Məhkəmə qərarları › İş №3(056)-808/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-808/2024

22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-808/2024 22.05.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, şikayətçi X2 iştirakı ilə, X2 DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elçin Xasiyev tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli EQ 20728121 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elçin Xasiyev tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli EQ 20728121 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərara əsasən xx.xx.1962-ci il təvəllüdlü X1 Xətalar Məcəlləsinin 327.2-ci maddəsində (əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə) nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, onun barəsində 80 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. X4 barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ 20728121 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərarla razılaşmayıb, həmin qərardan şikayət verərək, qərarın və həmin qərarla tətbiq edilmiş 80 manat cərimə tənbeh növünün ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X4 barəsində qəbul ilunmuş xx.xx.2024-cü il tarixli EQ 20728121 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərardan verdiyi şikayəti belə əsaslandırılmışdır ki, onun barəsində qəbul olunmuş xx.xx.2024-cü il tarixli EQ 20728121 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərara görə o, xx.xx.2024-cü il tarixdə saaat 15:58:10 radələrində özünə məxsus “VolksWagen Touareg” minik markalı 99BC089 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Şirvan şəhəri “1 may” küçəsi ilə hərəkət edən zaman güya ki, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə hərəkəti etməklə yol hərəkəti qaydasını pozmuşdur. O bu halla razılaşmır və qeyd edir ki, o, ötmə hərəkəti etsə də, lakin həmin yolda üfiqi nişanlama xətti pozulmuş və hərəkət zolağı görünmür. Hesab edir ki, barəsində qəbul olunmuş xx.xx.2024-cü il tarixli EQ 20728121 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərar əsassızdır və ona görə də ləğv edilməlidir. Məhkəmə iclasında iştirak etmiş barəsində xx.xx.2024-cü il tarixli EQ 20728121 nömrəli inzibati tənbeh vermə haqqında Elektron qərar qəbul edilmiş P.R.İsmayılov şikayət ərizəsinə uyğun məzmunda izahat verib, ona istinad olunan İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində (əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə nəzərdə tutulmuş inzibati xətanı əməlini törətmədiyini qeyd edərək, göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saaat 15:58:10 radələrində özünə məxsus “VolksWagen Touareg” minik markalı 99BC089 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Şirvan şəhəri “1 may” küçəsi ilə hərəkət edən zaman güya ki, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə hərəkəti etməklə yol hərəkəti qaydasını pozmuşdur. O bu halla razılaşmır və qeyd edir ki, o, ötmə hərəkəti etsə də, lakin həmin yolda üfiqi nişanlama xətti pozulmuş və hərəkət zolağı görünmür. Ona görə də, şikayətini müdafiə edərək barəsində qəbul olunmuş həmin Qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, şikayətçinin izahatını dinləyərək hesab edirəm ki, X2 şikayəti əsasız olduğundan təmin edilməməlidir. Belə ki, X4 barəsində qəbul ilunmuş xx.xx.2024-cü il tarixli EQ 20728121 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərardan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə saaat 15:58:10 radələrində özünə məxsus “VolksWagen Touareg” minik markalı 99BC089 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Şirvan şəhəri “1 may” küçəsi ilə hərəkət edən zaman ki, əks istiqamətli hərəkət zolağına çıxıb, ötmə hərəkəti etməklə, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətdiyinə görə 80 manat məbləğində inzibati tənbeh tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulub. Şikayətçi P.R.İsmayılov həmin qərarla razılaşmayıb və qərarı mübahisələndirərək qeyd etmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saaat 15:58:10 radələrində özünə məxsus “VolksWagen Touareg” minik markalı 99BC089 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Şirvan şəhəri “1 may” küçəsi ilə hərəkət edən zaman əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə hərəkəti etsə də, lakin həmin yolda üfiqi nişanlama xətti pozulmuş və hərəkət zolağı görünməmişdir. Lakin məhkəməyə təqdim edilmiş videogürüntüdən aydın olur ki, yolun həmin hissəsində əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə hərəkətini qadağanedici yol nişanı mövcuddur və sürücü həmin yol nişanına riayət etmədən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə hərəkəti etmişdir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, şikayətçi P.R.İsmayılov xx.xx.2024-cü il tarixdə saaat 15:58:10 radələrində özünə məxsus “VolksWagen Touareg” minik markalı 99BC089 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Şirvan şəhəri “1 may” küçəsi ilə hərəkət edən zaman ki, əks istiqamətli hərəkət zolağına çıxıb, ötmə hərəkəti etməklə, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə aşağıda istinad olunan qanunvericilik normalarına və işin məhkəmədə araşdırılmış hallarına əsaslanaraq hesab edir ki, şikayətçi P.R.İsmayılovun barəsində qəbul edilmiş mübahisələndirdiyi inzibati tənbeh vermə haqqında Qərardan verdiyi şikayətin dəlilləri, yəni ona istinad olunan inzibati xəta əməlinin törətməməsinə dair dəlilləri əsassızdır və həmin dəlillər xx.xx.2024-cü il tarixli EQ 20728121 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərarın ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-cı maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanun vericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə hesab edir ki, DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnikleytenantı Elçin Xasiyev tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli EQ 20728121 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərar qanuni və əsaslı olduğundan, P.R.İsmayılovun həmin qərarın ləğv edilməsinə dair şikayəti əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 75, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X2 DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elçin Xasiyev tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli EQ 20728121 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərardan verdiyi şikayət əsassız olduğu üçün təmin edilməsin. Qərar rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar