Məhkəmə qərarları › İş №3(056)-80/2023

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-80/2023

30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-80/2023 30.01.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs, Tələbkar Zərərçəkmiş şəxs, Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakları ilə, xx.xx.1982-ci ildə Sabirabad rayonu, Quruzma kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Sabirabad rayonu, Quruzma kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Sabirabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərtib etdiyi inzibati xəta haqqında protokola görə Rəsulov X5 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(056)-60/2019 saylı və xx.xx.2019-cu il tarixli, 2(056)-924/2019 saylı icra vərəqələri üzrə tələbləri üzrsüz səbəbdən icra etməyərək icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 təqdimatı müdafiə edərək bildirdi ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(056)-60/2019 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 08 iyun 2009-cu il təvəllüdlü X6, 09 sentyabr 2010-cu il təvəllüdlü X4 və 21 sentyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 80 manat olmaqla cemi 240 (iki yüz qırx) manat miqdarında sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 verilməsi və alimentin bu qaydada tutulması xx.xx.2018-ci il tarixdən hesablanması qərara alınmışdır. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(056)-60/2019 saylı icra vərəqəsinə əsasən Sabirabad rayonu, Quruzma kəndində yerləşən Şəxs yaşadığı evdə iddiaçı Zərərçəkmiş şəxs məxsus 6 qapılı şifoner, uqolnik diametri 63,60 metr, turba diametri 76,3 metr 24 ədəd, armatur diametri 16,8 metrlik 20 ədəd 160 metr, 9 metrlik armatur diametri 32, 22 ədəd, navesin üstünün atması 11 ədəd, çuğun turba 10 metrlik diametri 32,, dəmir turba. 10 metrlik, diametri 32 və sifarişlə hazırlanmış dəmir uqolnik cavabdeh Şəxs alınıb iddiaçı Zərərçəkmiş şəxs qaytarılması və iddiaçı Zərərçəkmiş şəxs tərəfindən iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 10 (on) manat məbləğində hissəsi Şəxs tutulub Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. İcra sənədi üzrə icra tədbirlərinin həyata keçirilməsi zamanı borclu İcra və Probasiya şöbəsinə dəvət edilmiş, borclu Şəxs edilmiş təkliflərə baxmayaraq o, icra şöbəsinin çağırışına məhəl qoymamış, icra şöbəsinə gəlməmiş, barəsində qəbul edilmiş borclunun axtarılması qərarı əsasında icra şöbəsinə gətirilməsi təmin edilmişdir. Hazırda borclu Şəxs ayda 510 manat ödəniş edəcəyini bildirməklə heç bir üzrlü səbəb gətirmədən icra məmurunun qanuni tələbini, yəni məhkəmə qərarının tam icrası ilə bağlı tələbini yerinə yetirmir. Beləliklə, Şəxs icra sənədinin icrasını vaxtında və tam təmin etmək barədə icra məmurunun qanuni tələbinə əməl etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, həqiqətən də Sabirabad Rayon Məhkəməsinin müvafiq icra sənədlərinə əsasən ondan tələbkar Zərərçəkmiş şəxs xeyrinə ümumilikdə 510 manat pul ödənişi etmişdir. Özü hazırda işləmir. Ayda tələbkarın xeyrinə hissə-hissə ödəniş edəcəyini bildirmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, borclu Şəxs tələb olunan borc məbləğini ödəməkdən qərəzli olaraq yayınır. Onun da ehtiyacları vardır. Borlunun 510 manat ödəniş etməsinə baxmayaraq borcun tam ödənilməsini istəyir. Ona görə də, Şəxs barəsində icra sənədinin icrasına təsir edəcək tədbir görülməsini xahiş edir. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, yaşını, hazırki məhkəmə icraatı üzrə zərərçəkmiş şəxslə barışıq əldə edə bilməməsini, keçən müddətdə heç bir məbləğdə ödəniş etməməsini, həmçinin özünün könüllü surətdə xx.xx.2022-ci il tarixdə vermiş olduğu iltizam üzrə də üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirmədiyini nəzərə alaraq, həmçinin onun maddi vəziyyətini daha da ağırlaşdırmamaq, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbeh (cərimə) tədbirini tətbiq etməyi yetərli saymır və onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli 30 yanvar 2023-cü il tarixdən, saat 11:00-dan hesablansın. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sabirabad rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar