Məhkəmə qərarları › İş №3(056)-844/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №3(056)-844/2025

08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 3(056)-844/2025 08.05.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakim Allahverdiyev Səlim Məhərrəm oğlu, X2 Yasamal rayon DYPŞ X9 polis serjantı X5 xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarından vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx.xx.2025-ci il tarixdə X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında Yasamal rayon DYPŞ X9 polis serjantı X8 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarla X4 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. X4 barəsində olan Yasamal rayon DYPŞ X9 polis serjantı X8 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarından xx.xx.2025-ci il tarixdə şikayət etmişdir. Lakin şikayət vermə müddətinin bərpası barədə vəsatət təqdim etməmişdir. Ona görə də onun şikayət vermə müddəti keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Göstərilənələrə əsasən hesab edirəm ki, X2 Yasamal rayon DYPŞ X9 polis serjantı X5 xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarından vermiş olduğu şikayət müddət keçdiyinə görə geri qaytrılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Yasamal rayon DYPŞ X9 polis serjantı X8 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında X1 tərəfindən verilmiş şikayət şikayət vermə müddəti keçdiyinə görə geri qaytarılsın. X3 izah edilsin ki, buna əsaslar olduqda şikayət verilmə müddətinin bərpa edilməsi tələbi ilə bağlı məhkəməyə vəsatət verə bilər və belə olduğu təqdirdə vəsatətlə birlikdə şikayətini də vəsatətlə əlavə etməklə yenidən məhkəməyə müraciət edə bilər. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sabirabad rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar