Məhkəmə qərarları › İş №3(056)-90/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-90/2024

29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-90/2024 29.01.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsindən daxil olmuş Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsindən daxil olmuş Şəxs VÖEN: (**********) barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokola görə Şəxs Sabirabad şəhəri, Muğan prospektində yerləşən “No1 Dönər” adlı obyekti üzərində müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz reklam yayımlamış və bununla da Şəxs İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutlmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş X4 İdarəsi və barəsində inzibati xəta haqqında icraat başlanmış şəxs Şəxs məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş, həmçinin işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. Məhkəmə İXM-nın 61.3 və 64.3-cü maddələrinə əsaslanaraq hesab edir ki, inzibati materiala tərəflərin iştirakı olmadan da baxıla bilər. Məhkəmə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN ******* saylı protokolu və protokola əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs əməlində İXM-nın 428.7.1-ci maddəsi ilə nəzərdə tutlmuş inzibati xəta tərkibi vardır və onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarına əlavə edilmiş X4 İdarəsi tərəfindən Şəxs ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən və xx.xx.2023-cü il tarixli AKTdan görünür ki, Şəxs Sabirabad şəhəri, Muğan prospektində yerləşən “No1 Dönər” adlı obyekti üzərində müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz reklam yayımlanması faktı müəyyən edilmiş və qeyd olunan bildirişlə Şəxs müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz reklam yayımının 5 gün ərzində “No1 Dönər” obyektinə aid olan reklamlara açıq məkanda yayımlanmasına görə müvafiq icazə sənədi alınmasını və ya demontaj edilməsinin təmin edilməsi tələb olunmuş, eyni zamanda əks təqdirdə mövcud halın, yəni reklam haqqında qanunvericiliyin pozulmasına görə onun, İXM-nın 428.7.1-ci maddəsi ilə nəzərdə tutlmuş inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas olması xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, X4 İdarəsi xx.xx.2023-cü il tarixdə Şəxs bildiriş göndərilmiş və protokolun tərtibatında iştirak etmək, izahat vermək, protokolun surətini qəbul etmək təklif olunmuşdur. Lakin Şəxs protokolun tərtib olunmasında iştirak etməkdən imtina etmişdir. Protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, No1 Dönər obyektinin reklamı Sabirabad şəhəri, Muğan prospektində No1 Dönər adlı obyekt üzərində yerləşdirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nın 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, “Reklam haqqında” Qanunun 26.1 və 26.2-ci maddələrinə əsasən, açıq məkanda reklam avtomobil yollarının torpaq sahəsində, şəhər, kənd, qəsəbə və digər yaşayış məntəqələrində olan reklam daşıyıcıları üzərində yerləşdirilir. Açıq məkanda ölçülərindən asılı olmayaraq reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanı verir. Açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin bir ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə verilərkən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum reklama dair texniki şərtlər pasportunu hazırlayaraq reklam yayıcısına təqdim edir və reklam yayıcısı ilə icazə müqaviləsini bağlayır. İcazə müqaviləsi bağlanılmadıqda, açıq məkanda reklam yerləşdirmək üçün verilmiş icazə və texniki şərtlər pasportu hüquqi nəticələr yaratmır. Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2017-ci il tarixli 1472 nömrəli Fərmanına əsasən, ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onlar üzərindəki reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləmə və nəzarət Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi tərəfindən həyata keçirilir. İXM-in 428.7-ci maddəsinə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni: 428.7.1. müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə; 428.7.2. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələblərinə cavab verməyən reklamın açıq məkanda yerləşdirilməsinə; 428.7.3. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə, fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. İş materiallarından müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs ********** VÖEN-ə malik olan fiziki şəxsdir. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, Şəxs barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş minimum məbləğdə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN **********) İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar