Məhkəmə qərarları › İş №3(056)-799/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-799/2025

02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-799/2025 02.05.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN-in BDYPİ tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ 27182678 №-li inzibati tənbeh vermə haqqında Elektron Qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN-in BDYPİ tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ 27182678 №-li inzibati tənbeh vermə haqqında Elektron Qərara əsasən X3 Xətalar Məcəlləsinin 329.1-ci maddəsində (təhlükəsizlik kəmərindən bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə) nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, onun barəsində 40 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. X6 barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 27182678 №-li inzibati tənbeh vermə haqqında Elektron Qərarla razılaşmayıb, həmin qərardan şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. X6 şikayəti belə əsaslandırılmışdır ki, o, xx.xx.2025-ci il tarixdə özünə məxsus “BMW 528İ” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində hərəkətdə olarkən xüsusi texniki vasitə tərəfindən ona avtomobili təhlükəsizlik kəmərini bağlamadan idarə etdiyinə görə barəsində İXM-nin 329.1-ci maddəsi ilə protokol tərtib olunmuş və həmin protokol əsasında qəbul edilmiş müvafiq qərarla o, 40 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, həmin qərar əsassız və qanunsuzdur. Belə ki, Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən xüsusi texniki vasitənin müvafiq sertifikatı yoxdurr və metroloji sınaqdan keçirilməmiş, dövlət qeydiyyatına və ya patenti alınmamış, yaxud sertifikatlaşdırılmamışdır. X2 məhkəməyə teleqram ünvanlayaraq, şikayətinə onun iştirakı olmadan baxılıb şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası DİN-in BDYPİ-nə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndənin iştirakı təmin edilməmiş, səbəbi və mümkünsüzlüyü bildirilməmiş, şikayətə etiraz və ya mülahizə təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası DİN-in BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məıhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, X4 şikayəti əsasız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 329.1-ci maddəsinin tələblərinə əsasən, təhlükəsizlik kəmərindən bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Yol hərəkəti” haqqında Qanunun 36-cı maddəsinin İ bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməli, yol nişanlarına tabe olmalıdırlar. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh qanuni və əsaslı olmalıdır. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. “İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi”nə dair İXM-nin 12-ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Əks halda İXM-nin 124.3, 124.4-cü maddələrinin, həmçinin İXM-nin 12-ci Fəslinin, İXM-nin 8-ci maddəsi mənası əhəmiyyətsiz olar. Şəxs protokolla razılaşmadıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki, şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi mötəbər sübutlarla öz təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Sadalanan qanunvericilik normalarının tələblərinə əsasən şikayət materialları nəzərdən keçiriləndə şikayətə əlavə edilmiş fotoşəkilə vizual baxış keçirilərkən şikayətçi tərəfindən göstərilən inzibati xətanın törədilmiş olması və əməlində inzibati xəta tərkibinin mövcud olması aşkar surətdə görünür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 386.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Şikayətin dəlillərinə münasibətdə isə məhkəmə hesab edir ki, şikayət şikayətçinin özünün formal mülahizələri ilə əsaslandırılmışdır. Beləliklə, məhkəmə istinad olunan qanunvericilik normalarına və işin məhkəmədə araşdırılmış hallarına əsaslanaraq hesab edir ki, şikayətçi A.M.Mirzəyevin barəsində qəbul edilmiş mübahisələndirdiyi inzibati tənbeh vermə haqqında Qərardan verdiyi şikayətdə əsaslandığı hallar əsassızdır və onun dəlilləri xx.xx.2025-ci il tarixli EQ 27182678 №-li inzibati tənbeh vermə haqqında Elektron Qərarın ləğvi üçün əsas ola bilməz. Odur ki, DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul olunmuş xx.xx.2025ci il tarixli EQ 27182678 №-li inzibati tənbeh vermə haqqında Elektron Qərar qanuni və əsaslı olduğundan, A.M.Mirzəyevin həmin qərarın ləğv edilməsinə dair şikayəti əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 75, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ 27182678 №-li inzibati tənbeh vermə haqqında Elektron Qərardan verdiyi şikayət əsassız olduğu üçün təmin edilməsin. Qərar rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar