Məhkəmə qərarları › İş №3(056)-835/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-835/2024

22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-835/2024 22.05.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X1 Azər oğlunun katibliyi, İnzibati protokol tərtib etmiş şəxs Sabirabad RPŞ-nin sahə rəisi, polis kapitanı Rahim Şahkərəmovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Sabirabad rayonu, Suqovuşan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Sabirabad rayonu, Suqovuşan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad Rayon Məhkəməsinə Sabirabad rayon Polis şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol daxil olmuşdur. Daxil olmuş protokola və əlavə olunmuş materiala görə, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs evinə daş ataraq onun azyaşlı qızına xəsarət yetirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında vermiş olduğu izahatında ona istinad olunan əməl üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə qonşudur. Münasibətləri normal olmuşdur. Aralarında ədavət olmamışdır. O, heç bir zaman Natiqin evini daşlamamış, nə də onun azyaşlı övladına xəsarət yetirməmişdir. Hazırda o, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs bildirdi ki, onun Xudaverdi ilə heç vaxt ədavəti olmamışdır. xx.xx.2024cü il tarixdə gecə saatlarında onun evinə daş atılmış, nəticədə pəncərə sınmış, şüşə sınığı qızı Rürəyyanın sağ qoluna dəyib xəsarətləndirmişdir. Digər qonşusunun müşahidə kamerasından görmüşdür ki, daş Xudaverdinin evi istiqamətindən onun evinə atılmışdır. Buna görə də o, Xudaverdi barəsində şikayət etmişdir. Hazırda o, kim ona ziyan vurubdursa onun cəzalandırılmasını istəyir. Sabirabad RPŞ-nin sahə rəisi, polis kapitanı Rahim Şahkərəmov bildirdi ki, o, inzibati xəta haqqında protokolu cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar əsasında tərtib etmişdir. Məhkəməyə dəvət edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarı qəbul etmiş Sabirabad RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru Fikrət Bağırov bildirdi ki, o, Zərərçəkmiş şəxs şikayəti əsasında araşdırma aparmış, azyaşlı uşaqda dəcərəsi təyin edilməyən xəsarət olduğu üçün rədd qərarının nəticə hissəsində Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surətinin RPŞ-nin İTB-nə göndərilməsini qərara almışdır. Xəsarətə görə belə qənaətə gəlmişdir. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, hazırki iş üzrə barəsində inzibati icraat aparılan şəxsin əməlində qeyd edilən inzibati xəta hadisəsinin olması və inzibati xəta tərkibinin olması müəyyən edilməməkdədir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin dispozisiyasına görə, Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə halında qeyd edilən normanın tərkib hissəsi yaranmış olur. İnzibati xətanın tərkibi hüquqla müəyyən edilmiş inzibati xətanın obyektivdən, obyektiv cəhətindən, subyektindən və subyektiv cəhətindən ibarət elementlər məcmusudur. İnzibati xətanın obyektiv cəhəti törədilən (törədilmiş) inzibati xətanın xarici görünüşü və ya inzibati hüquq normaları ilə nəzərdə tutulan və inzibati xətanın xarici görünüşünü xarakterizə edən elementlər sistemidir. Bu elementlərin hər hansı birinin olmaması inzibati xətanın mövcudluğunu istisna edir. Şəxs istinad olunan İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta subyektiv cəhətdən düzünə qəsdlə, obyektiv cəhətdən fəal hərəkətlərdə ifadə olunmalıdır. Göründüyü kimi, göstərilən inzibati xəta hadisəsinin və inzibati xəta tərkibinin olması üçün qanunvericilik düzünə qəsdin mövcudluğunu şərtləndirir. Lakin işdən də göründüyü kimi, zərərçəkmiş şəxsin evinə daşı atan şəxsin Şəxs olması mötəbər sübutlarla müəyyən edilməmiş, həmçinin zərərçəkmiş şəxsin azyaşlı övladının daşın atılması nəticəsində xəsarət alması düzünə qəsdlə əhatə olunmamışdır. Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Məhkəmə hesab edir ki, yuxarıda sadalanan hallar nəzərə alınmaqla Şəxs barəsində olan hazırki işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar