Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-837/2025 15.05.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Şirvan şəhər Prokurorluğundan daxil olmuş hüquqi şəxs Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair “inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında” xx.xx.2025-ci il tarixli 25-1-2-2-453-2281-2№-li materiala baxaraq MÜƏYYƏN ETDİ: Şirvan şəhər Prokurorluğundan daxil olmuş hüquqi şəxs Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair “inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında” xx.xx.2025-ci il tarixli 25-1-2-2-453-2281-2№-li Qərara görə hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi direktoru X3 tərəfindən məhdud məsuliyyətli cəmiyyətin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, yəni əmək müqaviləsini elektron informasiya sistemində elektron sənəd formasında bağlamadan və tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalamadan X1 Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən çoxmərtəbəli binalarda 2024-cü ilin dekabr ayından 2025-ci ilin 12 mart tarixinədək olan müddət ərzində santexnik-fəhlə işlərinin yerinə yetirilməsinə cəlb edərək "HŞ” MMC hüquqi şəxs kimi İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutlmuş inzibati xətaya yol vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC və İnzibati xəta haqqında Protokolu tərtib etmiş Şirvan şəhər Prokurorluğunun nümayyəndələri məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilsələr də, onlar məhkəmədə iştirak etməmişlər həmçinin işə baxılmasının təxirə salınması haqqında vəsatət təqdim edilməmişlər. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. 25-1-2-2-453-2281-2№-li materiala əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs MMC (VÖEN: **********) onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi direktoru X3 tərəfindən məhdud məsuliyyətli cəmiyyətin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, yəni əmək müqaviləsini elektron informasiya sistemində elektron sənəd formasında bağlamadan və tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalamadan X1 Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən çoxmərtəbəli binalarda 2024-cü ilin dekabr ayından 2025-ci ilin 12 mart tarixinədək olan müddət ərzində santexnik-fəhlə işlərinin yerinə yetirilməsinə cəlb edərək "HŞ” MMC hüquqi şəxs kimi İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutlmuş inzibati xətaya yol vermiş və bu səbəbdən də, 25-1-2-2-453-2281-2№-li material hüquqi şəxsin əməlinə hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilmişdir. Beləliklə məhkəmə “inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında xx.xx.2025-ci il tarixli Qərarı nəzərdən keçirib hesab edir ki, "HŞ” MMC-nin fəaliyyətində İXM-nın 192.1-ci maddəsi ilə nəzərdə tutlmuş inzibati xəta tərkibi müəyyən edilmiş və barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş hüquqi şəxs "HŞ” MMC-yə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin sanksiyasının hədləri daxilində aşağı həcmdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nın 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40,43, 4851, 114, 128-130-cu maddələrini QƏRARA ALDİ: Sabirabad rayon Prokurorluğu tərəfindən qəbul olunmuş “inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında” xx.xx.2025-ci il tarixli 25-1-2-2-453-2281-2№-li Qərara əsasən Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirli bilinsin və 20000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-837/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-837/2025
15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver