Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 3(056)-913/2024 07.06.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1973-cü ildə Cəbrayıl rayonunun Fuğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, işləməyən, Cəbrayıl rayonunun Fuğanlı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad rayon Polis şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 07 iyun 2024-cü il tarixli MN ******* nömrəli «İnzibati xəta haqqında protokol» baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri tədqiq etməklə hesab edirəm ki, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, işin baxılmasına hazırlanması zamanı müəyyən edildi ki, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs zərərçəkmiş şəxsin iştirakını təmin etməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən, bu Məcəllənin 227, 232-1 və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda iş üzrə icraata xitam verilir. Göründüyü kimi, hazırki inzibati xəta haqqında iş üzrə icraat zamanı müvafiq qərarlardan birinin (inzibati tənbeh tədbirinin tətbiq edilməsi və ya başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi) qəbul edilməsi zərər çəkmiş şəxsin mövqeyindən asılıdır. Sankiyasında inzibati həbs nəzərdə tutulan inzibati xəta haqqında materiala isə prosessual qanunvericiliyin tələbinə uyğun olaraq dərhal baxılmalı olduğundan zərərçəkmiş şəxsin iştirakının təmin edilməsi və ya məhkəmə iclasının bu halda təxirə salınması məhkəmənin imkanları xaricindədir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Şərh edilənlərə əsasən hesab edirəm ki, Şəxs barəsində toplanmış materiallar natamam hesab edilməli və həmin natamamlığı işə baxılarkən tamamlamaq mümkün olmadığından Şəxs barəsində olan inizbati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Sabirabad rayon Polis şöbəsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Sabirabad rayon Polis şöbəsinə geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-913/2024
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №3(056)-913/2024
07.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver