Məhkəmə qərarları › İş №3(056)-830/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-830/2024

20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-830/2024 20.05.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1967-ci il tarixdə Sabirabad rayonu, Moranlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, "xxxx" MMC-nin rəhbəri vəzifəsində işləyən, Sabirabad rayonu Moranlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Sabirabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxsnın barəsində tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli protokola və ona əlavə olunmuş sənədlərə əsasən, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(056)-150/2021 saylı icra sənədinin tələbinə əsasən xx.xx.2016-cı il tarixli kredit Müqaviləsindən yaranmış 240000 (iki yüz qırx min) ABŞ dolalrı məbləğinin ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbayacn Respublikası manatı ilə pul vəsaitinin və iddianın qalddırılması üçün ödənilmiş dövlət rüsumunun 20 manat hissəsinin cavabdeh Şəxs tutulub iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Lakin borclu Şəxs icra sənədini üzrlü səbəb olmadan icra etməmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sabirabad rayon İcra şöbəsinin icra məmuru X2 izahat verərək bildirmişdir ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(056)-150/2021 saylı icra sənədinin tələbinə əsasən xx.xx.2016-cı il tarixli kredit Müqaviləsindən yaranmış 240000 (iki yüz qırx min) ABŞ dolalrı məbləğinin ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbayacn Respublikası manatı ilə pul vəsaitinin və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 20 manat hissəsinin cavabdeh Şəxs tutulub iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixdə icra sənədi üzrə tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü qaydada icra etmək üçün borcluya icraata başlamaq haqqında qərar və bildiriş göndərilmişdir. Sonradan borclu məhkəmə qətnaməsindən apellyasiya və kasasiya şikayəti vermiş, bu xüsusda icra hərəkətlərinin həyata keçirilməsi dayandırılmışdır. Kasasiya instansiya məhkəməsinin yekun məhkəmə aktının qəbul edilməsi barədə rəsmi sənəd İcra və probasiya şöbəsinə xx.xx.2023-cü il tarixində daxil olmuşdur. Bundan sonra borclu şöbəyə dəvət edilmiş, izahatı alınmış və tələbkar şikayətçi olduğu üçün o, inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, o, icra sənədi üzrə yaranmış borcunu ödəməkdən imtina etmir. Sadəcə olaraq hazırki halda həmin borcu ödəməyə pulu yoxdur. Belə ki, o, xaricdən ölkəmizə düyü idxal etmiş, həmin düyünü müvafiq şirkətlərə satmışdır. Şirkətlər isə satmış olduğu düyünün pulunu onun hesabına ödəməmişlər. 2 günə şirkətlərdən biri onun hesabına 170000 manat ödəyəcəkdir ki, həmin pulun 150000 manatını tələbkara ödəyəcəkdir. Qalan borcunu isə 3 ay ərzində tam şəkildə ödəyəcəkdir. Ona görə də o, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, hazırda o, borcunun ödənilməsini tələb edir. Borcu ödənilməyəcəyi təqdirdə o, borclunun heç olmasa minimum həddə həbs edilməsini məhkəmədən xahiş edir. İnzibati protokola əlavə olunmuş: Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(056)-150/2021 saylı icra vərəqəsinin surətindən görünür ki, xx.xx.2016-cı il tarixli kredit Müqaviləsindən yaranmış 240000 (iki yüz qırx min) ABŞ dolları məbləğinin ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbayacn Respublikası manatı ilə pul vəsaitinin və iddianın qalddırılması üçün ödənilmiş dövlət rüsumunun 20 manat hissəsinin cavabdeh Şəxs tutulub iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərara əsasən, göstərilən icra sənədi üzrə icraata başlanılmış və borcluya könüllü icra üçün 10 günlük müddət verilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)- 513/2022 saylı qətnaməsinin surətindən görünür ki, Şəxs apellyasiya şikayəti təmin edilməmiş, Sabirabad rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(056)-150/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-4452/2022 saylı qərarının surətindən görünür ki,Şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(106)-513/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(056)- 150/2021 saylı məktubundan görünür ki, Sabirabad rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(056)-150/2021 saylı icra vərəqəsi üzrə icra tədbirlərinin dəvam etdirilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-4452/2022 saylı qərarının və Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(106)-513/2022 nömrəli qətnaməsinin surətləri Sabirabad rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və qeyd olunan məktub və qoşmalar xx.xx.2023-cü il tarixdə Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Məhkəmə izahatı dinləyib, inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və həmin Məcəllənin 33-cü maddəsində göstərilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İXM-in 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, işin yuxarıda göstərilən hallarını, MMC rəhbəri olmaqla hər ay stabil olaraq 1130 manat əmək haqqı əldə etməsini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsi məqsədəmüvafiq deyildir. Odur ki, onun barəsində ona istinad olan maddənin sanksiyasında həddində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat miqdarında cərimə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar