Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-877/2025 30.05.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, X1 iştirakı ilə, xx.xx.1987-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ünvan 1 ünvanda yaşayan X3 Azərbaycan Respublikası İXM-nın 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair DİN BDYPİ Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovniki-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ27793050 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: DİN BDYPİ Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovniki-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ27793050 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X6 Azərbaycan Respublikasının İXM-nın 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. X6 barəsində qəbul edilmiş yuxarıda qeyd olunan inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə 16:09 radələrində etibarnamə ilə idarə etdiyi «Merecedes Benz AXOR 1840LS» yük markalı dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində quraşdırılmış elektron tərəzi vasitəsi ilə onun icazə verilmiş maksimum kütlə 40 ton olduğu halda onun yükü 39980 kq ola-ola əsassız olaraq ona 600 (altı yüz) manat məbləğində cərimə yazılmışdır. Halbuki, İmişli rayonunda yük maşınını çəkidərən zaman xx.xx.2025-ci il tarixdə saat 12:37 radələrində 40100 kq çəki müəyyən edilmişdir. Yükü isə Sumqayıt şəhərinə gətirən zaman Sumqayıt şəhərində yerləşən HOLCİM Azərbaycan ASC tərəfindən müvafiq qaydada xx.xx.2025-ci il tarixdə saat 17:42 radələrində yük maşınını çəkdirən zaman çəkisi 39980 kq müəyyən edilmişdir. Lakin buna baxmayaraq ona xx.xx.2025-ci il tarixdə 16:09 radələrində Din Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən əsassız olaraq çəkisi limiti keçmiş kimi 42750 kq müəyyən edilmişdir. Əldə etdiyi müvafiq çəki sənədlərindən də görünür ki, onun avtomobilində çəki 40 tonu keçməmişdir. O, da bu qərara istinadən maksimum 40 tonu keçməmək şərti ilə yükdaşıma fəaliyyəti ilə daim məşğul olmuşdur. Amma buna baxmayaraq ona 39980 kq çəkiyə görə əsassız cərimə yazılmışdır. Odur ki, barəsində olan inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi zəruridir. Odur ki, o, məhkəmədən şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 bildirdi ki, ümumiyyətlə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində quraşdırılmış elektron tərəzi düzgün işləmir. Belə ki, onunla eyni vaxtda yükünü çəkdirmiş və eyni istiqamətdə arxa-arxaya hərəkət etmiş **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobildə də təqribi bərəabər çəkidə yük olmuşdur. Tərəzidən arxa-arxaya keçdikləri halda həmin avtomobilə hər hansı artıq yüklə bağlı cərimə tətbiq edilməmiş, lakin onun barəsində tərtib edilmişdir. Halbuki, qeyd etdiyi kimi hər iki avtomobildə yükün çəkisi eyni olmaqla müəyyən edilmiş limitdən artıq olmamışdır. Arxa-arxaya hərəkətdə olmaları barədə görüntünü əks etdirən CD diski də təqdim etmişdir. Həmin tərəzi düzgün işləmədiyindən və o, müəyyən olunmuş limitdən artıq yük daşımadığından şikayətinin əsaslı hesab edilərək təmin edilməsini xahiş edir. Azərbaycan Respublikası DİN BDYPİ-nə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbi və mümkünsüzlüyünü bildirilməmiş, şikayətə etiraz və ya mülahizələrini təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X4 dinləyib, onun şikayətinin dəlillərini və əlavə etdiyi sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət əsaslı olduğuna görə təmin edilməli, X3 İXM-nın 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2025-ci il tarixli EQ27793050 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. Şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş tərəzli qəbzlərindən görünür ki, şikayətçinin idarə etdiyi **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilin yükü müvafiq olaraq xx.xx.2025-ci il tarixində saat 12:37 radələrində 40.100 kq, saat 17:29 radələrində 39.980 kq təşkil etmişdir. Məhkəmə iclası sübutların təqdim edilməsi baxımından təxirə salınmış olsa da, qərarında şikayət edilmiş orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməməklə yanaşı, qəbul edilmiş qərarın əsaslılığı barədə hər hansı sübutu məhkəməyə ünvanlamamışdır. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, E.Ş.Babayevin barəsində əsassız olaraq inzibati xəta haqqında protokol və həmin protokol əsasında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2, 114.2.1-114.2.4-cü maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə, inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə, bu Məcəllənin 16.2-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya (kollegial orqana) göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda və 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X3 əməlində inzibati xəta tərkibi olmadığına görə onun barəsində, Azərbaycan Respublikası İXM-nın 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair DİN BDYPİ Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovniki-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ27793050 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133 - 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 əməlində İXM-nın 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ27793050 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. xx.xx.2025-ci il tarixli EQ27793050 saylı inzibati tənbeh vermə haqqında qərar əsasında İXM-nın 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair E.Ş.Babayevin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-877/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-877/2025
30.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver