Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-898/2025 23.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X7 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, X3 DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ 27503118 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: DİN BDYPİ-ni tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ 27503118 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərara əsasən xx.xx.1979-cu il təvəllüdlü X2 Xətalar Məcəlləsinin 328.2-ci maddəsində (Yolda müəyyən edilmiş hərəkət sürətini 21km/saat həddində aşmağa görə) nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, onun barəsində 50 manat məbləğində cərimə və 2 bal növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. X4 barəsində qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ 27503118 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərarla razılaşmayıb, həmin qərardan şikayət verərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X4 barəsində qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ 27503118 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərardan verdiyi şikayəti belə əsaslandırılmışdır ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən X5 ona məxsus "X13" markalı 77DJ047 qeydiyyat nişanlı avtomobillə Sabirabad rayonu ərazisində hərəkətdə olarkən İnzibati Xətalar Məcəlləsinin 328.2ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi faktı müəyyən edilmiş və bu barədə xx.xx.2025-ci il tarixli EQ 27503118 nömrəli inzibati xəta haqqında elektron protokol tərtib edilmişdir. Lakin elektron informasiya sisteminə inteqrasiya olunmuş məlumatlara əsasən nəqliyyat vasitəsindən istifadə hüququ sonuncu etibarnamə üzrə ona (şikayətçiyə) həvalə edildiyindən inzibati tənbeh vermə haqqında qərar onun barəsində qəbul edilmişdir. Aşağıda göstərilən əsaslarla hesab edir ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən barəsində tərtib edilən xx.xx.2025-ci il tarixli EQ seriyalı 27503118 saylı inzibati xəta haqqında elektron protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə barədə qərar istinad olunan əməldə inzibati xəta tərkibi olmadığından ləğv edilməli, başlanmış inzibati xəta haqqında iş üzrə icraata ona münasibətdə xitam verilməli və icraatın inzibati xətanı törətmiş şəxs barəsində aparılması üçün iş yenidən səlahiyyətli orqana göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə asasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1- 327.5. 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 va 469.3-cü imaddələrində nəzərdə tutulmuş xətalar foto va ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı asasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, "Elektron imza və elektron sənəd haqqında" Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tanbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh verma haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan) barəsində çıxarılır. Həmin Məcəllənin 122.3.1-ci maddəsinə əsasən inzibati xəta haqqında elektron qərarda həmçinin inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilməlidir. Həmin Məcəllənin 122.4-cü maddəsinə əsasən İnzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Həmin Məcəllənin 122.5-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Həmin Məcəllənin 122.6-cı maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs bu Məcəllənin 125.2.1, 125.2.2 və ya 125.2.3-cü maddələrində müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni ödəyə bilər. Həmin Məcəllənin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilən xx.xx.2025-ci il tarixl, EQ seriyalı 27503118 saylı inzibati xəta haqqında elektron protokol əsasında qəbul edilmiş eyni tarixli inzibati tənbeh vermə barədə qərarın qanunsuz hesab edilməklə ləğv edilməsi, başlanmış inzibati xəta haqqında iş üzrə icraata ona münasibətdə xitam verilməsi və icraatın inzibati xətanı törətmiş şəxs barəsində aparılması üçün işin yenidən səlahiyyətli orqana göndərilməsi haqqında qərar qəbul olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, elektron qərardan şəkayət vermiş şəxs və DİN BDYPİ-nin nümayəndəsi məhkəmədə iştirak etməmişdirlər. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsaslanaraq, şikayətə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X4 barəsində qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ 27503118 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə 16:44 radələrdə Yolda müəyyən edilmiş hərəkət sürətini 23km/saat həddində aşmaqla bununla da İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətdiyinə görə 50 manat cərimə tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə-əlli manat məbləğində cərimə edilir. X3 şikayət ərizəsindən görünür ki, o, barəsində qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ 27503118 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərarla razılaşmayıb, həmin qərardan şikayət verərək, şikayətinin əsası kimi bildirmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı (yolda müəyyən edilmiş hərəkət sürətini 23km/saat həddində aşmaq) törətməsi onun tərəfindən deyil, məhz X5 özünə məxsus "X13" markalı 77DJ047 qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən törətsə də, lakin elektron informasiya sisteminə inteqrasiya olunmuş məlumatlara əsasən nəqliyyat vasitəsindən istifadə hüququ sonuncu etibarnamə üzrə ona (şikayətçiyə) həvalə edildiyindən inzibati tənbeh vermə haqqında qərar onun barəsində qəbul edilmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. X1 xx.xx.2025-ci il tarixdə 16:44 radələrdə yolda müəyyən edilmiş hərəkət sürətini 23km/saat həddində aşmaqla İXM-nin 328.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini onun tərəfindən deyil, məhz X9 tərəfindən özünə məxsus "X13" markalı 77DJ047 qeydiyyat nişanlı avtomobilin sükanı arxasında olmaqla törətməsinə istinad etsə də, həmin halın təsdiqinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, X1nun barəsində qəbul edilmiş mübahisələndirdiyi inzibati tənbeh vermə haqqında Elektron Qərardan verdiyi şikayətin sübut olunmayan dəlilləri xx.xx.2025-ci il tarixli EQ 27503118 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərarın ləğvi üçün əsas ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə hesab edir ki, DİN BDYPİ tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ 27503118 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərar qanuni və əsaslı olduğundan, F.R.Həzrətzadənin həmin qərarın ləğv edilməsinə dair şikayəti əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 75, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X3 DİN BDYPİ tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ 27503118 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərardan verdiyi şikayət əsassız olduğu üçün təmin edilməsin. Qərar rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-898/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-898/2025
23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver