Məhkəmə qərarları › İş №3(056)-818/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-818/2024

16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-818/2024 16.05.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad rayon Məhkəməsinin hakimi Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, protokolu tərtib etmiş şəxs Sabirabad rayon X4 Təhlükəsizlik Bölməsinın sahə rəisi, polis kapitanı Rahim Şahkərəmovun, zərərçəkmiş X2 və onun qanuni nümayəndəsi Zərərçəkmiş şəxs, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Sabirabad rayonu, Qaralar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN2067305№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Sabirabad rayon X5 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı Rahim Şahkərəmov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN 2067305№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə Şəxs Sabirabad rayonu Qaralar kəndində yaşadığı evin həyətyanı sahəsində nəzarətsiz saxladığı iti xx.xx.2024-cü il tarixdə azyaşlı X6 dişləyərək onun sağlamlığına yüngül bədən xəsarəti yetirmişdir. Bu əməlinə görə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 290.3-cü maddəsində nəzərdə tutlmuş inzibati xətanın törətməsinə dair xx.xx.2024-cü il tarixli MN 2067305№-li inzibati xəta haqqında Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona istinad olunan İXM-nın 290.3-cü maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlinin törətməsində özünü təqsirli bilməyib, izahatında azyaşlı uşağı dişləyən itin ona məxsus olmadığını, itin onun Sabirabad rayonu Qaralar kəndində yaşadığı evin həyətyanı sahəsində deyil, daimi olaraq küçədə maşın altında yatdığını bildirmişdir. Qeyd ediləri nəzərə alaraq onun barəsində başlanmış inzibat xəta haqında icrata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 izahatında göstərmisdir ki, xx.xx.2024-cü il tarixdə məktəbdən evə gedən zaman Şəxs Sabirabad rayonu Qaralar kəndində yaşadığı evinin qarşısından keçərkən, evin qapısında uzanmış itin ona hücum edərək, onun sağ ayağından dişləmiş və bu zaman o, yerə yıxılmış, onun ayağından qan gəlmiş, şalvarı cırılmışdır. Sonra o, yerdən qalxıb evə getdikdə, anası onu həkimə apararaq, quduzluğa qarşı iynə vurdurmuşdur. Məhkəmə iclasında zərərçəkmiş Rza Xəlillinin qanuni nümayəndəsi qismində iştirak etmiş onun anası Zərərçəkmiş şəxs izahatında göstərmisdir ki, xx.xx.2024-cü il tarixdə azyaşlı oğlu həyəcanlı halda evə daxil olarkən, onun şalvarının çırılmış və ayağında qan izlərinin olması səbəbini soruşduqda, o, məktəbdən evə gedən zaman Şəxs yaşadığı evin qarşısından keçərkən, evin qapısında uzanmış itin ona hücum edərək, onun sağ ayağından dişlədiyini, bu zaman onun yerə yıxıldığını, onun ayağından qan gəlməsini, şalvarının cırıldığını bildirmişdir. O, dərhal uşağını həkimə apararaq, quduzluğa qarşı iynə vurdurmuş, növbəti gün isə o, DİN-in 102 məlumat xidmətinə zəng edərək Şəxs şikayətlənmişdir. Hazırda Şəxs şikayətçidir. İnzibati xəta haqqında iş üzrə toplanmış materiallara əlavə edilmiş “cinayət işi başlanmasının rədd olunması haqqında” xx.xx.2024-cü il tarixli Qərarda əks olunmuş Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Sabirabad rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli 165№-li tibbi rəyində qeyd olunur ki, müayinə olunan şəxs X3 aşkar olunmuş xəsarətlər sağ baldırın yuxarı 1/3 səthdə yara, qançır küt əşyanın/əşyaların/ təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində iş üzrə inzibati icraat aparılan şəxs Sabirabad rayonu Qaralar kənd sakini Şəxs yaşadığı evin həyətyanı sahəsində saxladığı iti nəzarətsiz qoyaraq, nəticədə xx.xx.2024-cü il tarixdə it azyaşlı X6 dişləyərək onun sağlamlığına yüngül bədən xəsarəti yetirmişdir və bununla da Şəxs əməlləri İXM-nın 290.3-cü maddəsi ilə qiymətləndirilərək barəsində xx.xx.2024-cü il tarixli MN 2067305№-li inzibati xəta haqqında Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İXM-nin 290.3-cü Bu Məcəllənin 290.1-ci maddəsində nəzərdə tutulmuş xətalar (it, pişik və digər ev heyvanlarının saxlanılması qaydalarının pozulması) nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, zərərçəkmiş R.A.Xəlillini və onun qanuni nümayəndəsi Zərərçəkmiş şəxs dinləyib, inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdırıb hesab edirəm ki, Şəxs İXM-nın 290.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməsi zərərçəkmiş R.A.Xəlillinin və onun qanuni nümayəndəsi Zərərçəkmiş şəxs izahatı ilə yanaşı, həmçinin “cinayət işi başlanmasının rədd olunması haqqında” xx.xx.2024-cü il tarixli Qərarda əks olunmuş Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Sabirabad rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli 165№-li tibbi rəyi, həmin qərarda təsbit edilmiş Şəxs etirafedici izahatı və inzibati xəta haqqında iş üzrə digər materiallarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXM-nın 290.3-cü maddəsi ilə tövsif edilmişdir. Eyni zamanda Şəxs özünü təqsirli bilməməsinə dair ifadəsini, yəni itin ona məxsus olmaması və onun evinin həyətyanı sahəsində saxlanmadığı məzmunlu fikrini məhkəmə inandırıcı bilmir və Şəxs bu cür ifadə verməsini onun məsuliyyətdən kənarda qalmaq niyyəti kimi qiymətləndirir. Həmçinin “cinayət işi başlanmasının rədd olunması haqqında” xx.xx.2024-cü il tarixli Qərarda əks olunmuş izahatında Şəxs itin ona məxsus olduğunu və itin onun yaşadığı evinin həyətyanı sahəsində açıq vəziyyətdə saxlandığını etiraf etmişdir. Odur ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq təqsirli Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və ona təqsirli bilindiyi İXM-nın 290.3-cü maddəsi ilə müəyyən edilmiş sanksiya həddində ədalətli tənbeh tətbiq edilməlidir. Məhkəmə barəsində iş üzrə icraat aparılan şəxs Şəxs əməlində İXM-nın 32-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən etmədi. Eyni zamanda məhkəmə İXM-nın 33.1.4-cü maddəsinə əsaslanıb, barəsində iş üzrə icraat aparılan Şəxs inzibati xətanın azyaşlı uşağa qarşı törədilməsi əməlini onun məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiq edərkən, İXM-nın 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin onun məsuliyyətini ağırlaşdıran halı nəzərə alıb hesab edir ki, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş 800 (səkkiz yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi daha məqsədəmüvafiq olardı. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN 2067305№-li inzibati xəta haqqında Protokola əsasən Nuriyev X1 Xətalar Məcəlləsinin 290.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin və onun barəsində 800 (səkkiz yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar