Məhkəmə qərarları › İş №3(056)-816/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-816/2025

07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-816/2025 07.05.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, barəsində inzibati icraat başlanmış şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Sabirabad rayon Suqovuşan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN2295392№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad rayon X4 Təhlükəsizlik Bölməsinin sahə rəisi X1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN2295392№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə Bağırov X3 Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlləri törətməsində təqsirli bilinir ona görə ki, o, özünə məxsus mobil telefon vasitəsilə “Pin-Up” adlı onlayn mərc oyunlarından istifadə edərək qumar oynamış və bununla da İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 525-ci maddəsində nəzərdə tutulmuş inziabati xəta törətmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona istinad olunan İXM-nın 525-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta əməllərində özünü təqsirli bilməyib izahatında göstərmişdir ki, o, özünə məxsus telefon vasitəsilə “Pin-Up” adlı və digər onlayn mərc oyunları oynasa da, lakin həmin oyunları hər hansı gəlir, yəni uduş əldə etmək niyyəti ilə deyil, ödəniş etmədən məhz əyləncə kimi oynamışdır. Həmçinin qeyd edir ki, ilkin təhqiqat araşdırılması zamanı o, “Pin-Up” adlı onlayn qaydada mərc oyununu pul qazamaq niyyəti ilə ödəniş etməklə qumar oynamasını etiraf etməmiş və bu cür izahat verməmişdir. Hesab edir ki, onun əməllərində inzibati xəta tərkibi olmadığı üçün barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İşin araşdırılmış hallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs İXM-nın 525-ci maddəsi ilə təqsirli bilinməsinin əsası kimi ilk növbədə onun tərəfindən, uduş əldə etmək niyyətilə ödəniş edərək özünə məxsus mobil telefon vasitəsilə “Pin-Up” adlı onlayn mərc oyunlarından istifadə edərək qumar oynaması hallarına istinad edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dinləyib və inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdıraraq hesab edir ki, Şəxs özünə məxsus telefon vasitəsilə uduş əldə etmək niyyətilə ödəniş etməklə onlayn üsulu qaydasında “Pin-Up” adlı qumar oynamasına dair hər hansı sübutlar təqdim edilməmişdir . İnzibati xətanın tərkibi hüquqla müəyyən edilmiş inzibati xətanın obyektindən, obyektiv cəhətindən, subyektindən və subyektiv cəhətindən ibarət elementlər məcmusudur. İnzibati xətanın obyektiv cəhəti tördilən (törədilmiş) inzibati xətanın xarici görünüşü və ya inzibati hüquq normaları ilə nəzərdə tutulan və inzibati xətanın xarici görünüşünü xarakterizə edən elementlər sistemidir. Bu elementlərin hər hansı birinin olmaması inzibati xətanın mövcudluğunu istisna edir. Şəxs istinad olunan İXM-nın 525-ci maddəsində nəzərdə tutulan inzibati xəta subyektiv cəhətdən düzünə qəsdlə, obyektiv cəhətdən fəal hərəkətlərdə ifadə olunmalıdır. Lakin işin araşdırılmış halları ilə, barəsində icraat aparılmış Şəxs özünə məxsus telefon vasitəsilə uduş əldə etmək niyyətilə ödəniş etməklə onlayn üsulu qaydasında “Pin-Up” adlı qumar oynaması faktı təsdiq edilməmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş subutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə, barəsində inzibati icraat aparılan şəxsin izahatını işin faktiki hallarına uyğun gəldiyinə görə mötəbər hesab edir. İXM-nın 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nın 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İXM-nin 53.0.2-ci maddəsinə əsasən şəxsin əməllərində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Hesab edirəm ki, Şəxs əməllərində 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün, həmin maddələrlə onun təqsirləndirilməsinə dair Sabirabad RPŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli MN2295392№-li inzibati xəta haqqında Protokol üzrə o, inzibati məsuliyyətdən azad olunmalı və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 53, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN2295392№-li inzibati xəta haqqında Protokola əsasən Şəxs əməllərində İXM-nın 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün, həmin maddə ilə o, inzibati məsuliyyətdən azad olunsun və qeyd olunan protokol üzrə onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar