Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-893/2024 05.06.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Sabirabad rayonunun Yolçubəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sabirabad rayonunun Yolçubəyli kəndində qeydiyyatda olmaqla orada yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və həmin protokol əsasında toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında acıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Sabirabad Rayon Məhkəməsinə Sabirabad rayon İcra və X1 Ötər Atdıxan oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Qəbələ Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2(025)-373/2022 saylı icra vərəqəsinə əsasən Şəxs bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cəmi 200 manat məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Protokol tərtib edildiyi zamana borclunun ödənilməmiş 2644 manat aliment borcu olmuş, protokol məhkəməyə təqdim edildikdən sonra tələbkar onunla telefon əlaqəsi saxlayaraq borcun tam şəkildə ödənildiyini bildirib iş üzrə icraata xitam verilməsini xahiş etmiş, məhkəməyə teleqram ünvanladığını bildirmişdir. O, poçt xidməti ilə əlaqə saxlamış, məlum olmuşdur ki, həqiqətən də göstərilən məzmunda teleqram ünvanlanmışdır və teleqram məhkəməyə təqdim ediləcəkdir. Tələbkarın mövqeyini nəzərə alaraq o, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə vermiş olduğu izahatında göstərdi ki, həqiqətən də Qəbələ Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2(025)-373/2022 saylı icra vərəqəsinə əsasən ondan bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cəmi 200 manat məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Hazırda o, tələbkara olan borcunu tam şəkildə ödəmişdir. Göstərdiklərinə əsasən o, barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Qəbələ Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2(025)-373/2022 saylı icra vərəqəsinin surətindən görünür ki, Şəxs bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cəmi 200 manat məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən cəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi» bu maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 528.1-ci maddəsinin Qeyd hissəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə tələbkara olan borcunu hazırki inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədiyindən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40,43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-893/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-893/2024
05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver