024 saylı qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində Şəxs eyni icra sənədinə münasibətdə İXM-nın 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı (icra vərəqələrini üzürsüz səbəbdən icra etməyərək) təkrar törətmişdir. İXM-nın 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X11 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dinləyib, inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdırıb hesab edir ki, Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlinin törətməsi onun izahatı ilə yanaşı, həmçinin onun barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN 2322021№-li inzibati xəta haqqında protokolla, icra sənədi, tələbin könüllü icrası barədə bildiriş, icraata başlamaq haqqında qərar və inzibati xəta haqqında işin digər materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXM-nın 528.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs qeyd olunan icra sənədinin üzrlü səbəbdən icra etməməsinin əsası kimi istinad etdiyi dəlilini (maddi imkanının məhdud olması) əsassız hesab edirəm və onun bu izahatını inzibati məsuliyyətdən yayınması kimi qiymətləndirirəm. Odur ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq təqsirli Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və ona təqsirli bilindiyi İXM-nın 528.1-1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya həddində ədalətli tənbeh tətbiq edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nın 31.4-cü madddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini və İXM-nın 31.4-cü maddəsinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə İXM-nın 528.1-1-ci maddəsi ilə müəyyən olunan inzibati xəta əməli törətmiş Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ “cərimə” növündə tənbehlə deyil, məhz “həbs” növündə inzibati tənbeh verilməsi ilə, inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Ona görə də, Şəxs təqsirli bilindiyi İXM-nın 528.1-1-ci maddəsinin sanksiyası həddində 15 (on beş) gün müddətinə “həbs” növündə inzibati tənbeh tətbiq edilməsi daha məqsədəmüvafiq olardı. Həmçinin inzibati xəta əməli törətmiş Şəxs nəzərinə çatdırılmalıdır ki, İXM-nın 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin (borcun ödənilməsi) yerinə yetirilməsindən şəxsi azad etmir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: xx.xx.2025-ci il tarixli MN 2322021№-li inzibati xəta haqqında Protokola əsasən Əhmədov X8 Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs müddətinin başlanğıcı 15 aprel 2025-ci il tarixdən saat 13:00-dan hesablansın. Qərarın icrası Sabirabad rayon Polis Şöbəsinə həvalə edilsin Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-792/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-792/2025
15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver