Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 3(056)-933/2024 21.06.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən,Sabirabad Rayon Məhkəmsinin hakimi Bağırov Nurəddin Abuzər oğlu, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsindən daxil olmuş Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə 20 (iyirmi) manat məbləğində cərimə növündə inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ19666738 saylı Elektron Qərara baxaraq MÜƏYYƏN ETDİM: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə 20 (iyirmi) manat məbləğində cərimə növündə inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ19666738 saylı Elektron Qərar Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən Sabirabad Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş xx.xx.2024-cü il tarixli EQ19666738 saylı Elektron Qərara görə - Şəxs xx.xx.2024-cü il tarixdə saat 15:09:42-də “Hyundai 130” minik markalı 77EB401 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma qaydalarını pozması səbəbindən İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə görə barəsində 20 (iyirmi) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, DİN-in DYP tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarların icrasının təmin edilməsi rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə deyil, müvafiq olaraq aidiyyəti icra qurumlarının səlahiyyətlərinə aid edildiyindən, xx.xx.2024-cü il tarixli EQ19666738 saylı Elektron Qərar geri qaytarılmalıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. İnzibati Xətalar Məcəlləsinin 141.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar bu Məcəllədə və “İcra haqqında” Qanunda nəzərdə tutulmuş qaydada icra edilir. İXM-nın 106.0.1-ci maddəsinin tələbinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən ilk növbədə işin baxılmasının onun səlahiyyətinə aid olub-olmaması məsələsini həll etməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı iş üzrə Şəxs İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə tənbeh olunmasına dair Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli EQ19666738 saylı Elektron Qərar müvafiq olaraq aidiyyəti icra qurumuna göndərilməsi məsələsinə baxılması məqsədilə Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 100, 106, 109, 114, 128-130-cu maddələrini maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə 20 (iyirmi) manat məbləğində cərimə növündə inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ19666738 saylı Elektron Qərar Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinə qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-933/2024
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №3(056)-933/2024
21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver