Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-931/2025 13.06.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X12 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, şikayətçi (bərəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş) X2 iştirakı ilə, Sabirabad RPŞ-nin DYPB-nin YNH üzrə baş inspektoru, polis mayoru M.M.Muxtarov tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli TP7263947№-li inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad RPŞ-nin DYPB-nin YNH üzrə baş inspektoru, polis mayoru M.M.Muxtarov tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli TP7263947№-li inzibati tənbeh vermə haqqında qərara əsasən xx.xx.1981-ci il təvəllüdlü X4 özünə məxsus “Mercedes Benz 200 CDİ” minik markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə hərəkət edərkən Sabirabad rayonu Zalqarağac kəndində yolayrıcını keçmə qaydalarının pozulmasına yol verdiyi üçün İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinərək barəsində 100 manat məbləğində cərimə növündə inzibati tənbehin tətbiq edilməsi qərara alınmışdır. X1 tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP7263947№-li Qərarla razılaşmayaraq, həmin qərardan şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, şikayətini onunla əsaslandırmışdır ki, “Mercedes Benz 200 CDİ” minik markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir. Belə ki, xx.xx.2025-ci il tarixdə istifadəmdə olan “Mercedes Benz 200 CDİ” minik markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı Sabirabad rayonu, Əliləmbəyli kəndində Sabirabad şəhəri istiqamətinə hərəkət edən zaman Sabirabad rayonu Zalqarağac kəndində adını sonradan bildiyi Rahib adlı şəxs idarə etdiyi Traktorla onu vurub sol tərəfə atmışdır. O, əsas yolla hərəkət edən vaxt kənd aralığından Traktor qəflətən stop etməmiş, onun hərəkət etdiyi yola gözləmədən çıxmış, o, isə yolun sağı ilə istiqamətdə olarkən onu vurub sol tərəfə atmışdır. Bu zaman idarə etdiyi avtomobilin arxa buferi betona dəyib sınıb tökülmüşdür. Bu zaman o, avtomobildən yerə düşmüş və xoşbəxtçilikdən xəsarət almamışdır. Bu zaman o, Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edib hadisə barədə məlumat vermiş, zəng etdikdən sonra hadisə yerinə yol polis əməkdaşları gəlmiş və araşdırma aparılmışdır. Sonra o, Sabirabad rayon Polis Şöbəsinə dəvət olunmuş və orada olan zaman isə ona bildirdilər ki, guya ki o, Traktorun sağından keçməli idi, həmin asvalt yola beton döşəmələr döşənmiş və həmin yolun eyni əhəmiyyətli və nizamlanmayan yol olduğunu, torpaq və qrabel yolu olsaydı onun günahı olmayacağını bildirdilər. Bundan başqa nizamlanmayan yol olduğunu da dedi. Bunları ona Sabirabad rayonu Polis mayoru X8 bildirmişdir. Ona görə də heç bir əsas olmadan Sabirabad rayonu Polis mayoru X5 xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə İXM-nın 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə olunmuşdur. Hesab edir ki, hər hansı qanun pozuntusuna yol verməmiş, protokol və onun əsasında tərtib edilmiş qərar əsassız və qanunsuzdur. Məhkəmə iclasında iştirak etmiş barəsində xx.xx.2025-ci il tarixli TP7263947№-li inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş B.T.Məmmədov şikayət ərizəsinə uyğun məzmunda izahat verərək, həmin Qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sabirabad RPŞ-nın DYPBnın YNH üzrə baş inspektoru, polis mayoru X8 məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, şikayətçinin izahatını dinləyərək hesab edirəm ki, X2 şikayəti əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sabirabad RPŞ-nin DYPB-nın YNH üzrə baş inspektoru, polis mayoru M.M.Muxtarov tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli TP7263947№-li inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü X4 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə səbəb onun özünə məxsus “Mercedes Benz 200 CDİ” minik markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə hərəkət edərkən Sabirabad rayonu Zalqarağac kəndində yolayrıcını keçmə qaydalarını pozması nəticəsində “Belarus 892” markalı 54AB244 dövlət qeydiyyat nişanlı Təkərli Traktorla toqquşaraq yol-nəqliyyat hadisəsi törədilməsi olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına görə, inzibati məsuliyyət nəzərdə tutulub. Sabirabad RPŞ-nin DYPB-nin YNH üzrə baş inspektoru, polis mayoru M.M.Muxtarov xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsini araşdırarkən, “Belarus 892” markalı Təkərli Traktorun hərəkət etdiyi Sabirabad rayonu Zalqarağac kəndindəki yolu, “Mercedes Benz 200 CDİ” minik markalı avtomobilin hərəkət etdiyi digər yolla müqayisəli şəkildə eyni əhəmiyyətli yollar kateqoriyasına aid edib qiymətləndirərək, bununla da “ Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsinin 3)-cü bəndinə əsaslanıb “Mercedes Benz 200 CDİ” minik markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün sağdan yaxınlaşan “Belarus 892” markalı Təkərli Traktora yol verməli olduğu halda, traktora yol verməyərək X2 “Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsinin 3)-cü bəndinin tələblərini pozması qənaətinə gəlmişdir. Bu əsasla da X4 yol nəqliyyat hadisəsinin baş verməsində və İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinərək, barəsində qəbul olunmuş xx.xx.2025-ci il tarixli TP7263947№-li inzibati tənbeh vermə haqqında qərarla 100 manat məbləğində cərimə növündə inzibati tənbeh olunmuşdur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsini araşdırarkən, X2 özünə məxsus “Mercedes Benz 200 CDİ” minik markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə hərəkət edərkən “Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsinin 3)-cü bəndinin tələblərini pozması qənaətinə gəlməkdə Sabirabad RPŞ-nin DYPB-nin YNH üzrə baş inspektoru, polis mayoru M.M.Muxtarov səhvə yol vermişdir. Belə ki, “ Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 9)-cu bəndində “baş yol” anlayışı aşağıdakı mənada verilmişdir: 9) baş yol - kəsişən (bitişən) yola nisbətən müvafiq nişanlarla işarələnmiş yol və ya torpaq yola nisbətən bərk örtüyü olan (asfalt və ya sement-beton, daş materialları və s.) yol, yaxud bitişik ərazilərdən çıxışlara nisbətən hər hansı yoldur (ikinci dərəcəli yolda yolayrıcı qarşısında örtüklü sahənin olması, onu əhəmiyyətcə kəsişdiyi yola bərabər etmir). İş materiallarında olan yol-nəqliyyat hadisəsinin fotoşəkillərindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 15:40 radələrində yol-nəqliyyat hadisəsinin baş verdiyi zaman X9 idarə etdiyi “Belarus 892” markalı 54AB244 dövlət qeydiyyat nişanlı X6 kəndi ərazisində hərəkətdə olmuş bitişən yol, X2 idarə etdiyi “Mercedes Benz 200 CDİ” minik markalı avtomobilin hərəkətdə olmuş üzərində müvafiq nişanlarla işarələnmiş asfalt örtüklü yoldan fərglənərəq, asfalt örtüyü olmayan daha ensiz ikinci dərəcəli yol kimi müəyyən edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixdə saat 15:40 radələrində yol-nəqliyyat hadisəsinin baş verdiyi zaman X13 idarə etdiyi “Belarus 892” markalı 54AB244 dövlət qeydiyyat nişanlı X7 kəndi ərazisində ikinci dərəcəli yolla hərəkətdə olmuş, X4 isə “Mercedes Benz 200 CDİ” minik markalı avtomobillə nişanlarla işarələnmiş asfalt örtüklü baş yolda hərəkətdə olmuşdur. “ Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsinin İ bəndinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Beləliklə məhkəmə araşdırılması nəticəsində yol-nəqliyyat hadisəsinin sxemi və fotoşəkillərlə müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 15:40 radələrində X13 idarə etdiyi “Belarus 892” markalı 54AB244 dövlət qeydiyyat nişanlı X10 rayonu Zalqarağac kəndi ərazisində ikinci dərəcəli yolla hərəkət edərkən, sol tərəfdən baş yolla hərəkət edərək yolayrıcına yaxınlaşan X2 idarə etdiyi “Mercedes Benz 200 CDİ” minik markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməyərək, onun hərəkətdə olduğu baş yola daxil olub onunla toqquşaraq, bununla da X13 “ Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsinin İ bəndinin tələblərini pozmaqla yol-nəqliyyat hadisəsini törətmişdir. Məhkəmə işin yuxarıda araşdırılmış hallarına əsaslanaraq hesab edir ki, xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X2 hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsinin 3)-cü bəndinin tələblərinin pozulması və İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması halları müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 v. 8.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyət li orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nın 134.1-ci və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilə bilər. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Sabirabad RPŞ-nin DYPB-nin YNH üzrə baş inspektoru, polis mayoru M.M.Muxtarov tərəfindən B.T.Məmmədov barəsində xx.xx.2025-ci il tarixli TP7263947№-li inzibati tənbeh vermə haqqında Qərar qəbul edərkən, işin faktiki halları hərtərəfli araşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar təsdiq edilmədən qərar qəbul edilmiş və həmin qərar üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. İXM-nin 135.1-ci maddəsində səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar kimi təsbit olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasmm 127-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı həqiqətin miiəyyən edilməsini təmin etməlidir. Konstitusiyamızın 129-cu maddəsinin İİİ hissəsinə görə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Belə ki, İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 8.1-ci maddəsinə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən barəsində inzibati tənbeh tədbiri görülmüş B.T.Məmmədovun İXM-nın 327.2-ci maddəsində nəzərdə tutulan xəta törətməsini müəyyən etməmişdir. Göstərilənləri nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, B.T.Məmmədov tərəfindən İXM-nın 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməli törətməsi mötəbər sübutlarla təsdiqini tapmadığından, B.T.Məmmədov barəsində qəbul edilmiş İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli TP7263947№-li inzibati tənbeh vermə haqqında Qərar ləğv edilməli və onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nın 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nın 53.0 və 53.0.2-ci maddələrinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 75, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Sabirabad RPŞ-nin DYPB-nin YNH üzrə baş inspektoru, polis mayoru M.M.Muxtarov tərəfindən qəbul olumuş “inzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli TP7263947№-li qərar ləğv edilsin və X2 hərəkətində İXM-nın 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığı üçün o, inzibati məsuliyyətdən azad olunaraq, onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-931/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-931/2025
13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver