Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-927/2025 27.05.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi protokolu tərtib etmiş şəxs Sabirabad rayon X7 PB-nin X1 sahə rəisi X4, zərərçəkmiş hüquqi şəxsin nümayyəndəsi X2 və barəsində inzibati icraat başlanmış şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN 2295350№-li Protokola və protokol ətrafında toplanmış materiala Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sabirabad rayon X9 Təhlükəsizlik Bölməsinin sahə rəisi X8 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN 2295350№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə Sabirabad rayonu Nizami kəndində yerləçən “Oba” marketdən iki ədəd spirtli içki, yəni “pivə” oğurlmaqla bununla da zərərçəkmişə 30 manat məbləğində maddi ziyan vurmuşdur. Bu əmələ görə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 227-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta törətməsinə dair Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 227-ci maddəsi ilə ona istinad olunan inzibati xəta törətməsində özünü təqsirli bilib və əməlindən peşmançılıq hissi keçirərək, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X6 şikayçi olaraq Şəxs ilə barışmadığını bildirmişdir. Sabirabad RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru Elnur Hacıyevin 27 may 2025ci il tarixli «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» Qərarından görünür ki, Şəxs əməlində İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında iş üzrə tədbir görülməsi üçün qərarın surətinin Sabirabad RPŞ-nin İTB-yə verilməsi, həmçinin qərarın surətinin X3 və digər maraqlı tərəflərə göndərilməklə, qərardan şikayət etmək hüququnun olmasının izah edilməsi, qərarın surətinin prosessual rəhbərliyi həyata keçirən rayon prokurorluğuna göndərilməsi, toplanmış materialların saxlanılması üçün Sabirabad RPŞ-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta törətməsində təqsirli olması Şəxs etirafedici izahatı, zərərçəkmiş şəxsin nümayəndəsinin izahatı, 27 may 2025-ci il tarixli «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» qırarla müəyyən olumuş işin halları və inzibati işin digər materialları ilə tam sübuta yetirilir. Qeyd edilən maddə ilə müəyyən olunmuş əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Onun əməli düzgün olaraq İXM-nin 227-ci maddəsi ilə tövsif edilmişdir. İXM-nin 227-ci maddəsi əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 32.2-ci maddəsinin tələblərini nəzərə alıb, hesab edirəm ki, hazırkı iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş alternativ inzibati tənbehlə (ictimai işlər) deyil, məhz inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini nəzərə alaraq, Şəxs təqsirli bilindiyi İXM-nın 227-ci maddəası ilə nəzərdə tutulmuş alternativ “həbs” növündə tənbehlə deyil, məhz “ictimai işlər” növündə inzibati tənbeh verilməsi ilə, inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Ona görə də, Şəxs təqsirli bilindiyi İXM-nın 227-ci maddəsinin sanksiyası həddində 200 (iki yüz) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi daha məqsədəmüvafiq olardı. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN 2295350№-li inzibati xəta haqqında Protokol əsasında Əsgərov X10 Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin və onun barəsində gün ərzində dörd saatdan çox olmamaqla 200 (iki yüz) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri təyin edilsin. Təyin edilmiş inzibati tənbeh müddəti ərzində Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Qərarın icrası Şama rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-927/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-927/2025
27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver