Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-796/2025 18.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1957-ci ildə Kürdəmir rayonunun Axtaçı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, "xxxx" MMC-nin rəhbəri, Sabirabad şəhəri, Nizami küçəsi ev 44 də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Sabirabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərtib etdiyi inzibati xəta haqqında protokola görə Şəxs Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-16(121)-105/2024 saylı icra vərəqəsi üzrə tələbi üzrsüz səbəbdən icra etməyərək icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 bildirdi ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-16(121)-105/2024 saylı icra vərəqəsinə əsasən cavabdeh "xxxx" MMC-nin direktoru Şəxs və "xxxx"xxxx"xxxx"xxxx" MMC-nin adından alış və satış əqdlərinin bağlanılmasının qadağan edilməsinə baxmayaraq 18 fevral 2025-ci il tarixli xarici valyuta ilə nağdsız əməliyyat aparılması üçün ödəniş tapşırığı ilə müəyyən edilmişdir ki, "xxxx" MMC TAHA OFİS KİRT.BİLG.MALİZ.SAN TİC.LTD.STİ- Perihan sokak №67 1-A SİSLİ İstanbul-Türkiyədən 885 ABŞ dolları dəyərində kartric təmizləyici və qırmızı rəng alaraq icra məmurunun qanuni tələbinə əməl etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-16(121)-105/2024 saylı icra sənədinə əsasən ona öz adından və "xxxx"xxxx"xxxx"xxxx" MMC-nin adından alış və satış əqdlərinin bağlanılması qadağan edilməsinə baxmayaraq, yumurtanın üzərinə müvafiq ştamp vurulması üçün Türkiyə Cümhuriyyətindən rəng alınmışdır. Alınmış avadanlıqlar zəruri olduğu üçün onların alınması üçün hər hansı yığıncaq qərarına və razılaşdırmaya zərurət görəməmişdir. Ona görə hesab etməəmişdir ki, əməli inzibati xəta tərkibi yaradar. Əgər bu alış-veriş pozuntu hesab edilirsə özünü təqsir bilir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş xx.xx.2025-ci il tarixli xarici valyuta ilə nağdsız əməliyyat aparılması üçün ödəniş tapşırığından görünür ki, həqiqətən də "xxxx" MMC TAHA OFİS KİRT.BİLG.MALİZ.SAN TİC.LTD.STİ- Perihan sokak №67 1-A SİSLİ İstanbul-Türkiyədən 885 ABŞ dolları dəyərində kartric təmizləyici və qırmızı rəng satın almışdır. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görəfiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsində müəyyən edilmiş inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən halları, həmçinin həmin Məcəllənin 33-cü maddəsində müəyyən olunmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiq edərkən, İXM-in 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin yuxarıda sadalanan xüsusatları və vəzifəli şəxs olmasını nəzərə almaqla, barəsində ona istinad olan maddənin sanksiyasında nəzərdə tutulmuş orta həddə cərimə tənbehi tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 1500 (bir min beş yüz) manat miqdarında cərimə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-796/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-796/2025
18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver