Məhkəmə qərarları › İş №3(056)-878/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-878/2024

20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-878/2024 20.06.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, xx.xx.1998-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Sabirabad şəhəri, X3 küçəsi, ev 127 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə Sabirabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad Rayon Məhkəməsinə Sabirabad rayon İcra və Probasiya şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol daxil olmuşdur. Daxil olmuş protokoldan görünür ki, Şəxs X2 Mil-Muğan regional şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarının icrası ilə əlaqədar cərimə borcunu ödəməkdən yayınmışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş Sabirabad rayon icra və Probasiya Şöbəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin tələblərinə istinad edərək işə inzibati xəta haqqında protokolu tərtib etmiş Sabirabad rayon icra və Probasiya Şöbəsinin nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. Protokola əlavə edilmiş: X2 Mil-Muğan regional şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat miqdarında cərimə edilmişdir. Tələbin könüllü icrası barədə icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılmış və borcluya könüllü icra üçün 10 günlük müddət verilmişdir. Şəxs xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o, inzibati cəriməni maddi imkanı olmadığı üçün ödəyə bilmədiyini, rəsmi iş yerinin olmadığını, pensiya və ya hər hansı təqaüd və müavinət almadığını, özünə məxsus daşınar və daşınmaz əmlakının olmadığını, cəriməni ödəyə bilməyəcəyini bildirmişdir. Məhkəmə Şəxs hazırki inzibati xətanı törətməsini inzibati işin materialları ilə tam sübuta yetirilmiş hesab etmir. Belə ki, “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində, icra xidməti icra məmurunun icra ilə əlaqədar zəruri hallarda borcluya məxsus mənzilə və ya otağa daxil olmaq, orada baxış keçirmək və bütün saxlama yerlərini açmaq və baxmaq, habelə müvafiq məhkəmənin qərarına əsasən bu hərəkətləri borcluya məxsus digər şəxslərin tutduqları mənzil və otaqlarda da həyata keçirmək; əmlaka həbs qoymaq, əmlakı götürmək, saxlanmağa vermək və üzərinə həbs qoyulmuş əmlakı realizə etmək (qanuna əsasən icra sənədləri üzrə tələb yönəldilə bilməyən əmlak növlərindən başqa); tələbi borclunun hesabında olan pul vəsaitlərinə və digər qiymətli əşyalarına, banklarda və ya digər kredit təşkilatlarındakı əmanətlərinə yönəltmək hüquqları müyyən edilmişdir ki, məhkəməyə təqdim edilmiş materialdan icra məmurunun borclunun əmlak vəziyyətinin yoxlanılması istiqamətində qanunvericiliklə müəyyən edilmiş hüquqlarını tam həyata keçirmədiyi, borclunun əmlak vəziyyətini yerində yoxlayıb tələbin yönəldilə biləcəyi əmlakının olub-olmadığını yoxlayaraq müvafiq sənədləşmə həyata keçirmədiyi, həmçinin Elektorn məhkəmə sistemində borcunun "xxxx" ASC-də hesabı mövcud olduğu halda, həmin hesabda pul vəsaitinin olub-olmadığını yoxlmadığı müəyyən edilməkdədir. Halbuki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43 və 44-cü maddəsində məcburi icra tədbirləri və onların tətbiqi əsasları aydın şəkildə müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1-ci maddəsinə əsasən, bankda və ya digər kredit təşkilatında borclunun hesablarının və həmin hesablarda pul vəsaitlərinin olması barədə məlumatı olan icra məmuru, məhkəmə və digər orqanların qərarlarının pul vəsaitlərinin tutulmasına dair tələblərinin göstərildiyi icra sənədinin icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş surətini bilavasitə banka və ya digər kredit təşkilatına göndərir. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən, borclunun hesablarına xidmət edən bank və ya digər kredit təşkilatı icra məmurundan icra sənədini aldığı vaxtdan yeddi gün müddətində icra sənədinin pul vəsaitlərinin tutulmasına dair tələblərini icra edir yaxud borclunun hesablarında tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli pul vəsaitləri olmadığından, həmin tələblərin tamamilə və ya qismən icra edilməməsi barədə icra sənədində qeyd yazır. Beləliklə, məhkəmə yuxarıda göstərilən əsasları ümumiləşdirərək hesab edir ki, borclunun əmlak vəziyyəti kifayət qədər yoxlanılıb araşdırılmadığından onun Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün əsaslar yoxdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən imtina edilməli, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən imtina edilsin və qeyd edilən norma ilə onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar