Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-913/2025 05.06.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsinin DYPB-dən daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP7100986№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad rayon Polis Şöbəsinin DYPB tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair xx.xx.2025-ci il tarixli İXP7100986№-li İnzibati xəta haqqında Protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli İXP7100986№-li inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə qeyd olunur ki, Şəxs, mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı inzibati xətanın törətməsinə yol vermiş fiziki şəxs (sürücü) haqqında məlumatı Sabirabad rayon Polis Şöbəsinin DYPB-nin sorğusuna aldığı vaxtdan 5 gun müddətində cavab verməmişdir. İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin dispozisiyasına görə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Göründüyü kimi qeyd edilən İXM-nın 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün əsas təşkilatın istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi halıdır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-nın 347-ci maddəsi ilə nəzərdə tutulmuş xəta törətməsini təsdiq edən sübutlar kifayət deyildir və mötəbər hesab edilməməlidir. Belə ki, Sabirabad rayon Polis Şöbəsinin DYPB tərəfindən daxil olmuş xx.xx.2025-ci il tarixli İXP7100986№-li İnzibati xəta haqqında Protokola əlavə olunmuş sənədlər sırasında olan “sənədin rəsmi verilməsinə dair kötük” adlı sənəddən görünür ki, nəqliyyat vasitəsinin idarə edilməsi zamanı inzibati xətanın törətməsinə yol vermiş fiziki şəxs (sürücü) haqqında məlumatın, sorğunu aldığı vaxtdan 5 gun müddətində verilməsi barədə Sabirabad rayon Polis Şöbəsinin DYPB-nin sorğusu Şəxsnə daxil olması görünsə də, lakin sorğunun hansı tarixdə daxil olmasını müəyyən etmək mümkün olmadığı səbəbindən, Sabirabad rayon Polis Şöbəsinin DYPB sorğusunun cavabının gözləmə dövrünün, yəni ən azı cavabın tərtib edilmə, göndərilmə və təqdim etməsi üzrə tələb olunan minimum ağlabatan müddətləri hesablayıb müəyyən etmək mümkünsüz olmuşdur. Məhkəmə hesab edir ki, sorğusunun cavabının gözləmə dövrünün, yəni ən azı cavabın tərtib edilmə, göndərilmə və təqdim etməsi üzrə tələb olunan minimum ağlabatan müddətlər gözlənilmədən, xx.xx.2025-ci il tarixdə İXP7100986№-li inzibati xəta haqqında Protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərmişdir. Ona görə də hesab edirəm ki, Şəxs üzərində İXM-nın 347-ci maddəsinin tərkibi müəyyən olunmadığından, xx.xx.2025-ci il tarixli İXP7100986№-li inzibati xəta haqqında Protokol əsasında Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddələrinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də təsvir olunanlara əsasən xx.xx.2025-ci il tarixli İXP7100986№-li inzibati xəta haqqında Protokol üzrə Şəxs İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olması sübuta yetmədiyi üçün iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Sabirabad rayon Polis Şöbəsinin DYPB tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP7100986№-li İnzibati xəta haqqında Protokol əsasında Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-913/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-913/2025
05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver