Məhkəmə qərarları › İş №3(056)-902/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-902/2024

13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-902/2024 13.06.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi Məsləhətçi (məhkəmə iclas katibi) Quliyev Mətin Azər oğlunun katibliyi ilə, X1 barəsində çıxarılmış Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(056)- 1272/2022 saylı qərarına xitam verilməsi barədə vəsatətinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(056)-1272/2022 saylı qərarına əsasən X2 İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmışdır. X2 xx.xx.2024-cü il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(056)-1272/2022 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, o müəyyən səbəblərdən məhkəmə baxışında iştirak etməmişdir. Barəsində tərtib edilmiş olan protokola əsasən cəriməni dəbbə pulu ilə birlikdə tam olaraq ödəmişdir. Vəsatətə əlavə olunmuş: Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(056)-1272/2022 saylı qərarından görünür ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmışdır. İş materiallarından görünür ki, yol hərəkəti qaydalarını pozduğuna görə X2 cərimə edilmiş, həmin cəriməni 3 ay müddətində ödəmədiyi üçün barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(056)-1272/2022 saylı qərarı ilə 06 (altı) ay müddətinə onun nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmışdır. Hazırda barəsində qərar çıxarılmış X2 tərəfindən cərimə və ona hesablanmış dəbbə pulu tam şəkildə müvafiq bank hesabına köçürülmüşdür. Vəsatəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə nəticəyə gəlirəm ki, barəsində qərar çıxarılmış X1 vəsatəti təmin edilməlidir. İXM-nin 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, cərimə və ona hesablanmış dəbbə pulu tam şəkildə ödənildiyindən Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(056)-1272/2022 saylı qərarına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-200-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmasına dair Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(056)-1272/2022 saylı qərarının icrasına xitam verilsin və X2 inzibati məsuliyyətdən azad edilsin. Qərardan, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar