Məhkəmə qərarları › İş №3(056)-844/2024

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №3(056)-844/2024

06.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 3(056)-844/2024 06.06.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, şikayətçi X1 iştirakı ilə, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli 0024774№-li inzibati tənbeh vermə haqqında Qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 541ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə "xxxx" ASC-nin sədri olaraq barəsində 3000 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmiş X1 həmin qərardan verdiyi şikayət ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli 0024774№-li inzibati tənbeh vermə haqqında Qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 541ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə "xxxx" ASC-nin sədri olaraq barəsində 3000 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmiş X2 həmin qərardan şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, qərarın ləğv edilməsini və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda X2 ərizə ilə məhkəməyə müraciət edərək, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli 0024774№-li inzibati tənbeh vermə haqqında Qərarından verdiyi şikayətə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. X1 ərizəsini nəzərə alıb hesab edirəm ki, onun 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli 0024774№-li inzibati tənbeh vermə haqqında Qərarından verdiyi şikayət onun müraciəti əsasında baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X2 tərəfindən 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli 0024774№-li inzibati tənbeh vermə haqqında Qərarından verdiyi şikayət ərizəsi onun müraciəti əsasında baxılmadan geri qaytarılsın. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar