Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-909/2025 20.05.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Sabirabad rayonunun Həşimxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşuğ olan, subay, Sabirabad rayonu Qaragüney kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:50 radələrində Sabirabad rayonunun Qaragüney kəndində YPX inspektorları ilə mübahisə edərək polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə o, Qaragney kəndində sənədləri olmadan qardaşına məxsus “BMV X5” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə kənddə yerləşən çayxananın yanına gəlmiş, avtomobilindən düşmüş, təxminən 1 dəqiqə sonra YPX avtomobili gələrək onun idarə etdiyi avtomobilin arxasında saxlamış, ona təhlükəsizlik kəmərindən istifadə etmədiyini bildirib sənədlərini istəmişlər. O, sənədlərinin olmadığını bildirmiş, bundan sonra ondan avtomobilin açıarlarını tələb etmişlər ki, avtomobili duracağa aparsınlar. O, polis əməkdaşlarına bir nəfər hörmətli şəxsin adını verərək onunla telefon əlaqəsi saxlamalarını istəmiş, lakin zəng edilməmiş, ondan açarlar tələb edilmiş, bu fonda o, əsəb gərginliyi keçirərək polis əməkdaşları ilə mübahisə etməyə başlamışdır. Bundan sonra oraya PPX əməkdaşları dəvət edilmiş, PPX əməkdaşları gəldikdən sonra o, özü idarə etdiyi avtomobilə tək əyləşib avtomobili duracağa gətirmişdir. Oradan da onu şöbəyə gətirmişlər. Hazırda özünü təqsirli bilir və əməlindən peşmandır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X4 bildirdi ki, o, Sabirabad RPŞ-nin YPXB-nin inspektoru vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixində o, Mirbağı Ağayevlə xidmətdə olarkən qarşı yolda hərəkətdə olan BMV X5” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təhlükəsizlik kəmərindən istifadə etmədiyini görüb irəlidən geri dönərək həmin avtomobilin arxasınca gəlmişlər. Yolda sürücüyə saxla işarəsi verilmiş, lakin o, hərəkətini davam etdirib kənddə yerləşən çayxananın qarşısında saxlamış, xidməti avtomobilindən düşərək ona törətdiyi xətanın mahiyyətini izah edib sənədlərini tələb etmiş, lakin həmin şəxs sənədlərinin olmadığını bildirmiş, buna görə onun avtomobilinin dayanacağa yerləşdiriləcəyi vurğulanaraq, avtomobilin açarlarının təqdim edilməsi, özünün sağ oturacaqda əyləşməsi, birgə dayanacağa getmələri deyilmiş, lakin o, heç yerə getməyəcəyini və avtomobilini kimsənin apara bilməyəcəyini deyərək onunla mübahisə etməyə başlamış, daha sonra orada qapıları bağlayaraq orada uzaqlaşmağa çalışmış, o, PPX xidmətindən kömək çağırışmış və şəxsin arxasınca gedib etdiyi hərəkətin düzgün olmadığını izah etmişdir. Həmin şəxs PPX əməkdaşlarının gəlməsini görüb özü geri qayıdaraq avtomobilinə əyləşib kimsənin əyləşməsinə icazə verməyərək hüququ olmadan avtomobili idarə etməklə dayanacağa gətirmişdir. Bundan sonra o, raportla rəhbərliyə müraciət etmişdir. Məhkəmə iclasında digər şahid qismnində dindirilmiş X1 RPŞ-nin YPXB-nin inspektoru vəzifəsində işləməsini vurğulayaraq, şahid qismində dindirilmiş X4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və şahidlərin ifadəsini dinləyib, inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrinin tərkibi vardır və o, həmin maddələr ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, həmin Məcəllənin 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsulliyyət nəzərdə tutur. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Qeyd edilən normanın tələbləri baxımından məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş Şəxs daha ciddi xətaya görə, yəni Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını və ilk dəfə inzibati xəta törətməsini Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə İXM-nin 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini və şəxsiyyətini səciyyə edən halları (əməlin törədilməsi şəraiti) nəzərə alaraq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədilə barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbeh (cərimə) tətbiq etməyi yetərli saymır. Ona görə də məhkəmə onun barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Bundan əlavə o da qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tutma haqqında protokola görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2025-ci il tarixdə, saat 21:50 radələrində tutulmuş, xx.xx.2025-ci il tarixdə, saat 16:00-da azad edilmişdir. Lakin göründüyü kimi, o, azad edildikdən sonra polislərin nəzarəti altında məhkəməyə təqdim edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati həbs etmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən, saat 21:50-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və o, 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs həbsetmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 21:50-dən hesablansın. Qərarın icrası Sabirabad rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-909/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-909/2025
20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver