Məhkəmə qərarları › İş №3(056)-863/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-863/2024

30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-863/2024 30.05.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakimi Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, protokolu tərtib etmiş şəxs - Sabirabad rayon X4 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis baş leytenatı X1, zərərçəkimiş şəxs Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Sabirabad rayon Qasımbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Sabirabad rayonu Qasımbəyli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN 2067415№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Sabirabad rayon X4 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis baş leytenatı X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN2067415№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə Sabirabad rayon sakini Şəxs xx.xx.2024-cü il tarixdə Sabirabad şəhərində yerləşən “Darçın” adlı kafedə Zərərçəkmiş şəxs ilə birlikdə spirtli içki qəbul etdikdən sonra onlar arasında baş vermiş mübahisə zəmnində qarşılıqlı olaraq birinin digərinin ünvanına uca səslə nalayiq ifadələr işlətməklə, bununla da ictimai qaydanı pozmuşdur. Bu əməlinə görə onun barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 510-cu maddəsində nəzərdə tutlmuş inzibati xətanın törətməsinə dair xx.xx.2024-cü il tarixli MN 2067415№-li inzibati xəta haqqında Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona istinad olunan İXM-nın 510-cu maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlini etiraf edib, əməlindən peşmançılıq hissi keçirdiyini və bir daha bu cür hallara yol verməyəcəyini bildirərək, ona yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərmisdir ki, Sabirabad rayon, sakini Şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində iş üzrə inzibati icraat aparılan şəxs Sabirabad şəhəri, sakini Şəxs xx.xx.2024-cü il tarixdə Sabirabad şəhərində yerləşən “Darçın” adlı kafedə Zərərçəkmiş şəxs ilə birlikdə spirtli içki qəbul etdikdən sonra onlar arasında baş vermiş mübahisə zəmnində qarşılıqlı olaraq birinin digərinin ünvanına uca səslə nalayiq ifadələr işlətməklə, bununla da ictimai qaydanı pozmuşdur. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs izahatını, inzibati xəta haqqında iş üzrə toplanmış materialı nəzrdən keçirib hesab edirəm ki, Şəxs İXM-nın 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməsi onun özünün etirafedici izahatı ilə yanaşı, barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN 2067415№-li protokolla və inzibati xəta haqqında iş üzrə digər materiallarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXM-nın 510-cu maddəsi ilə tövsif edilmişdir. Odur ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq təqsirli Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və ona təqsirli bilindiyi İXM-nın 510-cu maddəsi ilə müəyyən edilmiş sanksiya həddində ədalətli tənbeh tətbiq edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, hazırkı iş üzrə İXM-nın 510-cu maddəsi ilə inzibati xəta əməlini törətmiş Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ “həbs” növündə tənbehlə deyil, məhz “cərimə” növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Ona görə də, Şəxs təqsirli bilindiyi İXM-nın 510-cu maddəsinin sanksiyası həddində 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130cu maddəsi ni rəhbər tutaraq QƏRARA ALDİM: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN 2067415№-li inzibati xəta haqqında Protokola əsasən Abuşov X3 Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirli bilinsin və onun barəsində 100 (yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sabirabad rayon İcra Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar