Məhkəmə qərarları › İş №3(056)-808/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-808/2025

21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-808/2025 21.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, protokolu tərtib etmiş Sabirabad rayon X6 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2004-cü il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Sabirabad şəhəri, M.Müşfiq küçəsi ev 28 ünavında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN2295386№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon X6 Təhlükəsizlik Bölməsinin sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN2295386№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə Şəxs xx.xx.2024-cü il tarixdə qanunsuz olaraq satış məqsədi olmadan az miqdarda - təmiz çəkisi 0.11 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qudurulmuş marixuananı saxlayıb daşınmışdır. Bu əməlinə görə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 206-cı maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlini törətməsinə dair Protokol tərtib edilərək toplanmış materialla birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona istinad olunan İXM-nın 206-cı maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlini törətməsini etiraf edib, əməlindən peşmançılıq hissi keçirdiyini və bir daha bu cür hallara yol verməyəcəyini bildirərək, əlavə olaraq qeyd etmişdir ki, o, arabir narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə edir. Qeyd edir ki, Sabirabad şəhəri ərazisində piyada addımlayarkən yerdən bir ədəd kibrit qutusu tapmış, həmin qutu diqqətini çəkmiş. qutunu açıb içərisinə baxdıqda isə içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. Həmin kütləni götürüb istifadə etmək üçün əynində olan şalvarın sol yan cibinə yerləşdirmişdir. Lakin hələ ondan istifadə etməmişdir. Qeyd edir ki, xx.xx.2024cü il tarixdə saat 22 radələrində Sabirabad şəhəri Aydın İsmayılov küçəsində piyada gəzirmiş. Həmin zaman mobil telefonla danışırmış və danışıqda əsəbiləşdiyi üçün yüksək səslə qışqırıb ünvansız söyüşlər söyməyə başlamışdır. Bu zaman bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış. xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını söyləmişlər. Daha sonra gecə vaxtı küçədə qışqırıb ictimai qaydanı pozduğu üçün onu rayon polis şöbəsinə dəvət etmişlər. O, üzərində olan əşyaları, yəni "Redmi" markalı mobil telefon. bir ədəd "Kent 4" markalı siqaret qutusu, bir ədəd alışqan və bir ədəd "Vinchester" markalı siqaret qutusunu çıxarmışdır. Daha sonra ona siqaret qutularında nə olması soruşulmuşdur. Özü "Vinchester" markalı siqaret qutusunu açıb içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını söyləmişdir. Aşkar edilmiş kütlə özünə məxsusdur. Narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə edir, amma başqa heç bir narkotik vasitə və ya psixotrop maddə istifadə etmir. Heç vaxt kiməsə narkotik vasitə və ya başqa maddə satmamışdır. Polis əməkdaşları tərəfindən heç bir təsir və təziq göstərilməmişdir. İnzibati xəta haqqında iş üzrə toplanmış materialla əlavə edilmiş “Cinayət işi başlanmasının rədd olunması haqqında” 06 sentyabr 2024-cü tarixli Qərarın surətindən görünür ki, Ədliyyə Nazirliyi Məhkəmə X1 Regional Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-18/764№-li rəyinə əsasən Şəxs götürülmüş və tədqiqata təqdim olunmuş 1 ədəd bükümdə - çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - təmiz çəkisi 0.11 qram olan qudurulmuş marixunadır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində iş üzrə inzibati icraat aparılan Şəxs xx.xx.2024-cü il tarixdə qanunsuz olaraq satış məqsədi olmadan az miqdarda - təmiz çəkisi 0.11 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qudurulmuş marixuananı saxlayıb daşınmışdır. İXM-nın 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dinləyib və inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdırıb hesab edirəm ki, Şəxs İXM-nın 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməsi onun özünün etirafedici izahatı ilə yanaşı, həmçinin inzibati xəta haqqında iş materiallarına əlavə edilmiş “Cinayət işi başlanmasının rədd olunması haqqında” 06 sentyabr 2024-cü tarixli Qərarla müəyyən edilmiş işin halları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXM-nın 206-cı maddəsi ilə tövsif edilmişdir. Odur ki, İXM-nın tələblərinə müvafiq olaraq təqsirli Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və ona təqsirli bilindiyi İXM-nın 206-cı maddəsi ilə müəyyən edilmiş sanksiya həddində ədalətli tənbeh tətbiq edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, hazırkı iş üzrə İXM-nın 206-cı maddəsi ilə müəyyən olunan inzibati xəta əməli törətmiş Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş “həbs” növündə tənbehlə deyil, məhz həbsə alternativ olan “cərimə” növündə inzibati tənbeh verilməsi ilə, inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Ona görə də, Şəxs barəsində təqsirli bilindiyi İXM-nın 206-cı maddəsinin sanksiyası həddində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh edilməsi daha məqsəd uyğun olardı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN2295386№-li inzibati xəta haqqında Protokola əsasən Əhmədli X3 Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar