Məhkəmə qərarları › İş №3(056)-86/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-86/2024

25.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-86/2024 25.01.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X5 Azər oğlunun katibliyi ilə, xx.xx.1987-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Qasımov küçəsi, 1 saylı evin 5 saylı mənzilində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən Məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* №-li İnzibati xəta haqqında Protokola və protokol ətrafında toplanmış materiala Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon Polis şöbəsinin X2 XÜB inspektoru, polis polkovnik-leytenantı X1 tərəfindən məhkəməyə verilmiş protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə Sabirabad rayonunda yerləşən Sarı-su gölünün ətrafında özünə məxsus 12 kalibrli, «KİRİCİ ARMS» markalı, 22RT-0009 nömrəli, yivsiz, lüləli ov silahı ilə qanunsuz ov etməklə məşğul olmuş, bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Barəsində inzibati xəta haqqinda iş üzrə icraat aparilan şəxs Şəxs cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, o, xx.xx.2023-cü ildə rəsmi qaydada 12 kalibrli, «KİRİCİ ARMS» markalı, 22RT-0009 nömrəli, yivsiz, lüləli ov silahı almış, xx.xx.2023-cü ildən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti "xxxx" MMCnə rəsmi üzv olmuşdur. Qeyd olunan silahı aldıqdan sonra heç vaxt ov etməmişdir. Tanışları Aqşin və Nihadla qərara gəlmişdir ki, Sabirabad rayonunda yerləşən Sarı-su gölünün ətrafında öv etsinlər. xx.xx.2023-cü ildə saat 08:00 radələrində sözügedən silahı və həmin silaha dair 25 ədəd 12 çaplı patronları, atası X6 isə özünə məxsus 12 kalibrli, «ADLER ARMS» markalı, 21AZ-0126 nömrəli yivsiz ov silahını və həmin silahda istifadə etmək üçün 19 ədəd 12 çaplı patronları götürmüş, onlarla yanaşı digər tanışı Nihad Aqşinə məxsus “Toyota Prius” markalı, **- CR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabirabad rayonunda yerləşən Sarı-su gölünün ətrafına gəlmişlər. Orada atası Nəsiblə yaşayış yerindən uzaqda bir neçə patron atmışlar. Sat 12 radələrində Nəsib silahı gəldikləri avtomobildə saxlamış, özü isə başqa avtomobillə Bakı şəhərinə qayıtmış, özləri isə gölün ətrafında qalmışlar. Saat 17 radələrində gölün ətrafında bir neçə dovşan görmüş, özünə məxsus ov tüfəngi ilə vuraraq öldürmüşdür ki, aparıb Bakı şəhərində bişirib yesinlər. Bir qədər ərazini gəzdikdən sonra sat 23:30 radələrində Bakı şəhərinə qayıtmaq istədikdə, Sabirabad rayonuərazisində Aqşin avtomobilini saxlamışdır ki, əlini yusun. Bu zaman polis əməkdaşları xidməti avtomobillərini onların yanında saxlayıb özlərini təqdim etmiş, niyə dayandıqlarını və haradan gəldiklərini soruşduqda onlara ovdan gəlmələrini və bir ədəd dovşan vurmağı bildirdikdə onları RPŞ-yə gətirmişlər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs müvafiq icazə sənədi olmadan ov etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 272.3 və 590.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir İş üzrə inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikasının Konstitisiyasının 129-cu maddəsində göstərilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və məcburidir. Məhkəmənin qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsinə əsasən, ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə- inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Həmin Məcəllənin 590.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Ona görə də məhkəmə hesab edir ki, İXM-nin 272.3 və 590.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmiş Şəxs daha ciddi xətaya görə İXM-nin 272.3-cü maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə barəsində iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini, İXM-nin 32-ci maddəsində əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Həmin Məcəllənin 33-cü maddəsində göstərilən ağırlaşdıran halları müəyyən etmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiq edərkən, İXM-in 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, barəsində ona istinad olan maddənin sanksiyasında nəzərdə tutulmuş maksmum həddə ov hüququnun məhdudlaşdırılması tənbehinin tətbiq edilməsini, silahla bağlı sənədlərinin isə qanuna uyğun olmasını nəzərə alaraq silahın müsadirə edilməməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirli bilinsin və həmin Məcəllənin 272.3-cü maddəsinə əsasən 12 kalibrli, «KİRİCİ ARMS» markalı, 22RT-0009 nömrəli, yivsiz, lüləli ov silahı müsadirə edilməməklə iki il müddətinə ov hüququ məhdudlaşdırılsın. Qərarın icrası Sabirabad Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar