Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-929/2025 12.06.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etibarnamə üzrə nümayyəndəsi X1 iştirakı ilə, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair X7 İdarəsindən məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli MN1254618№-li-li inzibati xəta haqqında Protokola və protokol üzrə toplanmış sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsindən daxil olmuş Şəxs VÖEN: (**********) barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2025-ci il tarixli MN1254618№-li protokola görə o, Sabirabad rayonu Cavad kəndində yerləşən “Sübhan” adlı OİL YDM-nin üzərində müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz reklam yayımlamışdır. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X2 protokola etiraz edib, etirazının əsası kimi fotoşəkillər təqdim edərək bildirmişdir ki, X7 İdarəsi tərəfindən müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz reklam yayımının 5 gün ərzində dayandırılması tələbinə dair “Sübhan” adlı OİL YDMyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 000105№-li Göstəriş daxil olduğu halda, dərhal “Sübhan” adlı OİL YDM reklam yazısını üzərinə örtük çəkməklə, bununla da xx.xx.2025-ci il tarixli 000105№-li Göstəriş icra edilmişdir. Hesab edir ki, təmsil etdiyi Şəxs əməlində İXM-nın 428.7.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta tərkibi istisna edilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş X7 İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş, həmçinin işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. Məhkəmə İXM-nın 64.3-cü maddələrinə əsaslanaraq hesab edir ki, inzibati materiala X7 İdarəsinin iştirakı olmadan da baxıla bilər. Məhkəmə inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN1254618№-li saylı protokolu və protokola əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs əməlində İXM-nın 428.7.1ci maddəsi ilə nəzərdə tutlmuş inzibati xəta tərkibi vardır və onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarına əlavə edilmiş X7 İdarəsi tərəfindən “Sübhan” adlı OİL YDM-nə ünvanlanmış xx.xx.2025-ci il tarixli 000105№-li Göstərişdən və eyni tarixli və nömrəli AKTdan görünür ki, Sabirabad rayonu Cavad kəndində yerləşən “Sübhan” adlı OİL YDM-nin üzərində müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz reklam yayımlanması faktı müəyyən edilmiş və qeyd olunan göstərişlə Şəxs müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz reklam yayımının 5 gün ərzində dayandırılması tələb olunmuş, eyni zamanda əks təqdirdə mövcud halın, yəni reklam haqqında qanunvericiliyin pozulmasına görə onun, İXM-nın 428.7.1-ci maddəsi ilə nəzərdə tutlmuş inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas olması xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, X7 İdarəsi xx.xx.2025-ci il tarixdə Şəxs bildiriş göndərilmiş və protokolun tərtibatında iştirak etmək, izahat vermək, protokolun surətini qəbul etmək təklif olunmuşdur. Lakin Şəxs protokolun tərtib olunmasında iştirak etməkdən imtina etmişdir. Protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Sabirabad rayonu Cavad kəndində yerləşən “Sübhan” adlı OİL YDM-nin üzərində eyni adlı məzmunda reklam yerləşdirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nın 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, “Reklam haqqında” Qanunun 26.1 və 26.2-ci maddələrinə əsasən, açıq məkanda reklam avtomobil yollarının torpaq sahəsində, şəhər, kənd, qəsəbə və digər yaşayış məntəqələrində olan reklam daşıyıcıları üzərində yerləşdirilir. Açıq məkanda ölçülərindən asılı olmayaraq reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanı verir. Açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin bir ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə verilərkən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum reklama dair texniki şərtlər pasportunu hazırlayaraq reklam yayıcısına təqdim edir və reklam yayıcısı ilə icazə müqaviləsini bağlayır. İcazə müqaviləsi bağlanılmadıqda, açıq məkanda reklam yerləşdirmək üçün verilmiş icazə və texniki şərtlər pasportu hüquqi nəticələr yaratmır. Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2017-ci il tarixli 1472 nömrəli Fərmanına əsasən, ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onlar üzərindəki reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləmə və nəzarət Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi tərəfindən həyata keçirilir. İXM-in 428.7-ci maddəsinə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni: 428.7.1. müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə; 428.7.2. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələblərinə cavab verməyən reklamın açıq məkanda yerləşdirilməsinə; 428.7.3. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə, fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. İXM-nın 17-ci maddəsinin qeyd hissəsinə görə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İş materiallarından müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs ********** VÖEN-ə malik olan fiziki şəxsdir. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, Şəxs barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş minimum məbləğdə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X7 İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN1254618№-li inzibati xəta haqqında Protokol əsasında Şəxs İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin və onun barəsində 300 (üç) yüz manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-929/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-929/2025
12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver