Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-820/2025 28.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Sabirabad RPŞ-nin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakları ilə, xx.xx.1971-ci ildə Sabirabad rayonunun Bulduq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Sabirabad rayonunun Bulduq kəndində yaşayan X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə Müəyyənetdi: Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, xx.xx.2025ci il tarixdə X1 1,12 qram qurudulmuş marixuana aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında prorokolu tərtib etmiş şəxs, Sabirabad RPŞ-nin sahə rəisi X5 izahat verərək bildirdi ki, o, inzibati xəta haqqında protokolu cinayət işinin başlanmasının rədd edilməsi haqqında Sabirabad RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Malik Nuriyevin xx.xx.2025-ci il tarixli qərarı əsasında tərtib etmişdir. Həmin qərarla X3 əməlində cinayət tərkibinin olmaması qərara alınmış, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi RPŞ-nin İTB-nə tapşırılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 izahat verərək bildirdi ki, o, əvvəllər narkotik vasitə qəbul etmiş, hazırda narkotik vasitə qəbulunu tamamilə dayandırmışdır. O, Kür çayının qırağında heyvan otaran zaman 1 ədəd çətənə kolu görmüş, onun yarpaqlarından yığıb qurutmuşdur ki, istifadə etsin. xx.xx.2025-ci il tarixində yaşadığı evin qarşısında piyada hərəkət edən zaman polis əməkdaşları ona yaxınlaşmış, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərində qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmadığını soruşmuşlar. O, könüllü olaraq üzərində qurudulmuş marixuana olduğunu bildirmiş və həmin marixuananın olduğu kibrit qutusunu təqdim etmişdir. İlk dəfədir ki, inzibati xəta törədir. Hazırda əməlindən peşmandır. Ailəsinə yeganə qazanc gətirən şəxsdir. Həbs edilərsə ailəsi çətinliklərlə qarşılaşacaqdır. Göstərdiklərinə əsasən o, məhkəmədən barəsində həbslə bağlı olmayan tənbeh tədbiri tətbiq edilməsini xahiş edir və söz verir ki, bir daha narkotik vasitəyə yaxın getməyəcəkdir. Sabirabad RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Malik Nuriyev tərəfindən qəbul edilmiş «cinayət işi başlanılmasının rədd edilməsi haqqında» xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Heydər Fərəcovun əməlində cinayət tərkibi olmadığından barəsində toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi, X6 barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, X3 əməlində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 ilk dəfə inzibati xəta törətməsini, əməlindən peşman olmasını və ailəsinə yeganə qazanc gətirən şəxs olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat X3 əməlində Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq belə qənaətə gəlir ki, İnzibati Xətalar Məcəlləsinin pozuntusuna yol verilmiş maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati xəta törətməsi və ailəsinə yeganə qazanc gətirən şəxs olması səbəbi ilə tətbiq edilməsi məqsədəmüvafiq deyildir. Bu əsasla onun barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Sabirabad RPŞ-də saxlanılan X1 götürülmüş 1,12 qram çəkidə narkotik vasitə marixuana məhv edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə və Sabirabad Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-820/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-820/2025
28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver