Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 3(056)-897/2025 22.05.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X7 Bağırovun sədrliyi, X2 X8 Xidmətinin X4 rəisi Şahin Əzizov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN1809256 saylı inzibati xəta haqqında qərarından vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: X8 Xidmətinin Mil-Muğanregional Şöbəsinin rəisi Şahin Əzizov tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli MN1809256 nömrəli qərarla X5 Azərbaycan Respublikası İXM-nın 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 1500 manat məbləğində inzibati cərimə edilmişdir. X1 Əmək Müfəttişliyi Xidmətinin X4 rəisi Şahin Əzizov tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN1809256 saylı inzibati xəta haqqında qərarından xx.xx.2025ci il tarixdə şikayət etmiş, lakin şikayət vermə müddətinin bərpası barədə vəsatət təqdim etməmişdir. Göründüyü kimi X5 qərardan şikayət vermə müddətini itirmişdir. İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 X8 Xidmətinin X4 rəisi Şahin Əzizov tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN1809256 saylı inzibati xəta haqqında qərarından verdiyi şikayət şikayət vermə müddəti keçdiyinə görə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X2 X8 Xidmətinin Mil-Muğanregional şöbəsinin rəisi Şahin Əzizov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN1809256 saylı inzibati xəta haqqında qərarından verdiyi şikayət ərizəsi şikayət vermə müddəti keçdiyinə görə geri qaytarılsın. X3 izah edilsin ki, onun “inzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli MN1809256 saylı Qərardan şikayətin verilməsi müddətinin bərpa olunması barədə vəsatətlə həmin qərarı qəbul etmiş X8 Xidmətinin Mil-Muğan regional şöbəsinə müraciət etmək hüququ var. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-897/2025
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №3(056)-897/2025
22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver