Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-862/2024 10.06.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X6 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, X1 iştirakı ilə, xx.xx.1945-ci ildə Sabirabad rayonu, Salmanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, Sabirabad rayonu, Salmanlı kəndində qeydiyyatda olan və yaşayan X2 Azərbaycan Respublikası İXM-nın 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X5 Azərbaycan Respublikası İXM-nın 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat cərimə edilmişdir. X5 barəsində qəbul edilmiş qeyd edilən qərardan şikayət verərək, 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş şikayətçi X5 şikayətini onunla əsaslandırmışdır ki, qeyd edilən qərar əsassızdır. Belə ki, qərarda qeyd olunur ki, xx.xx.2024-cü il tarixdə saat 10-da Kür çayının sahil zolağında lazımi icazə olmadan qadağan olunmuş müddətdə sənədləri olmayan tək lüləli ov silahı ilə canavar ovunun aparılması faktına görə cərimə edilmişdir. Lakin tüfəng onun çiynində olmuş, gündüz vaxtı olmuş və orada heç bir canavar olmamışdır ki, həmin canavara güllə atsın. Ehtimal olunan vəhşi heyvanın hücumundan qorunmaq üçün onun üstündə tüfəng gəzdirməsi zəruridir. Bu zaman o, özünü təhlükəsizlikdə hissə edir. Haqqında tərtib edilmiş qərar ehtimala əsaslanır. Çünki heç bir atəş açılmamış və canavar olmamışdır. Həmçinin qeyd edir ki, İXM-nin 43.1-ci maddəsinə əsasən İXM-nin 272.3-cü maddəsinə mahiyyəti üzrə tam şəkildə baxılması rayon məhkəmədsinin səlahiyyətinə aiddir. Bu səbəbdən də hesab edir ki, qeyd edilən inzibati qərar qərəzli, əsassız və qanunsuzdur. Hesab edir ki, əməlində inzibati xəta tərkibi yoxdur. 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndənin iştirakı təmin edilməmiş, səbəbi və mümkünsüzlüyü bildirilməmiş, şikayətə etiraz və ya mülahizə təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X3 dinləyib, onun şikayətinin dəlillərini və əlavə etdiyi sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğuna görə qismən təmin edilməli, X2 İXM-nın 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, hazırki şikayətin dəlilləri əsasında araşdırma aparılarkən müəyyən olunur ki, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqan həqiqətən də İXM-nin 43.1ci maddəsinin tələblərinə riayət etmədən səlahiyyəti xaricinə çıxaraq şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343-1.1 – 343- 1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477-2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517-3, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Göründüyü kimi, səlahiyyətli orqan İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsi üzrə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati iş yenidən baxılması, qanunauyğun tədbir görülməsi üçün səlahiyyətli orqana göndərilməlidir. Şikayətin digər dəlillərinə, xüsusən də əməldə inzibati xəta tərkibinin olmamasına gəldikdə isə qeyd edilməlidir ki, inzibati araşdırmanı həyata keçirən orqan müvafiq araşdırma aparıb əməldə inzibati xəta tərkibi olması qənaətinə gəlib inzibati xəta haqqında protokol tərtib edib aidiyyəti üzrə baxılması üçün müvafiq məhkəməyə inzibati xəta haqqında protokolu baxılması üçün göndərdikdən sonra həmin dəlillər üzrə araşdırma paarılması mümkün hesab edilə bilər. Ona görə də hazırki halda şikayətin həmin dəlilləri üzrə araşdırma aparılmamalıdır. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X4 tərəfindən X2 barəsində Azərbaycan Respublikası İXM-nın 272.3-cü maddəsinə əsasən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati iş yenidən baxılması üçün səlahiyyətli orqana (3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə) göndərilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-862/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-862/2024
10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver