Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 3(056)-793/2025 07.05.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Allahverdiyevin sədrliyi ilə, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Xİİ Tağım YPX İnspektoru polis baş serjantı X2 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Xİİ Tağım YPX İnspektoru polis baş serjantı X2 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarından şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Fərid Nəsimiyev işin ərazi aidiyyəti üzrə Sabirabad Rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul etmişdir. İş Sabirabad Rayon Məhkəməsinin icraatına daxil olmuş, icraata qəbul edilmiş və məhkəmə iclası təyin edilmişdir. X1 məhkəməyə vəsatətlə müraciət edərək, işin onun qeydiyyatda olduğu yer üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Elektron Məhkəmə İnformasiya Sisteminə baxış keçirilərkən müəyyən edilmişdir ki, həqiqətən də X1 ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. “Yaşayış yeri və olduğu yer qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair 4 noyabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən vəsatət təmin edilməli, şikayət aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Xİİ Tağım YPX İnspektoru polis baş serjantı X2 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarından vermiş olduğu şikayət baxılması üçün X3 yaşayış yeri üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №3(056)-793/2025
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №3(056)-793/2025
07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver