Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-934/2024 21.06.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad rayon Məhkəməsinin hakimi Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsinin DYPB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli İXP6097352№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Sabirabad Rayon Polis Şöbəsinin DYPB tərəfindən hüquqi şəxs "xxxx" MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair xx.xx.2024-cü il tarixli İXP6097352№-li İnzibati xəta haqqında Protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli İXP6097352 nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, "xxxx" MMC-nin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı yol hərəkəti qaydaları əleyhinə olan İXM-nın 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə yol vermiş sürücü haqqında məlumatı Sabirabad Rayon Polis Şöbəsinin sorğusunun aldığı vaxtdan 5 gün müddətində verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilsələr də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC və inzibati xəta haqqında Protokolu tərtib etmiş Sabirabad Rayon Polis Şöbəsinin DYPB nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər, həmçinin işə baxılmasının təxirə salınması haqqında vəsatət təqdim etməmişlər. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsaslanaraq hazırkı işə həmin şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC mülkiyyətində və ya istifadəsində olan “Paz 32054 AVTOBUS” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi zamanı yol hərəkəti qaydaları əleyhinə olan İXM-nın 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə yol vermiş sürücü haqqında məlumatı Sabirabad Rayon Polis Şöbəsinin DYPB-nin bu barədə sorğunu aldığı vaxtdan 5 gun müddətində cavab verməmişdir. Belə ki, protokola əlavə edilmiş “sənədin rəsmi verilməsinə dair kötük” adlı poçt göndərişindən görünür ki, “Paz 32054 AVTOBUS” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən icbari sığorta müqaviləsini bağlanmamasına göörə İXM-nın 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsinə yol vermiş fiziki şəxs (sürücü) haqqında məlumatın verilməsi barədə Sabirabad Rayon Polis Şöbəsinin DYPB-nin sorğusu "xxxx" MMC-ninna xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin dispozisiyasına görə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin tərəfindən qeyd olunan inzibati xətanın törətməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmiş və həmin təşkilatın törətdiyi inzibati xəta İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin sanksiyasında vəzifəli şəxslər barəsində 150 (yüz əlli) manat məbləğində, hüquqi şəxslər barəsində isə 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh nəzərdə tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-ninna qarşı inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini nəzərə alıb, hüquqi şəxs barəsində İXM-nin 347-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəuyğun hesab edirəm. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 50, 110-117 və 128-130cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Sabirabad rayon Polis Şöbəsinin DYPB tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP6097352№-li inzibati xəta haqqında Protokola əsasən "xxxx" MMC İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsində təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər
Məhkəmə qərarları › İş №3(056)-934/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-934/2024
21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver