Məhkəmə qərarları › İş №3(056)-914/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-914/2025

12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-914/2025 12.08.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ-nin polis kapitanı X4 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, TP7245163 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP7245163 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 25 prel 2025-ci il tarixdə, saat 19:40 radələrində Bakı şəhəri, A.A.Mirqasımov, 1 ünvanı ilə Semaşko dairəsi adlanan istiqamətdə xüsusi mülkiyyətimdə olan Volkswagen Jetta markalı , **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə heç bir yol hərəkəti haqqında qaydalarını pozmadan hərəkətdə olan zaman gizlənməklə ağacın arxasında qanunsuz xidmət aparan Bakı şəhəri DYPİ-nin YPX-nin inspektoru ,polis baş serjantı Yusubov Rafael rafıq oğlu onu qəflətən saxlatdırdı və ona Yol hərəkəti haqqında qaydaları, ələxsus İXM-nin 342-ci maddəsinin tələblərini pozduğumu bildirdi. YPX-nin əməkdaşının yalan iradlarını yerində araşdırmaq üçün xahiş etdi ki, onunla birgə qayda pozulan yerə getsin. Yol polisi əməkdaşı çarəsiz qalıb dediyi əraziyə gəldi. Həmin ərazidə ona qədər və ondan sonra eyni hərəkət üzrə yüzlərlə nəqliyyat vasitəsi hərəkət edirdi. Yol Polisi əməkdaşından inzibati xəta haqqında Qanunun 342-ci maddəsinin tələblərini necə və hansı yolla pozduğumu sübut etmələrini tələb etdi. Həmin vaxt işdən evə gedirdi. Digər nəqliyyat vasitələri kimi yol hərəkəti qaydalarını pozmadan nəqliyyat vasitəsini idarə edirdi. Yol Polisi əməkdaşı Yol Patrul Xidmətinin əməkdaşı ona İXM-nin 342-ci maddəsinin tələblərini pozmaqla idda etsə də tərtib etdiyi xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokolda barəsində İXM-nin 327-ci maddəsinin tələblərinin pozulduğu qeyd etmiş və ona 100 (bir yüz) manat cərimə yazmışdır. Ağacların arxasında gizlənməklə xidmət aparan YPX əməkdaşının tərtib etdiyi qanunsuz protokoldan onlarn tabe olduğu BDYPİ-nin rəhbərliyinə rəsmi şikayət edəcəyini bildirdi və şikayət etdi. Əfsuslar olsun ki, BDYPİ-nin rəhbərliyi rəsmi müraciətinə heç bir cavab vermədi, yol hərəkəti haqqında qanunun pozuntusunu təsdiq edən foto və ya video görüntüləri ona təqdim etmədi. Bəlli oldu bu orqanın əsas fəaliyyəti yollarda hərəkət edən nəqliyyat vasitələrinə qanunsuz cərimlər yazmaq və həmin cərimlər ilə büdcəyə vəsait toplamaqdan ibarətdir. Necə ki, bir müddət əvvəl keçmiş Maliyyə naziri olmuş Samir Şərifov büdcəyə cərimələr ilə vəsait daxil etməyi DİN-nə tapşırıq vermiş və bütün bunlar sosial media şəbəkələrində canlı yayımlanmışdır. Heç bir qanun pozuntusuna yol verməmiş və hər hansı bir nəqliyyat vasitəsinin hərəkətinə maneə törətməmişdir. Barəsində tərtib olunan protokolu və həmin protokol üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarı əsassız və qanunsuz hesab edir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 özünü AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilməyərək tərəfindən verilmiş şikayətin məzmununa uyğun çıxış edərək bildirdi ki, , şikayət ərizəsinə uyğun məzmunda izahat verərək, mübahisələndirilən xx.xx.2025-ci il tarixli, TP7245163 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında verilmiş suala cavab olaraq X3 video görüntüdə qeydə alınmış yerən keçmədiyini və həmin nəqliyyat vasitəsinin onun olmadığını bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, məhkəməyə təqdim edilmiş videogörüntünü tədqiq edib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməməli, X3 barəsində AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP7245163 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənheh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP7245163 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə, saat 19:50-də özünə məxsus “Volkswagen Jetta” markalı 99-BM676 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, A.A.Mirqasımov küçəsində idarə edərkən yolayrıcını keçmə qaydalarını pozaraq AR İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Bakı şəhər BPİ-nin X8 İdarəsinə bilavasitə tabe olan Yolpatrul xidməti alayı yol patrul xidməti inspektoru tərəfindən təqdim edilmiş videogörüntüdən görünür ki, “Volkswagen Jetta” markalı nəqliyyat vasitəsini idarə edən sürücü yolayırıcına çatarkən hərəkət üstünlüyünə malik olan qara rəngli avtomobilə yol vermədən yolayırıcını keçmiş və bu zaman sağdan gələn qara rəngli avtomobil təhlükənin qarşısını almaq üçün tormozdan istifadə edərək avtomobilin sürətini azaltmaq məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Xəatalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsinin İ hissəsinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Məhkəmə təqdim edilmiş videodiskdə olan görüntünü tədqiq edərək “Volkswagen Jetta” markalı avtomobilin sürücüsü X2 AR İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinin məhkəməyə təqdim edilmiş videogörüntü ilə müəyyən edildiyini nəzərə alaraq onun əməlində həmin maddənin tərkibinin olması qənaətinə gəlir. Məhkəmə iclasında qeyd olunan videogörüntü tədqiq edildikdən sonra şikayətçi yolhərəkəti qaydasını pozmadığını, həmin görüntüdə qeyd olan nəqliyyat vasitəsinin onun olmasının sübuta yetirilmədiyini bildirsə də, məhkəmə iclasında tədqiq edilmiş videogörüntünün və həmçinin şikayət ərizəsində qeyd olunan tarix və saatdan görünür ki, “Volkswagen Jetta” markalı nəqliyyat vasitəsini idarə edən sürücü yolayırıcına çatarkən avtomobili saxlayaraq sağdan gələn və hərəkət üstünlüyünə malik olan qara rəngli avtomobilə yol vermədən yolayırıcını keçməsi və bu zaman soldan gələn qara rəngli avtomobil təhlükənin qarşısını almaq üçün tormozdan istifadə edərək avtomobilin sürətini azaltmaq məcburiyyətində qalması eyni tarixdə və eyni saatda olduğu açıq-aşkar görünməkdədir ki, bu da barəsində inzibati qaydada icraat aparılan şəxsin irəli sürdüyü dəlillərin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib edilməsinə dəlalət edir. Məhkəmə iclasında, o cümlədən, şikayət ərizəsində X3 inzibati xətanın mpvcud olduğunu qeyd edib, yoldakı vəziyyətlə əlaqədar tək onun deyil, onunla yanaşı, digər avtomobillərin də yolayrıcını keçmə qaydalarını pozaraq hərəkət etdiklərini göstərsə də, məhkəmə qeyd edir ki, hər bir şəxs öz törətdiyi inzibati xətaya görə məsuliyyət daşıyır və digər sürücülərin də pozuntu edib yolayrıcını keçmə qaydalarını pozaraq hərəkət etmələri X2 əməlinə haqq qazandıran hal kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, X2 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP7245163 nömrəli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X2 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP7245163 nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar